Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-05-06, 19.39MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 25 » «Millinin baş məşqçisi avropalı olacaq»
«Millinin baş məşqçisi avropalı olacaq»
21.10

AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) növbəti iclasından sonra mətbuat konfransı keçirildi. Kofransda assosiasiya prezidentinin səlahiyyətlərini icra edən Elşad Nəsirov, baş katib Elxan Məmmədov, futbol üzrə U-21 və U-17-nin yeni baş məşqçisi Bernhard Lippert və 21 yaşlı futzalçılardan ibarət yığmanın baş məşqçisi Hacıbala Abdullayev iştirak etdi. Əvvəlcə baş katib Elxan Məmmədov İK-da qəbul edilən qərarları jurnalistlərin diqqətinə çatdırdı. Daha sonra AFFA-nın prezidentinin səlahiyyətlərini icra edən Elşad Nəsirov baş məşqçiləri ictimaiyyətə təqdim etdi. Onlara yığmanın formaları təqdim edildikdən sonra isə tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırdılar.
- Əsas yığmanın baş məşqçisi nə vaxt təyin ediləcək?
Elşad Nəsirov: Bu məsələyə yaxın bir və ya iki həftə ərzində tam aydınlıq gələcək. Bilirsiniz ki, yaxşı baş məşqçilər işsiz deyirlər. Hazırda danışıqlar gedir.
- Digər yığmalara almaniyalı baş məşqçi təyin edilib. Bunu əsas götürərək, demək olarmı ki, əsas yığmaya da almaniyalı baş məşqçi təyin ediləcək?
E. Nəsirov: UEFA-da 52 federasiya var. Biz də qərara almışıq ki, baş məşqçimiz avropalı olsun. Yığmanın çalışdırıcısı digər qitələrdən olmayacaq.
- Texniki Tərəqqi Departamentinə rəis təyin edilibmi?
E. Məmmədov: Bəli. AFFA-nın qərarı ilə bu vəzifəyə də Bernhard Lippert təyin edilib.
- Lippertin köməkçiləri kim olacaq?
E. Məmmədov: Hazırda bu məsələ müzakirə edilir. Gərək Lippert də seçiləcək insanlarla işləməyə razı olsun. Sizə yalnız onu deyə bilərəm ki, onun köməkçiləri azərbaycanlılar olacaq. Məqsədimiz isə odur ki, həmyerlilərimiz bu mütəxəssisin yanında işləməklə təcrübə toplasınlar.
- U-21 və U-17-ə əcnəbi baş məşqçi təyin edilib. Lippert hər iki işin öhdəsindən gələ biləcəkmi? Digər yığmalarda əcnəbi baş məşqçi işlədiyi halda U-19-da Yaşar Vahabzadənin çalışması nə dərəcədə məntiqəuyğundur?
E. Məmmədov: Birincisi, U-21 daim hazırlaşmır. Komanda müstəqil vaxtlarda toplanış keçirir. U-17 isə mütəmadi məşq edir. Lippert hər iki işin öhdəsindən gələ biləcək. U-19-a gəlincə, Vahabzadə çox təcrübəli baş məşqçidir.
- Lippertlə müqavilənin müddəti nə qədərdir?
E. Nəsirov: Onunla 2 illik anlaşma imzalamışıq.
- AFFA prezidentliyinə namizədlərin qəbulu 8 gündən sonra başa çatacaq. O vaxta qədər heç kim namizədliyini irəli sürməsə, nə edəcəksiniz?
E. Nəsirov: Onda mən özüm prezident vəzifəsini icra edəcəyəm (gülür). İstənilən AFFA üzvü nə vaxt istəsə, namizədini verə bilər. Hələ vaxt var.

Bundan sonra isə Lippert jurnalistlərin sullarına cavab verməyə başladı.
- Azərbaycan futbolu barədə məlumatınız var idimi?
– Mən üç həftə bundan əvvəl Bakıya gəlmişdim. Sizin futbolçuların texniki göstəriciləri yaxşıdır. Ancaq fiziki və taktiki cəhətdən qüsurları var. AFFA-dan və həmkarlarımdan lazımi dəstək alacağıma inanıram. U-21-in baş məşqçisi kimi təlim-məşq toplanışlarına nəzarət edəcəyəm. O ki qaldı U-17-yə, bu yığma mütəmadi hazırlıq keçir. Onlarla daim məşğul olacağam. Texniki Tərəqqi Departamentinin rəisi kimi isə futbolçuların təhsilinə diqqət ayıracağam. Çalışacağıq ki, futbolçularınız Almaniya klublarına keçsinlər. Futbolçuların fiziki göstəricilərini yüksəltmək üçün müxtəlif testlər hazırlamışıq.
- Debütünüz İtaliya U-21-i ilə oyunda olacaq. Bu qarşılaşmada hansı nəticəyə ümid edirsiniz?
- Hələ bir söz deyə bilmərəm. Hələlik U-21-in üzvləri ilə məşq keçirməmişəm, onları tanımıram. Ümidvaram ki, yerli məşqçilərlə əməkdaşlıq nəticəsində komandanı tanıyacağam və İtaliya ilə görüşdə yaxşı nəticə əldə edəcəyik. Ancaq onu da deyim ki, mən gələcək üçün iş qurmağa çalışıram.
- Qarşınıza hansı məqsəd qoyulub?
- Futbolçuları yaxşı tanımıram. Ancaq onları tanıdıqdan sonra konkret danışa bilərəm. Ümumi məqsədim isə futbolunuzu inkişaf etdirmək və uğur qazanmaqdır.
- Dil problemi ilə üzləşəcəyinizdən qorxmursunuz ki?
- Xeyr. Mən ingiliscə danışa bilirəm. Çalışacağam ki, futbolçularla bu dildə ünsiyyət qurum. Üstəlik, köməkçim Hans Betke rusca danışır. Onun köməkliyi ilə də bu problemi həll edəcəyik.
- U-21 altı ildir ki, 3 xala həsrət qalıb. Heç olmasa, Farer adaları ilə oyunda qələbə qazana biləcəyikmi?
- Bu qarşılaşmada qələbə qazana bilərik.

Views: 660 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024