Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-05, 20.42MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 27 » “20 YANVAR”da POLİSLƏ TOQQUŞMA .
“20 YANVAR”da POLİSLƏ TOQQUŞMA .
18.38


Nəqliyyatın pis işləməsinə etiraz edən Müşfiqabad sakinləri yolu bağladılar .Dünən Müşfiqabad qəsəbəsinin sakinləri metronun “20 yanvar” stansiyasının və “Respublika” xəstəxanasının yaxınlığında etiraz aksiyası keçiriblər. Buna səbəb bir neçə gün əvvəl Müşfiqabad-”20 yanvar” marşrutu üzrə hərəkət edən iritutumlu avtobusların marşrutdan çıxarılması olub. Saat 19:00 radələrində başlayan aksiyaya qəsəbənin 200-ə yaxın sakini qatılıb. Yolu kəsən aksiya iştirakçıları qəsəbəyə gedən avtobusların sayının az olmasından və onların pis işləməsindən narazı olduqlarını bildiriblər. Əsas tələbləri iritutumlu avtobusların yenidən xəttə buraxılması olub.
Əməkdaşlarımız hadisə yerinə çatanda polislə bərabər Nəqliyyat Nazirliyinin əməkdaşları etirazçıları zorla avtobuslara doldurub qəsəbəyə yollayırdı. Bununla razılaşmayan 4 qəsəbə sakini isə saxlanaraq naməlum istiqamətə aparıldı.
Aksiya iştirakçılarından Firəngiz Qasımova Nəqliyyat Nazirliyinin əməkdaşlarından 199 saylı marşrut üzrə hərəkət etmiş iritutumlu avtobusların qaytarılmasını tələb edirdi: “Hər avtobusa 80 “şirvan” plan qoyanda bilmirdiniz ki, həmin planı sürücülər ödəyə bilməyəcəklər?! Planı aşağı salıb avtobusların geri qaytarılmasını tələb edirik. Nə qədər işdən yorğun çıxıb bir-birimizin belində evimizə getməliyik? Dövlətin maşınlarını özünüz istədiyiniz kimi istifadə edib evinizə gedib-gələ bilirsiniz, bu camaatı da fikirləşin də! İritutumlu avtobusları qaytarın!”
Şikayətçinin bu sözlərinə özünü təqdim etməyən ortayaşlı şəxs cavab verdi: “Marşrut mənimdir, avtobuslar plan verə bilməyib, çıxarmışam”.
Şikayətçi isə onun bu sözlərinə “planı aşağı salardınız, avtobusları çıxarmazdınız” deyə cavab verdi.
Sözügedən qəsəbənin marşrutlarına sahiblik edən “Nəcəfalılar MMC” şirkətinin nümayəndəsi Elnar Əhmədov isə bildirdi ki, qəsəbə sakinlərinin etirazı əsassızdır: “Gün ərzində 18 mikroavtobus 109, 12 ÿmikroavtobus 222, 4 ÿmikroavtobus 109 “a”, 6 mikroavtobus isə 351 saylı marşrutlar üzrə hərəkət edir. Bu da sərnişinlərin tələbatını ödəyir”.E.Əhmədovun sözlərini eşidən aksiya iştirakçılarından biri onu yalan danışmaqda suçladı: “Yalan danışırsan, biz hər gün evimizə gedincə əziyyət çəkirik. Mikroavobuslarda nə qədər basabasda getmək olar? Siz imkan vermədiniz ki, böyük avtobuslar işləsin”.
Elnar Əhmədov pik saatlarında bir qədər sıxlıq yarandığını etiraf etdi: “Pik saatı dünyanın hər yerində var. Avtobusları biz çıxarmamışıq. Planı verə bilməyiblər, çıxarıblar. Onlar şəhəriçi marşrut üçün nəzərdə tutulub”.
Biz hadisə yerində olarkən saxlananlar hələ sərbəst buraxılmamışdı. Yasamal Rayon Polis İdarəsinin növbətçi hissəsindən tutulanların kimliyini öyrənmək mümkün olmadı.
Sevdimali_Pervin                                     
27.02.2008

Views: 814 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024