Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-05, 23.45MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 27 » YENİ DOVRAN – YENİ XESTELİKLER
YENİ DOVRAN – YENİ XESTELİKLER
16.46

 ABŞ-ın Corciya Universitetinin (University of Georgia) və Kolumbiya Universitetinin (Columbia University) mütəxəssislərindən ibarət ekspertlər qrupu dünyanın ilk epidemioloji xəritəsini işləyib hazırlamışlar. Bu xəritədə yeni təhlükəli xəstəliklərin əmələ gəlməsi yerləri göstərilmişdir. Bu tədqiqatın məlumatlarına görə, bəşəriyyət üçün ən böyük təhlükə – insana vəhşi heyvanlardan keçən yoluxucu xəstəliklərdir.

    Tədqiqatın nəticəsində bəlli olmuşdur ki, ənənəvi yayılma rayonlarından uzaqlarda meydana çıxan və xəstəlik törədiciləri isə yenicə tapılmış patogenlər və xəstəliklər olan «yeni» yoluxucu xəstəliklər, son onillərdə getdikcə daha tez-tez rastlaşmağa başlamışlar. Belə xəstəliklərin klassik nümunəsi isə QİÇS-dir (AIDS) ki, bu xəstəlik insana şimpanze meymunundan və atipik pnevmaniyadan keçmişdir.

    Aparılmış tədqiqat çərçivəsində 1940-cı ildən 2004-cü ilə qədər qeydə alınmış 335 «yeni» xəstəlik üzrə məlumatlar təhlil edilmişdir. Məlum olmuşdur ki, son 50 ildə yeni xəstəliklərin əmələ gəlməsi halları 4 dəfə çoxalmışdır. Və bu zaman «yeni» xəstəliklərin əmələ gəlməsi ocaqları Afrikada Saxara səhrasının cənubu, Hindistan və Çin olmuşdur. Daha az «yeni» xəstəlik isə Avropada və Amerikada peyda olmuşdur.

    Tədqiqat nəticəsində bəlli olmuşdur ki, «yeni» xəstəliklərin törədicilərinin demək olar ki, 60%-i insana daha çox vəhşi olan heyvanlar tərəfindən yoluxdurulmuşdur. İnsanda adətən belə xəstəliklərdən immunitet olmadığına görə, xəstəliklərin təsiri insan üçün çox ciddi ola bilir və bir çox hallarda olur. Sənaye cəhətcə inkişaf etmiş ölkələr dünyanı virusların və sair qorxulu xəstəliklərin törədicilərinin ştammları ilə «zənginləşdirmişlər». Belə ki, bu ştammlar hazırda mövcud olan dərman preparatlarına qarşı rezistentdirlər. Məsələn, bağırsaq çöpünün müəyyən formaları kimi olan bir çox «super xəstəlik törədiciləri» müasir zəmanəmizdə çox böyük sürətlə bütün dünyaya yayılırlar. (Washington ProFile).

Category: Ordan-burdan | Views: 1189 | Added by: NEON | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024