Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-05, 19.53MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 27 » ATANIN SİQARET ÇEKMESİ İLE UŞAĞIN XESTELİYİ ARASINDA ELAQE VAR
ATANIN SİQARET ÇEKMESİ İLE UŞAĞIN XESTELİYİ ARASINDA ELAQE VAR
00.16
 ATANIN SİQARET ÇƏKMƏSİ İLƏ UŞAĞIN XƏSTƏLİYİ ARASINDA ƏLAQƏ VAR
Övladının dünyaya gəlməsini gözləyən ataların da sağlamlığına diqqət eləməsi vacib imiş. Vaşinqton Dövlət Universitetindən Mətyu Anvey və Ratgers Universitetindən Sinsia Daniels bu nəticəyə gəlib.

Mətyu Anvey siçanlar üzərində təcrübə aparıb, məlum olub ki, erkək siçan bağçalarda istifadə olunan kimyəvi maddələrin təsirinə məruz qalırsa, ondan olan siçanlar müxtəlif xəstəliklərə düçar olurlar: ya böyrəkləri xəstələnir, ya prostat vəzisi həddən artıq böyüyür, ya da sonsuzluq əmələ gəlir. Təcrübə zamanı dünyanın hər yerində meyvələrə vurulan kimyəvi maddələrdən istifadə olunub.

Əvvəlki araşdırmalar da atanın siqaret çəkməsiylə uşağın xəstəliyi arasında əlaqə olduğunu sübut edib. Məsələn, uşaqda fəqərələrin parçalanması, damağın dərinliyi kimi problemlər atanın tütünə aludəçiliyi ilə izah olunur.

Alimlər onu da aşkar ediblər ki, Vyetnam müharibəsi zamanı defoluliəntin təsir elədiyi Amerika əsgərlərinin uşaqlarında xəstəlik olub. Defoluiənt yarpaqların məhvi üçün istifadə olunan kimyəvi maddədir. Bu dərmanın ucbatından xəstə doğulan uşaqlara 1997-ci ildə kompensasiya verildi. Çünki defoluiəntin təsir etdiyi əsgərlərin uşaqlarında bel sümükləri düzgün formalaşmır.

Hamıya məlumdur ki, hamilə qadınlar spirtli içki qəbul edə və siqaret çəkə bilməzlər. İndi o da məlumdur ki, həddən artıq alkoqol qəbul edən kişilərdə spermalar həddən artıq çox və anormal olur. Bu anormallıq uşaqlarda ürək xəstəliyinə səbəb olur. Təcrübə aparanlardan Daniels deyir ki, cavanların yerinə olsa, nə pivə, nə də araq içərdi. Daniels onu da deyir ki, ataların sağlamlığının uşağa təsiri hələ kifayət qədər öyrənilməyib. Bu məsələni araşdırmaq istəyənlərə isə hücum var. Çünki cəmiyyət uşaqların xəstəliklərinin atalarla bağlı olması fikrini rədd edir, ya da təşvişlə qarşılayır.
Category: Ordan-burdan | Views: 868 | Added by: SultanSS | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024