Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-05-07, 01.22MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 25 » “MƏNİ YAP-dan ÇIXARAN ANASINDAN OLMAYIB”
“MƏNİ YAP-dan ÇIXARAN ANASINDAN OLMAYIB”
20.36

YAP Siyasi Şurasının üzvü Siyavuş Novruzov mətbuata açıqlamasında “91-lər”dən olan Ariz Abduləliyev və Əsədulla Qurbanov barədə maraqlı fikirlər səsləndirib. S.Novruzov sözügedən şəxslərin hələ 6 ay əvvəl partiya sıralarından uzaqlaşdırıldığını deyib. Onların partiya rəhbərliyində təmsil olunmadığını bildirən deputat bu səbəbdən də onların məsələsinə partiya rəhbərliyində yox, ilk təşkilatlarda baxıldığını vurğulayıb. A.Abduləliyevlə söhbətimizdə S.Novruzovun bu açıqlamalarına münasibət öyrəndik. Müsahibimiz öncə partiya sıralarından xaric olunması ilə bağlı məlumatla bağlı danışdı.

- Mənim bu barədə məlumatım yoxdur. Neçə ildir partiyanın üzvü olan bir adamın partiyadan çıxarılmasının 6 ay boyunca gizli saxlanılması mənə qaranlıqdır. Bəyəm bu, dövlət sirridir? İkincisi də, bu partiyanın nizamnaməsi, vətəndaşların konstitusion hüquqları Siyavuş Novruzova, digər vəzifə tutan şəxslərə səlahiyyət və hüquq vermir ki, onlar partiya üzvləri ilə bu cür davransınlar. Mən bunu dezinformasiya sayıram. Belə bir hərəkət partiyanın nizamnaməsinə, demoratik imicinə qarşı pis münasibət və hörmətsizlikdir. Qəti şəkildə bəyan edirəm ki, mən partiyadan çıxarılmamışam. İlk təşkilatda da belə şey olmayıb. Partiyanın yubileyqabağı, qurultayqabağı konfransında iştirak etmişəm. Hətta bildiyimə görə, qəzetlərdən birində mənim guya 2 il əvvəl partiyadan xaric edilməyimlə bağlı məlumat gedib. Bu, əsla ola bilməz. Mən məsələni dəqiqləşdirəcəm. Öz siyasi həmkarlarımı hansısa partiya üzvü haqqında açıqlama verəndə bir qədər məsuliyyətli olmağa çağırıram. Çünki hər bir üzvlüyün arxasında bir insan taleyi, siyasi hüqu
q dayanır. Həmkarlarıma təklif edərdim ki, siyasi şoular yaratmaq əvəzinə başlarını seçki prosesinə qarışdırsınlar. Bizim xalqın sevdiyi bir Koroğlu obrazı var. Bu, kişilik rəmzi sayılır. YAP-da əyləşənlər yaxşı mənada Koroğlular, qurdoğlulardır. Onların arasında mən bilən köpəkoğlular yoxdur. Nə vaxt YAP-da köpəkoğlular olsa, inanaram ki, belə bir iş görüblər. YAP tək Siyavuş Novruzovun partiyası deyil ki, onun dediklərini hamı Quran ayəsi kimi qəbul etsin. Mən partiyanın bütün rəhbər orqanlarının qərarlarına hörmətlə yanaşıram. Hər halda YAP kifayət qədər nüfuzu, təcrübəsi, əməli olan bir partiyadır. Hesab edirəm ki, Siyavuş Novruzov orada oturub partiyanın siyasi keçmişinə istədiyi vaxt təpik, güllə, top ata bilməz.

- Hüquqlarınızın bərpasını hansı yolla tələb edəcəksiniz?

- Allah eləməsin, kimsə özbaşına belə bir iş görübsə, partiyanın ideyasını tapdayıbsa, partiya əsgərinin inamının üzərindən keçməyi özünə rəva bilibsə, məhkəmə qarşısında cavab verəcəklər. Burda hüquqlarım bərpa olunmasa, Avropa Məhkəməsinə qədər gedəcəyəm. Hər halda, öncə bu açıqlamanın arxasında nə dayandığını araşdıracam (düşünür). Özü də, necə 6 ay öncə partiyadan çıxarılmışam ki, noyabr ayında mənim iştirakımla partiya ilk təşkilatında müzakirə aparılıb, hətta mənə xəbərdarlıq edilib.

- Xəbərdarlıq nəyə görə edilib ki?

- Həmin vaxt mən “Yeni Müsavat” qəzetinə müsahibəmdə YAP-ın yubiley tədbirlərinə dəvət olunmamağımla bağlı şikayətlənmişdim. Orada partiyanın Siyasi Şurası ilə bağlı da müəyyən tənqidi fikirlər səsləndirmişdim. Bu dediklərim isə ilk təşkilatda kiminsə xoşuna gəlməmişdi. Həmin müsahibə ilə bağlı Bakı Musiqi Akademiyasında müzakirə keçirildi. Mənə xəbərdarlıq edildi ki, siyasi müsahibələrdə partiya və onun rəhbərliyi barədə daha ehtiyatlı danışım.

- Bəlkə də sizi 6 ay öncə yox, bu günlərdə çıxarıblar. Vaxtın nə önəmi var ki?! Önəmli olan sizin partiyadan uzaqlaşdırılmağınız deyil?

- Elədirsə, niyə mətbuata yalan informasiya sızdırırlar?! Başqa birisi də deyir ki, guya məni iki il əvvəl partiyadan çıxarıblar. Partiya kiminsə oyuncağı, ata-babasından qalan mülk deyil. Onun sədri, rəhbər orqanları var. Partiyanın Siyasi Şurasında, İdarə Heyətində təmsil olunan bəzi şəxslərin məhkəməsi də qurulub, iş də alıblar. Onlar niyə partiyadan çıxarılmayıblar? Niyə onların barəsində açıqlama verilmir? Konkret Fikrət Sadıqov məhkəməyə də cəlb olundu, dövləti cinayətdə də ittiham edildi. Niyə bu şəxs barədə Siyavuş Novruzov heç bir bəyanat vermir? O, bu sözləri deyəndə bilməlidir ki, YAP Siyasi Şurasında bu partiyaya da, onun üzvlərinə də kimin sədaqətli olub-olmamasını qiymətləndirən insanlar var. Mən inanmıram ki, onlar belə qərar versinlər. Mən onları Koroğlu, qurdoğlu qismində bilirəm. Köpəkoğlu hələ anasından çıxmayıb ki, məni o partiyadan uzaqlaşdırsın.

- Fakt budur ki, YAP Siyasi Şurasının üzvü sizin partiyadan çıxarıldığınızı deyir. Daha öncə də özünüzə qarşı sayğısızlıqlar görmüsünüz, ünvanınıza tənqidi fikirlər deyilib. Deməli, sizi bu partiyada istəmirlər...Niyə arzulanmadığınız yerdə qalırsınız?

- Mən YAP-da ona görə üzv deyiləm ki, orda kimə görəsə qalmışam, kimisə xoşlayıram. Mən də orda kimisə bəyənməyə bilərəm. Bu, siyasi təşkilatdır, insanlar burda əqidə uğrunda birləşirlər. Mən orada ömrümün ən gözəl illərini, enerjimi, əsəblərimi sərf etmişəm. Bunlar hamısı inamıma, əqidəmə görə baş verib. YAP-dan məni çıxaran adam  partiayanın keçmişinə güllə ata bilən, Heydər Əliyev yoluna xəyanət edən adamdır.

- Əsədulla Qurbanov mətbuata açıqlamasında bildirib ki, guya siz 2005-ci ildə namizədliyinizi irəli sürmüşdünüz və məhz bu səbəbdən partiyadan uzaqlaşdırılmısınız.

- Bu, qeyri-dəqiq fikirdir. Mən 2005-ci ildə hakim partiyanın 97 saylı dairəsindən rəsmi namizəd olmuşam. Bu siyahı mətbuatda da dərc olunub. Seçki ilə bağlı üzvlük məsələsi heç vaxt gündəmdə olmayıb.

- Siyavuş Novruzov YAP daxilində müxalifət olmadığını deyir. Həqiqətənmi bu, belədir? Bəlkə rəhbərlik artıq sizin qisminizdə partiyadan müxalifəti kənarlaşdırıb?

- Mən bilən YAP daxilində müxalifət yoxdur. Sadəcə, bəzi üzvlərin səmimi çıxışlarını partiyadan kənardakı adamlar özlərinə sərfəli şəkildə yozub, partiyadaxili müxalifət kimi qələmə verirlər. Mən kimə qarşı müxalifətdə olmalıyam? Olmayan şeyi danışmaq olmaz. Partiyadaxili siyasi müxaliflik isə ayrı şeydir. Kim onu mədəniyyətinə uyğun necə yozursa, bu, başqa söhbətin mövzusudur. Siyavuş Novruzov niyə müxalifət söhbətini ortaya atıb, bilmirəm. Partiyada elə bir zəmin, əsas yoxdur. Sadəcə, açıqfikirlilik var və kimsə öz mövqeyini ortaya qoyur.


Sevdimali_Pervin.

Views: 744 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024