Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-04-28, 16.36MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 24 » TÜRKİYƏ ORDUSU PKK İLƏ AĞIR DÖYÜŞLƏR APARIR
TÜRKİYƏ ORDUSU PKK İLƏ AĞIR DÖYÜŞLƏR APARIR
22.23

Fevralın 21-də axşam İraqın şimalına yerüstü müdaxilə həyata keçirən Türkiyə Silahlı Qüvvələri PKK terrorçuları ilə şiddətli döyüşlər aparır. Silahlı Qüvvələrin Baş Qərargahından yayılan məlumatlara görə, döyüşlər zamanı 5 əsgər şəhid olub, azı 44 terrorçu öldürülüb. Terroçular arasında çoxsaylı yaralı var. Xəbər verildiyi kimi, Türkiyə ordusu İraqın şimalına 10 minlik hərbi birləşmə, o cümlədən tanklar və zirehli hərbi texnika ilə müdaxilə edib. Quru qoşunlarına havadan zərbə vertolyotları və qırıcı təyyarələr dəstək verir. Türkiyə qüvvələrinin İraq sərhədləri daxilində 14 kilometrədək irəlilədiyi xəbər verilirdi.
Baş Qərargahın yerüstü əməliyyatların birinci günü ilə bağlı yaydığı rəsmi açıqlamada deyilir ki, birbaşa təmaslar zamanı azı 24 terrorçu öldürülüb, həmçinin azı 20 terrorçu artilleriya zərbələri ilə məhv edilib. Hücum zamanı bölgədə təsbit edilən PKK mövqelərinə şiddətli atəş açılıb, həmçinin hərbi birliklərin İraq sərhədləri daxilində irəliləməsi zamanı terrorçuların çoxsaylı sığınacaqları, sursat və ərzaq anbarları dağıdılıb. Vertolyotların və artilleriya qurğularının atəşləri nəticəsində məhv edilən terrorçuların dəqiq saylarını təsbit etmək mümkün olmayıb, Baş Qərargah bildirib ki, terrorçularla yaxın təmas fasilələrlə davam edir: “İlkin təsbitlərə görə, terrorçular artilleriya və hava zərbələri nəticəsində ağır tələfat veriblər. Əldə edilən kəşfiyyat məlumatları göstərir ki, terror təşkilatının rəhbər kadrları təşviş içərisində İraqın cənubuna doğru qaçır və bölgəni tərk etməyə çalışır”.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı vurğulayıb ki, əməliyyat yalnız PKK-ya qarşı yönəlib və yerli mülki əhaliyə ziyan dəyməməsi üçün maksimum səy göstərilir. Həmçinin yerli silahlı qruplara qarşı hər hansı əməliyyat planlaşdırılmır. Yerli mətbuat isə yazır ki, qoşunlar İraq içərisində 20 kilometrədək irəliləyib, əməliyyata ABŞ kəşfiyyat dəstəyi verir. Məlumatlara görə, əməliyyata Baş Qərargahın nəzdindəki xüsusi təyinatlı “bordo beretli”  qüvvələr də qatılıb.
Bildirilir ki, İraqın şimalındakı regional kürd administrasiyasının rəhbəri Məsud Bərzaniyə bağlı peşmərgə qüvvələri türk qoşunlarının müdaxiləsi ilə bağlı döyüş hazırlığı vəziyyətinə gətirilib. Ağır silahlarla təchiz edilmiş peşmərgə birlikləri bölgəyə yerləşdirilib. Bərzani özü də əməliyyat bölgəsindədir. PKK-ya açıq dəstək verən kürd lideri deyib ki, ona tabe olan qüvvələrlə türk birlikləri arasında qarşıdurma olmasında maraqlı deyil. İraqın xarici işlər naziri Hoşiyar Zəbari isə “Röyter”ə açıqlamasında Türkiyənin yerüstü müdaxiləsinin irimiqyaslı olmadığını, sərhədi cəmi bir neçə yüz əsgərin keçdiyini deyib. Onun sözlərinə görə, sərhədi keçən birliklər 5 kilometrədək irəliləyiblər, həmin bölgədə mülki sakinlər yoxdur. PKK qaynaqları isə Hakurk bölgəsində sərhədi keçən türk birlikləri ilə döyüşlərin olmasını təsdiq edib. Lakin müstəqil mənbələrdən gələn xəbərlərə görə, İraqın şimalında döyüşlərin miqyası daha genişdir. Bəzi məlumatlara görə, PKK-nın əsas bazası olan Qəndil dağları bölgəsinə hava zərbələri endirilir, xüsusi təyinatlı birliklər bölgəyə doğru irəliləyir. Aviasiya zərbələri nəticəsində əvvəlcədən Qəndil dağlarına gedən yollardakı körpülər dağıdılıb, yerli kürd mənbələri xəbər veriblər ki, yaralanan terrorçuların xəstəxanalara daşınması mümkün olmur.
İraq hökumətinin rəsmi nümayəndəsi isə bildirib ki, prezident Cəlal Tələbani Türkiyə ilə yaxın təmas içərisindədir. Bununla belə, onun yaranmış vəziyyəti müzakirə etmək üçün Ankaraya səfərinin baş tutub-tutmayacağı bilinmir. Tələbani Türkiyəyə prezident Abdullah Gül tərəfindən çağrılmışdı. İraq rəsmiləri deyiblər ki, Türkiyə tərəfi onları əməliyyatların mümkün qədər qısa vaxt ərzində başa çatacağına əmin edib. Həmçinin əməliyyat irimiqyaslı deyil və bölgədəki mülki əhalinin ziyan çəkməməsi üçün tədbirlər görüləcəyi bildirilib. Pentaqon da Türkiyəni İraqın şimalında yerüstü əməliyyatları mümkün qədər qısa vaxt ərzində başa çatdırmağa çağırıb. BMT Baş katibi Pan Gi Mun da bu mövqedədir. O deyib ki, Türkiyənin onu təhdid edən terrorçu qruplara qarşı özünü müdafiə variantından istifadə etməsini başa düşür, lakin İraqda vəziyyətin daha da mürəkəbləşməməsi üçün əməliyyatların mümkün qədər qısa vaxt ərzində başa çatdırılması mühümdür.
Sevdimali_Pervin                                                             24.02.2008   

Views: 618 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024