Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-05-05, 19.29MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 26 » ÖCALANIN QOHUMU BAKIDA BİZNESLƏ MƏŞĞUL OLUR
ÖCALANIN QOHUMU BAKIDA BİZNESLƏ MƏŞĞUL OLUR
13.51
PKK-nın köç planının sirri açılmaqdadır
Qanlı hörgütün üç qaçaq rəhəbəri isə Azərbaycanda gizlənir
.........Kürd tayfalarının ötən ilin əvvəlində İraqın Süleymaniyyə şəhərində keçirilmiş qurultayından sonra artıq hər şey məlum idi: bölgədə marağı olan superdövlətlər nəyin bahasına olursa-olsun regionda Kürdüstan dövləti qurmaqda israrlıdır. Amma bu planda marksist-devrimçi ideologiyalı PKK-ya yer yox idi! Nə qədər qəribə səslənsə də silahlı terror təşkilatı olan PKK-nın mövcudluğu hazırda ABŞ-ın Kürdüstan planlarının qarşısında ən ciddi maneələrdən sayılır. Bu səbəbdən də ABŞ İraqdakı kürd əşirətlərini və bu ölkənin hakimiyyətinə nəzarət edən qrupları PKK-nı aradan qaldırmaq vacibiyyətinə inandıra bilib.

Türkiyənin Quzey İraq ərazisində PKK düşərgələrini təyyarələrlə bombalamasına, ardından isə Türk Silahlı Qüvvələrinin yerüstü əməliyyatlara başlamasına İraqın kürd əşirətlərinin və peşmərgə ordusu rəhbərlərinin dözümlü yanaşmasının əsas səbəbi budur. PKK-nı yeni qurulası sözdə Kürdüstan dövlətinə qurban veriblər.
Məhz bu gəlişmələrdən sonra kürdlərin marksist terror təşkilatı olan PKK da yeni fəaliyyət və mövcudluq strategiyası seçib. İlk növbədə mövcudluğunu qorumağa çalışan qanlı hörgüt daha təhlükəsiz sığınaq axtarmağa başlayıb. Belə bir sığınaqsa Ermənistan və onun işğal etdiyi Dağlıq Qarabağdır. Artıq ən mötəbər qəzetlər, İsrail və Türkiyə kəşfiyyatı, hətta Amerika mənbələri də PKK-nın Ermənistan rəhbərliyi ilə anlaşdığını və göstərilən bölgələrə köçdüyünü bəyan edib.
Bu istiqamətdəki məlumatları Azərbaycan hakimiyyəti də rəsmən təsdiq edib. ABŞ dövlət katibinin terrorizm məsələləri üzrə köməkçisi F.Urbançikin bir neçə gün əvvəl Bakıya səfərində bizim iqtidarla PKK təhlükəsini müzakirə etdiklərini xarici işlər nazirinin müavini Araz Əzimov da təsdiq etmişdi. Azərbaycan hakimiyyətinin ən müxtəlif nümayəndələri PKK-nın Ermənistan vasitəsilə Dağlıq Qarabağda yerləşməsi barədə açıqlamalar veriblər.
Təəssüf ki, bizim hakimiyyətdə təmsil olunan bəzi kürd  kökənli məmurlar da PKK terroru ilə əlaqədə şübhəli bilinən qaçaq kürdlərə yaltaqlıq yapırlar. Məhz PKK liderlərinin planı əsasında illərdir Azərbaycana axışıb gələn kürd  köçmənlərinə iqtidardakı etnik məmurlar sığınacaq təşkil etməkdədir. Bu barədə yerli, hətta Türkiyə mətbuatında da yüzlərlə məqalə dərc olunub.
Bir qədər əvvəl kurdistan.ru saytında yer almış məlumatdakı bəzi məqamlar da maraq doğurur. Söhbət vəziyyətin PKK üçün gərginləşəcəyi təqdirdə separatçı kürd ailələrini İraq və Türkiyədən ən müxtəlif trayektoriyalarla Azərbaycana köçürməkdən, onları burada yerləşdirəndən sonra isə başqa mürtəce planlara əl atmaqdan gedir. Xatırlayırsınızsa, bir qədər öncəyə qədər Bakıya və Azərbaycanın digər rayonlarına kürd ailələrinin total şəkildə köçürülməsi barədə xəbərlər dərc edirdik. Eyni zamanda göstərirdik ki, bu proses müvəqqəti və xaotik xarakter daşımır; burada daha məkrli və sistemli plan var.
Bir qədər əvvəl region.com saytı son vaxtlar Türkiyədən və İraqdan xeyli kürd ailəsinin Azərbaycanın Qazax, Şəmkir, Xanlar rayonlarına, eləcə də Gəncə şəhərinə köçürülməsi barədə xəbərlər dərc etmişdi. regnum.ru agentliyinə açıqlama verən politoloq Qrant-Melik Şahnazaryan isə açıq şəkildə bildirmişdi ki, artıq Azərbaycan ərazisinə 60-70 min civarında kürd köçürülüb. Şahnazaryan onu da söyləmişdi ki, yaxın aylarda onların sayı 200 min nəfərə çatacaq.
Biz bəzi Azərbaycan şirkət və firmalarının separatçıların planları barədə yazılar dərc edən ezdixane.com saytında  reklam roliklərinin yerləşdirdiyi barədə də yazmışıq. Bu sırada Bakıdan gül ixracından tutmuş torpaq, daşınmaz əmlak, hətta kompüter alqı-satqısına kimi bir neçə reklam lövhələrinə rast gəlmək mümkün idi. Məsələn, www.flowers.az saytı Bakıdan və Abşerondan Rusiyaya gül göndərilməsinin təşkili barədə reklam dərc etmişdi. www.shop.n-link.az isə kompüter və kompüter texnologiyaları ilə bağlı avadanlıqlar təklif edirdi. Ən maraqlısı isə bir sıra elanlarda kürdlərin diqqətinə Şamaxı, İsmayıllı, habelə Abşeron yarımadasındakı Bakı kəndlərində torpaqların qiymətinin çatdırılması idi.
Bir qədər əvvəl isə Şamaxıdan ezamiyyətdən qayıdan əməkdaşımız az qala sensasiya dolu bir xəbər vermişdi: “...General Bəylər Əyyubov Şamaxının Pirqulu, Nağaraxana, Dədəgünəş kəndləri ərazisində torpaq sahələri alır. Bu işdə ona əsas yardımçı Rafiq adlı şəxs və Abı adlı bələdiyyə sədridir”.
Adının çəkilməsini istəməyən Şamaxı sakininin müxbirimizə dediyinə görə, alınan torpaqlarda heç bir əkin işi aparılmır. Camaat arasında söz-söhbət gəzirmiş ki, bu ərazilərə kimlərisə köçürəcəklər...

***

F.Urbançik Bakıdan əvvəl getdiyi Ankarada olarkən bəyan etmişdi ki, bütün Avropa qitəsində kök ataraq mafiya kimi fəaliyyət göstərən PKK-ya qarşı vaxtilə məşhur mafioz Alkaponeyə qarşı istifadə edilmiş taktika işə salınacaq. Urbançik xatırladıb ki, Alkapone uzun müddət çoxsaylı cinayətlər həyata keçirsə də onu həbs etmək üçün dəlillər tapmaq mümkün olmurdu. Nəhayət, onun vergi cinayətlərinə yol verdiyi haqda dəlil əldə edilmiş və mafioz həbs olunmuşdu.
Urbançik Ankaradan sonra gəldiyi Bakıda da bu mövzuda danışıb və böyük ehtimalla ölkəmizə sızan və məhz iş sektorunda təmsil olunan PKK simpatizanları barədə məlumatlar istəyib. Əvvəl də qeyd etdiyimiz kimi, ABŞ bu terror hörgütünü artıq bitirmək əzmindədir; bu məsələdə onunla Türkiyənin, eləcə də Azərbaycanın təhlükəsizlik maraqları üst-üstə düşür. Ona görə də Azərbaycana, xüsusilə də Bakıya sığınmış PKK-çıları heç də yaxşı aqibət gözləmir.
Eyni sözü Dağlıq Qarabağa və Ermənistana yerləşmiş PKK silahlıları haqda demək olar. Yeri gəlmişkən, PKK-nın humanitar və lider kadroları, militanların ailələri Azərbaycana, hərbi heyəti və dağ komandirləri isə Ermənistana axın etməkdədir. Onların hamısını aradan qaldırmaq istiqamətində ortaq bir planın hazırlandığı barədə isə ötən saylarımızda oxucularımıza bilgi vermişdik.
Türkiyə mətbuatının məlumatlarına görə (ondan artıq Azərbaycan qəzetləri istifadə ediblər-red.), İraqdan vurulub çıxarılmış PKK-çıların liderlərindən olan Fehman Hüseyn (kod adı Baho), Qədri Çelik (kod adı Apre) və Yücel Halis (kod adı Alişer) Güney Qafqaz bölgəsinə qaçıblar. Əvvəlki təcrübələri və bilgilərimizi nəzərə alsaq deyə bilərik ki, onları artıq Bakıda axtarmaq lazımdır.
Dünən müxbirimizin əldə etdiyi daha bir sensasion məlumatsa budur ki, PKK lideri Abdullah Öcalanın bacısı oğlanlarından biri Azərbaycanda kompüter avadanlıqları biznesi ilə məşğuldur!
Müxbirimiz araşdırıb ki, Öcalanın iki bacısı var. Onlardan biri - Fatma Öcalan Diyarbəkirdə yaşayır. Digər bacısı Həvva Kəsərin harada yaşadığı bəlli deyil. Məlumatlara görə, Bakıda bizneslə məşğul olan məhz Həvva Kəsərin oğludur. Elə yuxarıda adıçəkilən kompüter avadanlığı satan şirkətin adınının kürd saytlarına necə düşməsi də bu xəbərdən aydın olur.

***

Türk əsgərinin əldə silah Qəndil dağlarında terror hörgütünə və Azərbaycanı da təhdid edən bir təhlükəyə qarşı savaşdığı, şəhidlər verdiyi bir dönəmdə PKK-çıların Azərbaycana sığınması xəbərləri canımızı üzür. Biz bütün hər şeyimizlə Türkiyənin yanındayıq. Bütün türk dünyasının cəmisi bir Türkiyəsi var və onun ayağına dəyən daş dünyanın hər yerində yaşayan türklərin ürəyinə dəyir. Bu baxımdan bizim də vəzifəmiz budur ki, adına sevgi ilə mehmetcik deyilən şanlı türk əsgərinin - bizim əsgərin qanı bahasına gördüyü işin boşuna getməsinə imkan verməyək! Biz də əlimizdən gələn xırda, amma faydalı işimizlə mehmetciyə dəstək olaq!
Biz də bu yazımızı Quzey İraqda türklük uğrunda şəhid olan əsgərlərimizin gördüyü böyük işə kiçicik bir qatqı hesab edirik.
Vətən sağ olsun!

Views: 730 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024