Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-04-28, 14.27MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 24 » MÜĞƏNNİLİKDƏN TƏLƏBƏLİYƏ GEDƏN YOL...
MÜĞƏNNİLİKDƏN TƏLƏBƏLİYƏ GEDƏN YOL...
23.25

Sənətçilərimiz tələbəlik illərini toyxanalarda başa vurur

Ölkə şou-biznesində qəribə tendensiya yaranıb. Səhnəyə qədəm qoyan əksər müğənnilər bir neçə ildən sonra ali təhsil almaq eşqinə düşür. Özü də elə peşədən yapışırlar ki, vallah, təəccübdən çaş-baş qalırsan. Mahnı oxumaq hara, hüquqşünas peşəsinə yiyələnmək hara?! Hətta elə müğənni var ki, oğlu ilə eyni vaxtda tələbəlik bileti alıb. Universitetə “qəbul olan” müğənnilərimiz tələbəlik illərini toylarda və şou-proqramlarda başa vururlar. Sonra da müsahibələrində fəxrlə deyirlər ki, bəs əsl sənətləri hüquqşünaslıqdır.
Gələk mətləb üstə. Xeyli müddətdir Röyanın Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə necə daxil olması mətbuatın diqqət mərkəzindədir. Öncə xatırladaq ki, bu mövzunu ilk dəfə gündəmə “Bizim yol” qəzetinin əməkdaşı Natiq Güləhmədoğlu gətirib. N.Güləhmədoğlunun dediyinə görə, məsələnin arxasında ciddi korrupsiya faktı durur. Bu arada bildirək ki, BDU-nun rektoru Abel Məhərrəmov APA-ya açıqlamasında deyib ki, Röya qabiliyyətsiz olsaydı, xalqımız onun arxasınca getməzdi. Sonra isə rektor belə deyib: “Röyanın BDU-ya qəbul olunmasında heç bir qanun pozuntusuna yol verilməyib. İkinci dəfə ali təhsil almaq üçün isə qəbul daxili testlər vasitəsilə həyata keçirilir”.
Röyanın beynəlxalq qabiliyyətindən söz düşəndə isə ağlımıza yalnız miasum.ru erməni saytında müğənninin unitazda əyləşərək çəkdirdiyi lüt şəkillərindən başqa heç nə gəlmir... Röyanın rəsmi elektron ünvanına gəlincə isə, saytda göstərilib ki, o, 2004-cü ildə BDU-nun beynəlxalq hüquq fakültəsinə qəbul olub. Amma müğənninin mətbuat katibi Ülviyyə Alovlu deyib ki, Röya 2004-cü ildə Moskvadakı Dünya İqtisadiyyatı İnstitutuna (Dİİ) daxil olub və elə həmin il də BDU-ya köçürülüb (qeyd edək ki, Dİİ özəldir və Rusiya təhsil müəssisələri arasında qətiyyən yüksək reytinqi ilə seçilmir-red.).
Ülviyyə Alovlu qəzetimizə açıqlamasında bildirdi ki, bu söz-söhbətin kökündə Röyanın populyarlığı dayanır: “Məsələ Röya ilə yox, BDU ilə əlaqədardır. Sadəcə, Röya populyar olduğundan adı hallanır. Onun Moskvada ali məktəbə qəbul olunmasından tutmuş BDU-ya köçürülməsi ilə bağlı bütün sənədləri jurnalistlərə təqdim etmişəm. Jurnalist Natiq Güləhmədoğlunun Abel Məhərrəmovla problemi var”.
Qarşı tərəf - N.Güləhmədoğlu bizimlə söhbətdə dedi ki, A.Məhərrəmov müəllimi olub: “Onunla aramızda heç bir zaman problem yaşanmayıb. Abel Məhərrəmovun dərsindən əla olmasa da, yaxşı qiymət almışam. Burada heç bir şəxsi problemdən söhbət gedə bilməz. Çünki mən Abel Məhərrəmovla birgə TQDK sədri Məleykə Abbaszadəni də məhkəməyə vermişəm. Mən TQDK-ya və BDU-ya rəsmi formada müraciət etdim. Müraciətdə bir neçə sual yer almışdı. Röya BDU-ya necə qəbul olunub? Test üsulu ilə qəbul olubsa, nə qədər bal toplayıb? Köçürülmə yolu ilə köçürülübsə, hansı ali məktəbdən köçürürülüb? Qanunvericiliyin müəyyən etdiyi müddət ərzində onlar mənə cavab verməyib. Mən də vəzifəli şəxsin öz vəzifəsini yerinə yetirməyib mənim informasiya almaq hüququmu pozduğuna görə iddia qaldırıb onları məhkəməyə vermişəm”.
Obyektivlik naminə A.Məhərrəmovla da əlaqə saxlayıb fikirlərini öyrənmək istədik. Lakin hörmətli rektorun nə iş, nə də mobil telefonunu əldə edə bildik. Buna baxmayaraq, Abel müəllimi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
Mövzunu diqqətdə saxlayacağıq.
Sevdimali_Pervin
Views: 654 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024