Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-04-27, 21.30MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 24 » İRƏVAN QANLI TOQQUŞMANIN BİR ADDIMLIĞINDA
İRƏVAN QANLI TOQQUŞMANIN BİR ADDIMLIĞINDA
22.29

Eks-prezident Levon Ter-Petrosyanın tərəfdarları fevralın 19-da keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz olaraq İrəvanda fasiləsiz mitinqlər keçirməkdə davam edir. Fevralın 23-nə keçən gecə Azadlıq meydanında 2 minə yaxın müxalifət tərəfdarı qalıb. Dünən saat 15-də isə meydana yenidən on minlərlə adam toplaşıb və Ter-Petrosyanın tərəfdarları növbəti mitinqə başlayıblar. Hakimiyyət düşərgəsində isə parçalanmaların əlamətləri özünü göstərir.
Xəbər verildiyi kimi, hakim koalisiyaya daxil olan Daşnaksütyun Partiyasının lideri, prezidentliyə namizəd Vaan Ovanesyan vitse-spiker postundan istefa verib. Seçkilərin MSK tərəfindən açıqlanan nəticələrinə görə, 7 faiz səslə dördüncü yeri tutan Ovanesyan müxalifətin tərəfinə keçməyə hazırlaşmır, lakin o, dünən seçkilərin saxtalaşdırıldığını və xalqın öz iradəsini ifadə etməsinə imkan verilmədiyini bəyan edib. Qeyd edək ki, Ovanesyan həm də baş nazir, seçkilərin qalibi elan edilmiş Serj Sərkisyanın qudasıdır.
Fevralın 23-də axşam Serj Sərkisyanın tərəfdarlarının regionlardan paytaxta gəldiyi və mitinq keçirəcəyi xəbər verilmişdi. Məlum olub ki, Ermənistanın yol polisi Sərkisyanın adamlarının olduğu avtobusları paytaxta buraxmayıb. Onlara deyilib ki, müxalifət tərəfdarları ilə toqquşma təhlükəsi var və bu səbəbdən paytaxtda Sərkisyanı dəstəkləyən aksiya keçirilməsinə ehtiyac yoxdur. Ermənistan polisindən bildiriblər ki, regionlardan gələnlər öz namizədlərini dəstəkləmək istəyirlər. Lakin hakimiyyət hər hansı zorakılığa yol verməmək üçün Sərkisyanın tərəfdarlarını paytaxta buraxmayıb. Ermənistanın Daxili İşlər Nazirliyi bəyan edib ki, asayişin təmin edilməsi üçün zəruri tədbirlər görülə bilər, lakin hakimiyyət cəmiyyətdə gərginliyi artırmamaq üçün aksiyaya müdaxilə etmir.
Məlumatlara görə, Ter-Petrosyan özü də gecəni meydanda keçirib. O, toplaşanlar qarşısında qısa çıxış edərək deyib ki, tərəfdarları onu əlləri üstündə prezident iqamətgahına aparmayınca meydanı tərk etməyəcək. Daxili qoşunların və xüsusi təyinatlı polisin bölmələri isə sutka boyu prezident iqamətgahını, parlament binasını və MSK-nı mühafizə altında saxlayıb.
Daşnaksütyun Partiyasından yayılan bəyanatda isə deyilirdi ki, seçkilərdə ciddi pozuntular olub və bu barədə onların rəsmi rəyi olacaq. Bununla belə, Vaan Ovanesyan araşdırmaları gözləmədən vitse-spiker postundan istefa verib, lakin o, müxalifətə qoşulmayacaq: “Bizim öz yolumuz var və onunla gedəcəyik”.
Daha sonra Ovanesyan telekanallardan birinə açıqlamasında deyib ki, Ter-Petrosyanı dəstəkləyən müxalifət qüvvələri ilə hakimiyyət arasında vasitəçi olmağa hazırdır. “Biz tərəfləri situasiyanı daha da gərginləşdirməkdən çəkinməyə çağırırıq, əsk halda Ermənistan dövlətçiliyi təhlükədə qala bilər”- deyə o bildirib. Ovanesyan deyib ki, qarşı duran tərəflər indi düşmənçilik əhvali-ruhiyyəsindədir və əgər vasitəçilik təklifi qəbul edilsə, Daşnaksütyun Partiyası onların arasında barışığa nail ola bilər.
Xatırladaq ki, bir gün əvvəl hakimiyyət düşərgəsindən olan 7 deputatın da Ter-Petrosyanın tərəfinə keçdiyi bildirilirdi. Dünən həmin deputatlardan ikisi - Firavan Ermənistan Partiyasından deputatlar Qrant Qriqoryan və Tiqran Stepanyan bildiriblər ki, onlar öz liderlərinə sadiq qalırlar və müxalifətin tərəfinə keçməyiblər. Müdafiə naziri Mikael Arutyunyan isə bir daha bildirib ki, onun iki müavininin müxalifətlə danışıqlar aparması haqda yayılan məlumatlar yalandır: “Ordu siyasətə qarışmır və mənim müavinlərim öz vəzifələrini yerinə yetirirlər. Qoy heç kim ordunun və müdafiə nazirinin müavinlərinin adından istifadə etməyə çalışmasın”.
Prezident Köçəryan isə Ter-Petrosyanın tərəfinə keçən baş prokurorun müavini Qaqik Cangiryanın vəzifədən azad edilməsi haqda fərman verib. Cangiryanın rütbəsi də əlindən alınıb və o, prokurorluq orqanlarından xaric olunub.
MDB-nin sammitində iştirak etmək üçün Moskvaya gedən Köçəryan fevralın 23-də axşam geri dönüb və dünən Daxili İşlər Nazirliyinin rəhbərliyi ilə müşavirə keçirib. Köçəryan müxalifəti dövlət çevrilişinə çalışmaqda ittiham edib və mitinqi hakimiyyəti devirməyə cəhd kimi qiymətləndirib. O, deyib ki, ölkədə baş verənlər hakimiyyətin qanunsuz yolla ələ keçirilməsi cəhdidir. “Bizim ölkədə sabitliyin qorunub saxlanmasına yönələn hərəkətlərimiz kəskin və qətiyyətli olacaq”- deyə Köçəryan bildirib. Onun polisə İrəvanda asayişi təmin etmək üçün müvafiq tapşırıqlar verdiyi bildirilir. Belə görünür ki, Rusiya prezidenti Putin ona müxalifətin hərəkətlərinin qarşısının alınması üçün müvafiq təlimatlar verib. Daxili İşlər Nazirliyinin rəhbərliyi isə Köçəryanı əmin edib ki, polisin təxribatların qarşısını almaq, sabitliyin pozulmasına yol verməmək üçün bütün imkanları var. Bu müşavirədən əvvəl məlumatlar yayılmışdı ki, polisin rəhbəri Ayk Arutyunyan istefa verib, lakin bu məlumatlar özünü doğrultmayıb.
Daha sonra Köçəryan Milli Təhlükəsizlik Xidmətinin rəhbərliyi ilə müşavirə keçirib və onlarla ölkədə yaranmış vəziyyəti müzakirə edib. “Ermənistanda sabitlik heç bir halda alver predmeti ola bilməz”- deyə prezident xəbərdarlıq edib. Müşavirədə iştirak edən ordu rəhbərliyi də Köçəryanı sabitliyin qorunması üçün bütün addımların atılacağına əmin edib.
Bu müşavirədən sonra təhlükəsizlik qüvvələrinin Azadlıq meydanında toplaşanlara elə dünən gecə sərt müdaxilə edəcəyi gözlənilirdi. Belə ki, Ermənistan hakimiyyəti müxalifətin mitinqlərini gecə saatlarında dağıtmaq praktikasını mənimsəyib. Bir neçə il əvvəl xüsusi təyinatlılar İrəvanda gecə saat 2 radələrində müxalifətin mitinqinə sərt müdaxilə etmişdi. Məlumatlar var ki, Sərkisyanla Köçəryan ehtiyat üçün Dağlıq Qarabağdan da özlərinə sadiq olan xüsusi təyinatlı qüvvələri İrəvana gətirib və əgər polis, daxili qoşun müxalifətə münasibətdə loyallıq nümayiş etdirsə, onları işə salacaqlar.
Ter-Petrosyanın tərəfdarları isə “Yerkrapa” müharibə veteranları birliyi üzvlərinin dəstəyinə ümid edirdilər. Belə ki, “Yerkrapa” üzvlərinin bir çoxu silahlıdır və onlar maskalılarla qarşıdurmada silaha əl ata bilərlər. Ter-Petrosyan Köçəryanın çıxışına münasibət bildirərkən deyib ki, onun dedikləri təəccüblüdür: “Ermənistanda hansı konstitusion qaydadan söhbət gedə bilər, axı Köçəryan onu çoxdan pozub”.
Eks-prezident bildirib ki, onun tərəfdarları qanun çərçivəsində, dinc formada hərəkət edəcəklər.
İndiyədək Ermənistandakı seçkilərin nəticələrini tanımayan ABŞ dünən bunu edib. Dövlət Departamentinin rəsmi nümayəndəsi Tom Keysi bildirib ki, ABŞ Ermənistanı ciddi rəqabət şəraitində keçirilən seçkilər münasibətilə təbrik edir, bununla belə, beynəlxalq müşahidəçilərin qeydə aldıqları pozuntular da araşdırılmalıdır. Beləliklə, Sərkisyanı prezident kimi beynəlxalq ictimaiyyət tanıyır və Ter-Petrosyan beynəlxalq dəstəyə ümid edə bilməz. Onun hakimiyyətə gəlməsi ancaq güclü xalq dəstəyi ilə mümkün ola bilərdi, hələlik isə eks-prezidentin bu istiqamətdə qətiyyətli addımlar atmağa gücü azdır. Onun mitinqlərində on minlərlə adam iştirak edir, aksiya iştirakçılarının sayında kütləvi artım isə qeydə alınmır.
Azadlıq meydanında isə Ter-Petrosyanın seçki qərargahının üzvü Nikol Paşinyan məlumat verib ki, hakimiyyətin adamları eks-prezidentin Razdan dərəsində yerləşən iqamətgahı ətrafında toplaşıb. Bir qrup adam iqamətgahın ətrafında çadır quraraq Ter-Petrosyanın siyasətdən getməsini tələb ediblər. Binanın ətrafında polislər də gözə dəyir. Paşinyan deyib ki, hakimiyyətin resursları tükəndiyindən rejim təxribatçı əməllər törətmək üçün qohumlardan istifadə edir. Onun sözlərinə görə, Ter-Petrosyanın evinin qarşısındakı aksiyanı Milli Təhlükəsizlik Xidməti direktorunun qohumu təşkil edib. Mitinqin başlanmasından az sonra qadınlardan ibarət qrup yürüşə çıxıb və İctimai Televiziyanın binası qarşısında piket keçirdikdən sonra meydana dönüb. Onlar televiziyadan mitinqi işıqlandırmağı və Ter-Petrosyanın çıxışını efirə verməyi tələb ediblər. İstisna deyildi ki, gecə hakimiyyət aksiyaya müdaxilə edəcək və qarşıdurma yaranacaq.
arminfo.info saytının dünən axşam yaydığı xəbərə görə, bir qrup erməni diplomatı Ter-Petrosyanı dəstəkləyən bəyanatla çıxış edib. Bəyanatı Ermənistan xarici işlər nazirinin müavini Armen Bayburdyan, bu ölkənin İtaliyadakı səfiri Ruben Şuqaryan, Qazaxıstandakı səfiri Levon Xaçatryan, Ukraynadakı səfirliyinin müşaviri Razmik Xumaryan imzalayıb. Onlar hökumətin qarşısında xalqa qarşı hər hansı zor tətbiq etməmək tələbi qoyub.
Sevdimali_Pervin   

24.02.2008
                                                       
    

Views: 643 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024