Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-05-07, 03.22MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 25 » İLHAMƏ QULİYEVA MÜALİCƏ OLUNUR, YOXSA DİNCƏLİR?
İLHAMƏ QULİYEVA MÜALİCƏ OLUNUR, YOXSA DİNCƏLİR?
15.53

Qəzetimizin ötən sayında ANS-PRESS-ə istinadən xalq artisti İlhamə Quliyevanın səhhətində ciddi problemlərin yarandığı haqda məlumat vermişdik. Məlumatda bildirilirdi ki, fevralın 22-si günorta saatlarında İ.Quliyevanın səhhəti pisləşib. Sənətçi təcili Mərkəzi Klinik Xəstəxanasına aparılıraq həkim müayinəsindən keçib. İ.Quliyevanın şəxsi telefonuna cavab verən bacısı oğlu Cavid Zeynalov isə xəbəri nə təsdiq, nə də təkzib edib. C.Zeynalovun ANS-press-ə verdiyi məlumata görə, İlhamə xanım hazırda şəhərdən kənarda istirahət edir. “Dörd-beş günə İlhamə xanım Bakıya qayıdacaq. O zaman sizi maraqlandıran sualların cavabını da özü verəcək”.
Məsələyə aydınlıq gətirmək məqsədilə İ.Quliyevanın mətbat katibi Faiq Ələkbərli ilə əlaqə saxladıq. F.Ələkbərli bizimlə söhbətində sənətçinin səhhətinin pisləşməsi ilə bağlı yayılan xəbərlərin yanlış olduğunu dedi. “Bu məlumatlar şayiədir”- deyən F.Ələkbərli həmkarlarını qınamaqdan da özünü saxlaya bilmədi: “İnformasiyanı dəqiqləşdirmədən dərc eləmək doğru deyil”.
Sənətçinin hazırda Bakıda olmadığını deyən mətbuat sözçüsü İlhamə xanımın səfərinin istirahətlə bağlı olduğunu dilə gətirdi: “İlhamə xanım həftənin cümə günü inşallah, vətənə dönəcək. Sağ-salamatdı, heç bir problemi yoxdu və xəstəxanaya yerləşdirilməyib”.
İ.Quliyeva yenicə telefonla danışdığını söyləyən F.Ələkbərli söylədi ki, sənətçi özü haqda yayılan xəbərlərə təəccüb edib: “İlhamə xanım bu xəbəri eşidəndə özünü gülməkdən saxlaya bilmədi. Söylədi ki, istirahəti olduqca yaxşı keçir.”
Sənətçinin harada istirahət etməsinə gəlincə bu haqda danışmaq istəməyən F.Ələkbərli bizə səbrli olmağı məsləhət gördü.
Sevdimali_Pervin.

Views: 665 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024