Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-05-07, 00.49MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 25 » CƏLAL ƏLİYEVİ KÜNCƏ SIXIŞDIRIBLAR .
CƏLAL ƏLİYEVİ KÜNCƏ SIXIŞDIRIBLAR .
15.46

Hakimiyyət düşərgəsində gizli müharibələr gedir
Akademiki ən sadiq adamları da tərk edib
.

Akademik Cəlal Əliyev siyasi səhnədə o dərəcədə sıxışdırılıb ki, artıq aylarla yada düşmür. Əvvəllər ölkə gündəmini müəyyənləşdirən insanlardan biri olan, siyasi proseslərə rəng və ton verən, dövlət idarəçiliyində bilavasitə iştirak edən, hakim partiyada və iqtidarda əhəmiyyətli paya sahib olan hörmətli Cəlal müəllim indi yasaqlı vəziyyətə düşüb. Heç bir mübaliğəyə yol vermədən demək olar ki, möhtərəm akademik Azərbaycanda fəaliyyətinə qadağa qoyulan yeganə siyasətçidir. Onun hətta millət vəkili kimi parlamentin iclaslarında iştirak etməsi də məhdudlaşdırılıb.
Məsələnin maraqlı tərəfi isə budur ki, mərhum prezident Heydər Əliyevin vaxtında sərhədsiz səlahiyyətlərə malik olan, o zamankı iqtidarın qeyri-rəsmi şəkildə ikinci adamı sayılan Cəlal Əliyevi sıxışdıran bir başqası deyil: Azərbaycanda prezident dəyişsə də, onun akademiklə olan qohumluq bağları dəyişməyib. Lakin prezident İlham Əliyev iş başına gələn gündən ilk olaraq öz əmisinin səlahiyyətlərini məhdudlaşdırdı. Hətta o dərəcəyə qədər ki, bir ara Rusiya mətbuatı akademikin Şüvəlandakı bağında ev dustağı edildiyini də yazmışdı.
Bizim də əlimizə o tipli məlumatlar gəlməkdəydi. Ölkə qəzetləri əvvəlcə ehtiyatla, qorxaraq bu cür bilgiləri dərc etdi; daha sonra hamı heyrətlə müşahidə etdi ki, Cəlal Əliyev artıq onun barəsində gedən materiallardan sonra parlamentdə bağırmır, jurnalistləri söymür, ölümlə təhdid etmir. Xüsusilə də ona görə ki, hörmətli akademiki heç parlamentə buraxmırlar da...
Bütün bunların 2005-ci ildə prezident İlham Əliyevə qarşı hakimiyyət içərisindən təşkil olunan, Cəlal Əliyevin də rol aldığı uğursuz dövlət çevrilişi cəhdindən sonra baş verdiyini iddia edənlər çoxdur. Həmin iddialara görə, indi həbsdə olan iki nazir və Prezident Aparatının keçmiş işlər müdiri Akif Muradverdiyevlə bərabər akademik Cəlal Əliyev İlham Əliyevi devirmək üçün Qərb ölkələrindən birinin səfiri ilə bərabər müəyyən təşəbbüslər göstərib. Həmin təşəbbüslər Rusiya kəşfiyyatının sayəsində açığa çıxarılıb: İlham Əliyev faktlar, səs yazıları əsasında məlumatlandırılıb. Faktlar o dərəcədə səhih və səlis imiş ki, onları əlini Qurana basaraq təkzib edən Fərhad Əliyevi döyməklə cəzalandırmağa belə əsas yaradıb. Sonrasını bilirsiniz: iki nazir hələ də həbsdədir, yüksək rütbəli bir neçə keçmiş məmur əfv əsasında təzəlikcə azad ediliblər: tutulmayan, günahına dair sübutlar olmayan, lakin iqtidarda Cəlal Əliyevin qrupuna aid olan məmurlarsa ölkədən uzaqlaşdırılıblar.
Akademikin nəzarəti altında olan YAP da siyasi proseslərdən və idarəetmədən uzaqlaşdırılıb. Müxalif Əliyevlərin nəzarəti altında olmayan yeni iqtidar partiyasının qurulması prosesi gedir. Hər ehtimala qarşı YAP da köhnə əliyevçilərdən təmizlənir. İlk baxışda onlar heydərçilərdir. Amma o, həyatda olmadığı üçün onların istinadgahları Cəlal Əliyevdir. YAP-da aparılan son təmizləmə - “91-lər”in qovulması da məhz həmin prosesin tərkib hissəsidir.
Akademik Cəlal Əliyevi iqtisadi sferada da tamamilə küncə sıxışdırıblar. Neft-mazut biznesi onun əlindən tamamilə alınıb: çətiri altında olan iri iş adamlari, “vergi” verən şirkətlər başqa “krışa”lara tabe etdirilib. Hörmətli akademikin bilavasitə əlində olan müəssisələr bankrot edilib. Nümunə üçün deyə bilərik ki, təkcə Keşlədəki Ət kombinatının 450 min manat elektrik borcu var. Müəssisənin üzərində böyük məbləğdə vergi və digər borclar da bulunmaqdadır.
Bu səbəblərdən də möhtərəm akademikin biznesi tam mənası ilə krizis yaşayır. İş adamlarından kimsə onunla ortaq çalışmaq marağında deyil. Onun yanından ən sadiq adamları da gediblər. “AMAY Abdulla” kimi tanınan, akademikin bir nömrəli adamı sayılan biznesmen də artıq başqa çətir altında fəaliyyət göstərir. Bu səbəbdən də A.M.A.Y.-dan gələn gəlirlər də indi fərqli kassaya gedir. Akademikin bütün biznes strukturları əvvəllər məhz Abdulla bəyin sayəsində problemsiz və kənar müdaxilələr olmadan çalışırdi. Məsələn, heç kəs cəsarət edib Keşlə Ət kombinatına işıqpulu istəməyə getməz, vergi qurumları akademikin və Abdulla bəyin adına bağlı olan müəssisələrə yaxınlaşmazdı. İndi hər şey tamamilə tərsinədər. Keşlədəki müəssisənin borcunu oranın ölmüş montyorunun üzərinə yükləmək cəhdləri də heç bir nəticə vermir.
Akademiki sıxırlar. Lakin o, bu yaxınlara qədər də müqavimət göstərirdi. 2005-ci ildə onu həbs etməyə cəsarət göstərilmədi; hərçənd tamamilə ciddi şəkildə belə müzakirələr aparılırdı. Əvəzində onu ev dustağı etdilər, siyasi fəaliyyətini yasaqladılar. Lakin Cəlal Əliyev bəzən ən aqressiv şəkildə dirənirdi. Hətta arada qardaşı qızı Sevil Əliyevanın məsləhəti ilə özünün siyasi partiyasını yaratmaq təşəbbüsü də göstərdi. “Yeni Müsavat” akademikin partiyasının fəaliyyət göstərəcəyi ofisi də müəyyənləşdirib görüntüləmişdi.
Ona növbəti təzyiq o cür oldu ki, möhtərəm akademik qəfildən bütün siyasi iddialarından çəkildi. Arada xəbər gəzdi ki, ona qarşı hətta fiziki prosedur da tətbiq olunub.
İndi o, nə millət vəkili kimi parlamentdə görünmür, nə də ümummilli əmi kimi siyasi səhnədə və hakimiyyətdə təmsil olunmur. Cəlal Əliyevin dönəmi Heydər Əliyevlə birlikdə bitibmiş.
Yaxşı hal budur ki, siyasətdə və başqa sahələrdə onun yerini alanlar nə etsələr belə, heç olmasa üzünə söyüş söymürlər. Akademiki küncə sıxışdıranlara təkcə bu fakta görə təşəkkür düşür. Hərdən yada salanda ki Azərbaycanda narıncı inqilabı Cəlal Əliyev etmək istəyirdi, Allaha min dəfə şükür edirsən ki, bu, baş tutmadı...
Sevdimali_Pervin.
Views: 892 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024