Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-05-06, 17.27MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 25 » «Oskar» 80-ci ildönümünü qeyd etdi
«Oskar» 80-ci ildönümünü qeyd etdi
22.43

«Oskar» 80-ci ildönümünü qeyd etdi

Hollivudda «Oskar» həyəcanı başa çatdı. «Oskar»-ın 80-ci mövsümünün qalibləri artıq məlumdur. «Qocalara burada yer yoxdur» - Joel və İtan Koen qardaşlarının çəkdiyi bu sərt kriminal dram kino yazarlarının proqnozlarını doğrultdu. Ən yaxşı rejissor işinə görə «Oskar»-a layiq görülən film dörd nominasiyada qalib gəlib. «Çəhrayı həyat» filmində əfsanəvi Edit Piafın obrazını yaratmış fransalı aktrisa Marion Kotiyar qadın rolunun ən yaxşı ifaçısı elan edilib. O, 1960-cı ildən sonra «Oskar» qazanan ilk fransalı aktrisadır. Qaliblərə çıxış üçün 45 saniyə vaxt verilsə də marion kotiyar danışmağa söz tapmayıb. «Çox sağ ol, həyat, çox sağ ol məhəbbət, doğrudan da bu şəhərdə mələklər dolaşır» deməklə kifayətlənib. İkinci plan qadın rolunun ifaçısı nominasiyasında britaniyalı Tilda Suinton qalib gəlib. İspaniyalı Xavyer Bardem isə iiknci plan kişi roluna görə təltif olunub. «Qan düşəcək» filmində yaratdığı rola görə britaniyalı aktyor Deniel Dey-Lyuis ən yaxşı aktyor adına layiq görülüb. Avstriya kinematoqrafçılarının istehsalı olan «Saxtakarlar» dramı ən yaxşı xarici film nominasiyasında qalib gəlib. Hadisələrin Holokast dövründə cərəyan etdiyi filmdə nasist cəza düşərgəsində almanların əmri ilə saxta pul çap edən bir qrup yəhudinin taleyindən bəhs edir. Üçüncü reyx saxta pullarla ABŞ və Britaniya iqtisadiyyatına zərbə vurmağa hazırlaşır. İsrail, Qazıxıstan, Rusiya və Polşa rejissorları da bu nominasiyada «Oskar»-a iddia edirdilər. Mükafatı alarkən «Saxtakarlar» filminin yaradıcısı Stefan Rutsovitski Amerikada yaşayıb yaratmağa məcbur olmuş Billi Uilder, Fred Tsinneman, Otto Preminger kimi görkəmli Avstriya kinematoqrafçılarının adını çəkib. Onların bir çoxu nasist rejiminə görə Avstriyanı tərk etməli olub. Rutsovitski oskar qazanmış ilk Avstriya filminin nasistlərin cinayətindən bəhs etməsinin rəmzi məna daşıdığını vurğulayıb. İrlandiyalı müğənni- bəstəkar Qlen Hansard və onun «Folin Slouli» duetində tərəf-müqabili çex müğənni-aktrisa Marketa İrqlova ən yaxşı orijinal mahnıya görə «Oskar» alıblar. Bir zaman minlərlə insanın qarşısında «Oskar» həyəcanını yaşayacağını xəyalına da gətirməyən Hansard yalnız bir məqsədi olduğunu deyib – sənət yaratmaq. Bu il 80 yaşını qeyd edən «Oskar» 24 kateqoriyada təqdim olunub. Kodak teatrından yayımlanan dəbdəbəli mərasimi milyonlara televiziya tamaşaçısı izləyib.

Category: Məşhurlar | Views: 658 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024