Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-04-27, 18.55MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 24 » “XƏZƏR-LƏNKƏRAN”ın SAHİBİ MÜBARİZ MƏNSİMOV İLHAM ƏLİYEVLƏ GÖRÜŞÜB
“XƏZƏR-LƏNKƏRAN”ın SAHİBİ MÜBARİZ MƏNSİMOV İLHAM ƏLİYEVLƏ GÖRÜŞÜB
23.36

Fevralın 15-də Prezident sarayında dövlət başçısı İlham Əliyev bir müddət öncə Birlik Kubokunun qalibi olmuş “Xəzər-Lənkəran” futbol klubunun üzvlərini qəbul edib.
“Hər bir idman növündə qazanılan uğur məni çox sevindirir. Xüsusilə futbolda. Çünki biz hamımız çox istəyirik ki, Azərbaycanda futbol daha da sürətlə inkişaf etsin və futbolçularımız bütün beynəlxalq yarışlarda yaxşı nəticələr göstərə bilsinlər. Əminəm ki, gələcəkdə bu sahə daha da sürətlə inkişaf edəcək və sizin bu kubok yarışında qazandığınız uğur əlbəttə ki, Azərbaycanda futbolun tərəqqisinə güclü təkan verməlidir”- deyə İ.Əliyev bildirib.
“Mən final oyununa baxmışam, çox gərgin mübarizədə siz kuboku qazana bilmisiniz və bütün Azərbaycan xalqına sevinc bəxş etmisiniz. Xüsusilə Lənkəran sakinlərinə. O da çox vacibdir ki, Birlik Kubokunun qalibi paytaxt komandası deyil, Azərbaycanın gözəl guşəsi olan Lənkəran şəhərini təmsil edən komandanın futbolçularıdır. Bu, onu göstərir ki, Azərbaycanın regionlarında da çox sürətlə işlər gedir, bütün sahələr inkişaf edir”- deyə ölkə başçısı qeyd edib.
“Mən bu gözəl qələbə münasibətilə sizi bir daha təbrik etmək istəyirəm. Siz Azərbaycanın dövlət bayrağını qaldırmısınız, qalib gəlmisiniz, hamımızı sevindirmisiniz. Bundan sonra sizə yeni uğurlar arzulamaq istəyirəm. Əminəm ki, siz bundan sonra da Azərbaycan azarkeşlərini sevindirəcəksiniz. Bu fürsətdən istifadə edib kamera qarşısında bütün Lənkəran sakinlərini bu gözəl qələbə münasibətilə təbrik etmək istəyirəm”- deyə o, bildirib.
Görüşdə “Xəzər-Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov da iştirak edib.
Sevdimali_Pervin
Views: 674 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024