Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-04-28, 02.23MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 24 » “NEFTÇİ”DƏ ŞƏRAİT İDEALDIR, QALIR YALNIZ İŞLƏMƏK"
“NEFTÇİ”DƏ ŞƏRAİT İDEALDIR, QALIR YALNIZ İŞLƏMƏK"
23.51

Anatoli Demyanenko: “Bakıdan gələn dəvət ”Dinamo" klubuna başçılıq etməklə bağlı aldığım təklifdən heç də az əhəmiyyətli deyil"     “Neftçi”nin baş məşqçisi Anatoli Demyanenkonun dünən 49 yaşı tamam olub. O, ad günü ərəfəsində Ukraynada nəşr olunan “Sport-Ekspress v Ukraine” qəzetinə müsahibə verib. Tanınmış məşqçi Azərbaycandakı şəraitdən, komandadakı vəziyyətdən danışıb.

- Belə fikirlər səslənir ki, “Dinamo” kimi klubda işləmiş məşqçi üçün “Neftçi”yə gəlmək geriyə addımdır...

- Xətrimi istəməyənlər həqiqətən də belə hesab edirlər. Ancaq mən bununla qətiyyən razı deyiləm. Bakıdan gələn dəvət mənim üçün vaxtilə Kiyevin “Dinamo” klubuna başçılıq etməklə bağlı aldığım təklifdən heç də az əhəmiyyətli deyil. Futbolçularla ilk söhbətimdə elə bu mövsümün gedişində qızıl medal qazanmaq uğrunda mübarizəyə qoşulacağımızı deyəndə, onların gözündə yanğı gördüm ki, bu da məni sevindirdi.

- Anatoli Vasilyeviç, komandanızda çoxmu legioner var?

- Rumıniyalı, bolqarıstanlı və braziliyalı. Ancaq başa düşmürəm ki, bunu nəyə görə soruşursunuz?

- Ona görə ki, “Dinamo”da təkcə sizin vaxtınızda yox, sizdən sonra gələn Yozef Sabo ilə Oleq Lujnının dövründə də ən böyük anlaşılmazlıq əcnəbi futbolçularla bağlı yaranırdı...

- “Neftçi”də legionerlərə iradım yoxdur. Baş düşən uşaqlardır, braziliyalı isə Şərq mentaliteti ilə böyüklərə, o cümlədən baş məşqçiyə hörməti özünə aşılayıb.

- Deməli, klubda nizam-intizamla bağlı problem yaşamırsınız?

- Artıq yox. Ancaq “Neftçi”də ilk olaraq bunu etdim: futbolçulara uğura yolun işə peşəkar münasibət göstərməkdən keçdiyini başa saldım. Dediyim kimi, oyunçular sözlərimə anlaşıqla yanaşdılar.

- Deyirlər ki, sizə qədər “Nefçi”də baş məşqçi işləyən Vlastimil Petrjeladan sonra komandada heç nə qalmayıb. Sizə həqiqətən də sıfırdan başlamaq lazım gəldi?

- Mənə nə həmkarımın gedişinin səbəbi, nə də klub rəhbərliyi arasında olan fikir ayrılığını predmeti məlumdur. Klub infrastrukturu ciddi şəkildə qoyulub, yaxınlarda futbolun inkişafı ilə bağlı qəbul edilən dövlət proqramı isə inkişafa növbəti impuls verir.

- Deməli, “Neftçi” ilə üç illik müqavilə bağladığınıza görə peşman deyilsiniz?

- Əksinə, klub rəhbərliyi uzun müddətli müqavilə təklif etməklə mənə inandığı və hər xırdalığa görə ilişmək fikrində olmadığını göstərdi. Bakının xeyrinə qəbul etdiyim qərar zamanı mənə göstərilən inamı nəzərə aldım. Burda şərait idealdır, qalır yalnız işləmək.

- Belə çıxır ki, Azərbaycanda sizə təxminən Yuri Syominə “Dinamo”da olduğu qədər, hədsiz inam krediti verilib?

- Rusiyalı həmkarımın səlahiyyətlərinin genişliyi ilə bağlı mühakimə yürüdə bilmərəm. Yalnız onu deyə bilərəm ki, komandaya müəyyən fasilələrlə də olsun, əsrin dördə birini verdim. İndiyədək “Dinamo”ya azarkeşlik edirəm. Birinci Kanalın Kuboku uğrunda turnirin heç də bütün matçlarını izləməmişəm. Ancaq “Dinamo”nun “Spartak” və “Şaxtyor”a qarşı göstərdiyi inamlı oyuna görə sevindim. Ümid edirəm ki, rəsmi matçlarda da belə olacaq.


Sevdimali_Pervin.

Views: 587 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024