Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-05, 15.48MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 27 » PREZİDENT APARATINDA QAN TÖKÜLDÜ .
PREZİDENT APARATINDA QAN TÖKÜLDÜ .
18.18
İki uşaq anası damarlarını doğradı
Şikayətçi Fuad Ələsgərovun qəbuluna düşə bilmədiyi üçün özünü öldürmək istəyib
..................

Fevralın 22-də Prezident Aparatında şikayətçi Yeganə Hüseynova damarlarını doğrayıb. Həmin hadisənin şahidi olmuş digər şikayətçi Dilşad Əliyevanın sözlərinə görə, Səbail Rayon Polis İdarəsinin rəis müavini Kamil Vəlişovun rəhbərlik etdiyi 15 nəfərdən ibarət polis qadını Prezident Aparatından çıxararaq naməlum istiqamətə aparıb: “Yeganənin iki uşağı var və qayınları onu yaşadığı evdən çıxarıblar. Artıq neçə müddətdir ki, o, Prezident Aparatının hüquq şöbəsinin müdiri Fuad Ələsgərovun qəbuluna düşmək istəyirdi...”
“...Həmin gün qəbul saat 14:00-da olmalı idi. Biz qəbula yazılarkən o, bura gəlib-getməkdən bezdiyini deyib təcili olaraq Fuad Ələsgərovun onu qəbul etməsini tələb etdi. Əks təqdirdə özünü doğrayacağını dedi. Lakin ona diqqət yetirən olmadı. Ona görə də cibindən ülgüc çıxarıb əvvəlcə ovcunu doğramağa başladı. Qanı axmağa başlayanda polislər onu qəbul otağından çıxarmaq istədilər. Lakin qadın Fuad Ələsgərovun qəbuluna düşməkdə israr etdi. Polislərə deyirdi ki, əks təqdirdə qol damarlarını doğrayacaq. Az keçmədi ki, ora Kamil Vəlişov 15 polislə gəldi. Qadına dedilər ki, onu Ali Məhkəməyə aparıb şikayətinə baxacaqlar. Ona yaxınlaşıb ülgücü almaq istəyəndə qadın damarlarını doğradı”.
Məsələ ilə bağlı Səbail RPİ-nin 9-cu polis bölməsinin növbətçi hissəsindən belə bir hadisənin baş verdiyini bildirsələr də, əlavə heç bir məlumat vermədilər.
Sevdimali_Pervin.

Views: 795 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024