Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-05-06, 17.08MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 25 » KƏMALƏDDİN HEYDƏROV FANTASTİK HOTEL TİKDİRİR .
KƏMALƏDDİN HEYDƏROV FANTASTİK HOTEL TİKDİRİR .
15.42
Yeni Müsavat” olaraq dəfələrlə Milli Parkın görkəmini dəyişən yeni tikililər barədə yazmışıq. Həmin yazılarda onu da qeyd etmişik ki, Bakının tarixinin bir hissəsi olan bulvarda belə tikililərin sürətlə vüsət alması sonucda onu, ümumiyyətlə, məhv edəcək. Buyurun, son günlər Azərbaycana ayaq açmış Koreya şirkətləri dənizin üzərindən körpü tikməklə bərabər, indi də Milli Parkda iki göydələn tikməyə hazırlaşırlar. Bu göydələnlərin biri “Bədirlənmiş Ay Körfəzi”, digəri isə “Aypara Sarayı” adlanacaq.
Şəhərin Şərqə mənsub olduğunu vurğulamaq üçün “Bədirlənmiş Ay Körfəzi” və “Aypara sarayı”nın da yer alacağı “Kaspi Plyus” kompleksləri Bakı Buxtasının qərb və şərq künclərində inşa ediləcək.
“Layihənin maraqlı cəhəti odur ki, indiyədək yalnız Birləşmiş Ərəb Əmirliklərində tətbiq edilən inşaat texnologiyası Bakıda təkrarlanacaq. Belə ki, Bakı Dubaydan sonra dəniz sahilində göydələnin inşası üçün süni ada yaradılacaq ikinci şəhər olacaq”, - deyə, qaynar.info yazır. Qeyd edilir ki, “Ay” binaları Bakı Buxtasına girişdə yaradılacaq və iki qonşu adada tikiləcək.
“”Bədirlənmiş Ay Körfəzi" faktiki olaraq yumru disk və yuxarı künclərindən birində dəlikli binadır. Ecazkar memarlıq sayəsində binanın görünüşü ona hansı tərəfdən baxıldığından asılı olaraq dəyişəcək. Məsələn, şimaldan nəzər salanda bina parlaq şüşə göydələn, şərqdən yastı və yuxarı küncü dəlik dairə, qərbdən üçkünclü hündür bina, cənubdan isə bədirlənmiş aya oxşayacaq. Binanın dəyişən görkəmi müxtəlif komponentlərdən istifadə sayəsində mütəhərrik memarlıq üslublu və indiyədək dünyada yalnız Birləşmiş Ərəb Əmirlikləri və Malayziyada inşa edilmiş tikililərə məxsus forma kəsb edəcək. Ön tərəfdən bina diaqonal qəfəsvari struktura malik olacaq, arxadan isə altıgüşəli şanalarla örtüləcək".
Yeri gəlmişkən, kompleksdəki əsas bina 382 nömrəlik, 104182 kvadrat metr ümumi sahəyə malik 35 mərtəbəli lüks hoteldir. Burada bəzi nömrələr “kral” tipli olduğundan, çox böyükdür. Binanın ümumi hündürlüyü isə 158,68 metr olacaq. Hotel binanın sərhədləri ətrafında ilan kimi qıvrılan podium tipli tikili vasitəsilə “Küləklər Sarayı-1" və ”Küləklər Sarayı-2" adlanacaq iki yaşayış binası ilə bağlanacaq.
“Bədirlənmiş Ay Körfəz”inin “əkiz qardaşı” isə aypara formasında olacaq “Kaspi Plyus” kompleksindəki “Aypara Sarayı” olacaq. 32 mərtəbəli bu bina da 221 nömrəlik lüks hoteldir. Bundan başqa, “Aypara Sarayı”nda 128 modern mənzil də yerləşəcək. Mənzillər və nömrələrin ümumi sahəsi 128140 kvadrat metr təşkil edəcək. Hotelin arxasında isə 4 hündürmərtəbə bina olacaq ki, onların üçü yaşayış göydələnləridir. Ən yüksək, 43 mərtəbəli və hündürlüyü 203 metrə bərabər bina isə yalnız ofislər üçün nəzərdə tutulub.
“Heerim Arshitests”dən yayılan məlumata görə, bu iki böyük layihə Bakının simasını dəyişəcək, Azərbaycan paytaxtını dünyanın ən urbanistik, qeyri-adi və ecazkar binalarının məkanına çevirəcək. Lakin tikinti işlərinin nə zaman başlanacağı barədə şirkətdən heç bir konkret məlumat verilməyib.
Dünən əldə etdiyimiz məlumata görə, adı çəkilən binaları Kəmaləddin Heydərov tikdirir. Bu xəbəri bizə verən mənbənin dediyinə görə, binaları Cənubi Koreya şirkətlərinin inşa etməsi təsadüfi deyil. “Fövqəlnazir”in Koreya ilə sıx əlaqələri var. Bu dövlətlə onu təkcə şəxsi biznesi birləşdirmir. Əslində elə adı çəkilən şirkətin özü də məhz “fövqəlnazir” tərəfindən yaradılmış ofşor qurumdur. Milyardlarla dollar dəyərində olan bu layihəyə isə prinsipcə razılıq verilib.
Azərbaycan Müstəqil Ekologiya Forumunun eksperti Sulduz Vəliyevin mətbuata açıqlamasına görə, Bakı Buxtasında iki süni adanın yaradılması və üstəlik, orada bina komplekslərinin inşası ətraf mühitə ciddi ziyan vura bilər: “Bakı Buxtası onsuz da böyük çirkab nohuruna dönüb. Şəhərin məişət və kanalizasiya tullantıları bura təmizlənmədən axıdılır. Sahildə üfunət qoxusundan durmaq olmursa, buxtadakı suda balıqlar bir yana, artıq planktonlar da zəhər daşıyıcılarına dönüb. Belə şəraitdə buxtanı təmizləmək, orada ekoloji normallaşdırma işləri aparmaq əvəzinə, böyük tikinti meydançası açmaq buxtanın ekologiyasını məhv edə bilər”.
Sevdimali_Pervin.
Views: 1486 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024