Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-05-07, 02.50MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 23 » GÖRÜNMƏZLİK MÜMKÜNDÜRMÜ?
GÖRÜNMƏZLİK MÜMKÜNDÜRMÜ?
22.44

GÖRÜNMƏZLİK MÜMKÜNDÜRMÜ?

 

H.G. Uels, "Görünməz adam" romanında, bir fizika aliminin insan vücudunu görünməz etməsindən  danışır. Bir neçə dəfə kinosu çəkilən bu fiziki nəzəriyyə doğrudur, ancaq praktikada mümkün olmayan bəzi məsələlər var.

Əslində insan vücudunu meydana gətirən hər şey başda su olmaqla birlikdə rəngsiz və şəffafdır. İnsanda rəngli sadəcə qana rəng verən hemoqlobin ilə dəriyə, saçlara və gözə rəng verən melanin adlı piqment mövcuddur. Bir dərmanla bunlar rəngsizləşdirilə bilsə, insanın şəffaf yəni görünməz olması mümkündür.

Bir cismi görə bilmək üçün, onun üstünə düşən ya əks etdirməsi, ya udması, ya da sındırması vacibdir. Bunların üçü də olmazsa, o cismi görmək olmaz.

Kağızı sellulozdan ibarətdir. Selluloz lifləri şəffafdır, ancaq kağız şəffaf deyil. Eyni formada duz hər biri şəffaf olan kiçik kristallardan ibarətdir, ancaq bir qaba qoyduqda gözümüzə ağ rəngdə görünür. Yəni bir cismin üzvlərinin hamısı şəffaflaşdırılsa da, o cismin hamısı birlikdə şəffaf görünməyə bilər.

Ölmüş insan və heyvanların bəzi daxili orqanlarını təmizlədikdən sonra alimlər onu bir bankanın içinə metil salisilatla qoyaraq görünməz hala çevirə bilmişdilər. Burada illuziya sınma indeksi çox böyük olan metil salisilatdadır. Ancaq bunu bir canlı bir insanın bütün vücuduna tətbiq etmək mümkün deyil.

Akvariumu olanlar bilər, bəzi xırda balıqların vücudları rəngsiz və şəffafdır. Belə ki adi gözlə onların daxili orqanlarını da görmək olur. Təbiətdə yaşadıqları şəraitə görə kamuflyaj olmaq üçün istifadə etdikləri bu şəffaf vücudlarında gizlədə bilmədikləri bir orqanları var. Dərhal diqqəti cəlb edən qara gözləri.

Görünməz adamın görünməzliyindəki kiçik fəqət həqiqətə zidd ən önəmli nöqtə də gözləridir. Görünməz adam görülməməlidir, amma o ətrafını görməlidir. Baxdığı şeyi görməsi, təsvirin gözünün retinası üzərində meydana gələ bilməsi üçün işığın göz təbəqələrindən sınaraq da olsa keçməsi, retinaya çatması vacibdir.

Onda da görünməz adamın, gələn işığın bir qismini udan, bir qismini isə əks etdirən gözləri görünər.

Meşədə qaranlıqda gizlənən və görülməsi mümkün olmayan bir heyvanı da elə parıldayan gözləri ələ verər. Tam bir görünməzliyin olması üçün gözlər olmamalıdır.

      

Mənbə: MaximumBilgi

Category: Ordan-burdan | Views: 649 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024