Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-05, 19.50MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 27 » ABŞ konqresmenleri Xocalı soyqırımını ermeni vehşiliyi adlandırıblar
ABŞ konqresmenleri Xocalı soyqırımını ermeni vehşiliyi adlandırıblar
00.10
"Xocalıda törədilmiş cinayətlərə görə, heç kim cinayət məsuliyyətinə cəlb edilməyib və təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi hələ də qalmaqdadır"

ABŞ nümayəndələri palatasının Texasdan olan konqresmeni Solomon P.Ortiz fevralın 25-i keçirilən dinləmələrdə Xocalı faciəsinin ildönümünü anıb. O, Xocalı şəhərinin erməni qüvvələri tərəfindən qəddar hücuma məruz qaldığını bildirib. “Mən Xocalı faciəsinin 16-cı ildönümünü yad etmək üçün çıxış edirəm, həmin vaxt fevralın 25-26-sı 1992-ci ildə Dağlıq Qarabağdakı Xocalı şəhəri erməni qüvvələri tərəfindən qəddar hücuma məruz qalıb. Nəticədə 7 min adamın yaşadığı Xocalı tamamilə dağıdılıb. Ümumilikdə 613 nəfər öldürülüb ki, onlardan 106-sı qadın, 83 uşaq olub və 56 nəfər xüsusi qəddarlıq və işgəncə ilə öldürülüb. Əlavə olaraq, 1275 nəfər əsir götürülüb,150 nəfər itkin düşüb, 487 nəfər əlil olub (onlardan 76-sı gənclərdir) 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib,130 uşaq isə valideynlərindən birini itirib”, deyə Solomon P. Ortiz qeyd edib.
“Xocalı qırğını ayrıca götürülmüş bir insident deyildi. Faktiki olaraq, Xocalıda törədilmiş qəddarlıq və vəhşiliklər Erməni qoşunlarının Qarabağ müharibəsində daha sonra törədəcəyi bütün dağıntılar üçün örnək oldu. Xocalıda törədilmiş cinayətlərə görə, heç kim cinayət məsuliyyətinə cəlb edilməyib və təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi hələ də qalmaqdadır. 2008-ci il yanvarın 21-də Uol Strit Cornala müsahibəsində xarici işlər naziri Elmar Məmmədyarov qeyd edib ki, Ermənistan-Azərbaycan arasındakı münaqişənin Rusiyanın vasitəçiliyi ilə sona çatmasından 14 il keçsə də, erməni qoşunları hələ də Azərbaycan ərazilərindədir. Nazir Məmmədyarov deyir: ATƏT-in münaqişəni sülh və danışıqlar yolu ilə həll edilməsi çərçivəsində Minsk prosesi Ermənistanla Azərbaycan arasında dialoq üçün çərçivənin tapılmasında faydalı olub. Bu, həmçinin münaqişəyə beynəlxalq qiymətləndirmə verir. Lakin biz bu prosesi təcili şəkildə başa çatdırmalıyıq. Status kvonun saxlanması baha başa gəlir. Xarici işlər naziri Məmmədyarov diplomatiyanın Azərbaycanın üstünlük verdiyi həll yolu olduğunu təsdiq edir. Bu məsələnin həlli təkcə Azərbaycanla Ermənistan arasındakı ikitərəfli münasibətləri deyil, eyni zamanda Ermənistanın Türkiyə ilə münasibətlərini də yaxşılaşdırar. Münaqişənin həlli regional təhlükəsizlik və iqtisadi inkişafı təmin edəcək. Azərbaycanın baxışları gələcəyə dikildiyi bir vaxtda, geriyə baxmaq də əhəmiyyətlidir. Keçmişi unutmamaqla, Azərbaycan münaqişəni həll etməyə və gələcəyi irəliləməyə hazırdır”.

Daha sonra Şimali Karolinadan olan konqresmen Virciniya Foks Xocalı faciəsi ilə bağlı çıxış edib. Xanım Foks konqresin Somali, Ruanda, Kamboca, Bosniya, Darfurda baş verən faciəli hadisələrə kifayət qədər diqqət ayırdığı bir vaxtda,1992-ci ildə Qafqazda baş vermis hadisəni çox az işıqlandırdığını bildirib.
“1992-ci ilin fevralın 25-26-da Azərbaycanın kiçik və az tanınan Xocalı şəhəri üçün hər şey dəyişdi.16 il sonra Azərbaycan xalqı və region üçün Xocalı sözü yaddaşlarda ağrı və kədər dolu xatirələr canlandırır..”, deyə xanım Foks qeyd edib.
“Ermənistan-Azərbaycan münaqişəsinin qızğın vaxtında Rusiyanın piyada alayının dəstəyi ilə erməni qoşunları Xocalını dağıdaraq, 613 nəfəri vəhşilikdə öldürüblər, ailələri məhv ediblər,1000-ə qədər mülki şəxsi əlil ediblər, 1275 nəfər əsir götürülüb,150 nəfər isə itkin düşüb.
Bu il də əvvəlki illərdə olduğu kimi, qırğından sağ çıxmış Xocalı sakinləri bu cinayətə görə Ermənistanın məsuliyyət daşımalı olduğunu bildirirlər. “Biz dünya ictimaiyyətinə ağrı və ümidlə müraciət edirik”. Xocalıda sağ qalanların bəyanatında belə deyilir. Bir çox insan haqları qrupları və media vasitələri həmin vaxt beynəlxalq mühakimə üçün bu hadisələrə diqqət cəlb etməyə çalışıblar”.
“Human Rayts Voç həmin vaxt bu faciəni indiyə qədər bu münaqişədəki ən böyük qırğın adlandırıb. Qadınlar, uşaqlar və ahıllara qarşı bu qırğında törədilən qəddarlığın səviyyəsi ölçüyəgəlməz olub”.
“Hər il Azərbaycanın xristian, yəhudi və müsəlman icmaları Xocalı soyqırmının ildönümü ərəfəsində dünya ictimaiyyətinə müraciətlər edirlər. Onlar dünya ictimayyətini bu hadisəni mühakimə etməyə, işğal olunmuş ərazilərin azad edilməsini və qaçqın düşənlərin evlərinə qayıtmasını asanlaşdırmağa kömək etməyə çağırırlar. Bütün cəhdlərə baxmayaraq, təəssüf ki, beynəlxalq ictimaiyyətin bu məsələyə münasibəti adekvat deyil. Buna görə də mən konqresi bu faciəni qeyd edən azərbaycanlılara qoşulmağa çağırıram. Dünya Xocalı haqda bilməlidir və bu faciəni unutmamalıdır".

Category: Azərbaycan | Views: 716 | Added by: SultanSS | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024