Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2017-09-25, 17.23MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 24 » AZERBAYCANCA
AZERBAYCANCA
22.33
AZERBAYCANCA
XOCALI SOYQIRIMI XX ESRİN EN DEHŞETLİ CİNAYETLERİNDENDİR

1992-ci il fevralın 25-den 26-na keçen gece Azerbaycan xalqının tarixine qara herflerle yazılmışdır. Hemin gece ermeni silahlı desteleri SSRİ dövründe Xankendi şeherinde yerleşmiş, komanda ve şexsi heyetinin xeylisi ermenilerden ibaret olan 366-cı motoatıcı alayının zirehli texnikası ve herbçilerinin kömeyi ile Xocalı şeherini yerle-yeksan etmişler.
Xatın, Liditsa, Oradur soyqırımları kimi, Xocalı faciesi de insanlıq tarixine düşmüş qanlı olaydır. Ermeni tecavüzkarların Azerbaycan xalqına qarşı töretdikleri bu növbeti kütlevi qırğın 613 neferin, o cümleden 106 qadının, 83 uşağın, 70 qocanın heyatına son qoydu. 1275 dinc sakin esir götürüldü, 150 neferin taleyi ise hele de melum deyildir.
1000-den artıq dinc sakin müxtelif dereceli gülle yarası alaraq şikest olmuşdur. Onların 76 neferi yetkinlik yaşına çatmamış uşaqlar idi. Xocalı qırğını zamanı 6 aile tamamile mehv edilmiş, 25 uşaq her iki valideynini, 130 uşaq ise valideynlerinden birini itirmişdir. 56 nefer xüsusi qeddarlıqla öldürülmüş - diri-diri yandırılmış, başlarının derisi soyulmuş, beden ezaları ve başları kesilmiş, gözleri çıxarılmış, hamile qadınların qarnı süngü ile deşik-deşik edilmişdi.
Rusiyanın “Memorial” hüquq-müdafie merkezinin melumatına göre, dörd gün erzinde Ağdama Xocalıda qetle yetirilmiş 200 azerbaycanlının meyiti getirilmiş, onlarca meyitin tehqire meruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi ve 51 qadın, o cümleden 13 uşaq) mehkeme-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müeyyen edilmişdir ki, 151 neferin ölümüne gülle yaraları, 20 neferin ölümüne qelpe yaraları sebeb olmuş, 10 nefer küt aletle vurularaq öldürülmüşdür. Hüquq-müdafie merkezi diri adamın baş derisinin soyulması faktını da qeyde almışdır.
Bu soyqırımı aktı neticesinde bezi aileler bütünlükle mehv edilmiş, mülki ehali görünmemiş qeddarlıqla qetle yetirilmiş, esir götürülenlere amansız işgenceler verilmişdir. Hemin emellerin qabaqcadan düşünülmüş qaydada, milli elametine göre insanların tamamile ve ya qismen mehv edilmesi niyyeti ile töredilmesi beynelxalq hüquqa ve dövletdaxili hüquqa esasen mehz soyqırımı olduğunu sübut edir. Ermeni celladlarının töretdikleri bu vehşilik ve vandalizm aktı beşeriyyetin esil soyqırımı kimi tanıdığı ve yuxarıda adı çekilen facielerle eyni seviyyede qiymetlendirilmelidir. Dünyanın sülhsever insanları, sivil dövletleri, nüfuzlu beynelxalq teşkilatları, beynelxalq ictimaiyyet bu acı heqiqeti bilmeli, insanlığa qarşı töredilen bu cinayet öz hüquqi qiymetini almalıdır. Beynelxalq hüquqa göre, soyqırımı sülh ve beşeriyyet eleyhine yönelen emeldir ve en ağır beynelxalq cinayet sayılır. BMT Baş Meclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qetnamesi ile qebul edilmiş ve 1961-ci ilde qüvveye minen Soyqırımı cinayetinin qarşısının alınması ve teqsirkarların cezalandırılması haqqında Konvensiyada soyqırımı cinayetinin hüquqi esası tesbit olunmuşdur. Ermenistanın Azerbaycana qarşı tecavüzü zamanı hemin Konvensiyada tesbit edilmiş soyqırımı cinayetini teşkil eden bütün emeller tetbiq olunmuşdur. Bu işğalçı ölkenin yürütdüyü terrorçuluq siyaseti uzun illerdir ki, dünya ictimaiyyetinin gözü qarşısında baş verir. Halbuki, beynelxalq hüquq normalarına, BMT-nin ve ATET-in prinsiplerine göre, dövletlerin serhedlerinin toxunulmazlığına hörmet edilmelidir, erazi bütövlüyünün ve suverenliyin pozulması yolverilmezdir. BMT Tehlükesizlik Şurası Azerbaycanın işğal olunmuş torpaqlarının qeyd-şertsiz azad edilmesi barede dörd qetname qebul etse de, işğalçı Ermenistan bunları hele de yerine yetirmir.
Xocalı faciesi iki yüz ile yaxın bir müddet erzinde ermeni milletçilerinin ve onların havadarlarının Azerbaycan xalqına qarşı apardığı etnik temizleme ve soyqırımı siyasetinin davamı ve qanlı sehifesi idi. Bu menfur siyaset xalqımıza saysız-hesabsız müsibetler ve ezab-eziyyetler getirmişdir.
Xocalı soyqırımını töretmekle ermeni milletçileri mekrli meqsedler güdürdü: xalqımızı qorxutmaq, vahime yaratmaq, onun mübarize ezmini qırmaq, torpaqların işğalı faktı ile barışmağa mecbur etmek. Lakin hiyleger ve amansız düşmen meqsedine çata bilmedi. Xocalı müdafieçileri qeddar düşmenle mübarizede eyilmediler, qehremanlıqla vuruşaraq Vetene sedaqet nümunesi gösterdiler.
Xocalı faciesinden danışarken o zamankı resmi Azerbaycan rehberliyinin ve ölkede veziyyete ciddi tesir eden siyasi qüvvelerin acizliyini, seriştesizliyini, xalqın taleyine biganeliyini xüsusi qeyd etmek lazımdır. Dövlet rehberliyi xalqın qezebinden qorxaraq, hadisenin miqyasını kiçiltmeye cehd etmiş, bu qanlı cinayet barede beynelxalq ictimaiyyete operativ ve etraflı melumat vermek üçün heç bir iş görmemişdi. 1994-cü ilden ümummilli liderimiz Heyder Eliyevin teşebbüsü ile Azerbaycan hökumeti ve parlamenti ermeni milletçilerinin azerbaycanlılara qarşı töretdikleri cinayetler, o cümleden Xocalı soyqırımı haqqında heqiqetleri bütün miqyası ve dehşetleri ile dünya dövletlerine ve beynelxalq ictimaiyyete çatdırmaq, bunların soyqırımı siyaseti kimi tanınmasına nail olmaq üçün ardıcıl tedbirler görmüşdür. Meqsed Xocalı faciesine beynelxalq hüquqi-siyasi qiymet verilmesine, onun teşkilatçılarının, ideoloqlarının ve icraçılarının dünya ictimaiyyetinin gözünde ifşasına ve cezalandırılmasına nail olmaqdır. Bu, bir terefden Xocalı müdafieçilerinin ve şehidlerinin ruhu qarşısında bizim insanlıq ve vetendaşlıq borcumuzdur. Diger terefden ise, insanlığa qarşı yönelmiş bu cür qeddar cinayetlerin gelecekde tekrar olunmaması üçün mühüm şertdir.
Category: Siyasət | Views: 567 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2017