Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-05-06, 17.14MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 23 » ABŞ-ın SERBİYADAKI SEFİRLİYİNİN BİNASI YANDIRILIB
ABŞ-ın SERBİYADAKI SEFİRLİYİNİN BİNASI YANDIRILIB
04.58

Fevralın 21-də Belqradda “Kosovo Serbiyadır” şüarı altında keçirilən izdihamlı ABŞ-ın SERBİYADAKI SƏFİRLİYİNİN BİNASI YANDIRILIBmitinqdən sonra bəzi  serb millətçiləri ABŞ səfirliyinin binasına hücum ediblər

Bir qrup gənc səfirliyə daxil olaraq binanı yandırıb. Hadisə zamanı içəridə heç kim olmayıb və bina mühafizə edilməyib. Nümayişçilər içəridəki stulları və kağızları pəncərələrdən çölə atıblar. Basqınçılardan biri binanın üzərindəki ABŞ bayrağını çıxararaq cırıb və onun yerinə Serbiya bayrağı asıb. Hadisədən sonra polis içəridə yanmış cəsəd tapıb. Cəsədin binada yanğın törədənlərdən biri olduğu güman edilir. ABŞ Dövlət Departamenti faktla bağlı Serbiyaya rəsmi etiraz notası göndərib. Dövlət Departamentinin nümayəndəsi Şon Makkormak situasiyanı yolverilməz adlandırıb və Serbiyanın baş naziri Voislav Koştunitsanı zorakılıqla mübarizəyə çağırıb. O, Serbiya hökumətini ABŞ səfirliyinin binasını lazımınca mühafizə etməməkdə suçlayıb. BMT Təhlükəsizlik Şurası, Avropa Birliyinin ümumi xarici və təhlükəsizlik siyasəti üzrə komissarı Havyer Solana da olayı pisləyən bəyanat vertiblər.  
Qeyd edək ki, azğınlaşmış kütlə Kosovonun müstəqilliyini tanımış Kanadanın, Böyük Britaniyanın, Türkiyənin və Xorvatiyanın Belqraddakı səfirliklərinə də hücum edib.

Category: Ordan-burdan | Views: 725 | Added by: SultanSS | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024