Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-05-07, 03.30MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 23 » Təyyarələrin qara qutuları
Təyyarələrin qara qutuları
21.57

TƏYYARƏLƏRİN QARA QUTULARI

Təyyarə qəzalarında təyyarə parça-parça olsa da, dənizin dibinə getsə də dərhal pilot kabinəsindəki son danışıqları yazan qaraqutular axtarılır. Əksəriyyətlə qorxunc qəza xarabalığı arasından sağlam tapılan bu qutular sayəsində qəzanın səbəbləri araşdırılır. Qaraqutu bu qədər möhkəmdirsə niyə təyyarənin bütün hissələri bu materiallardan düzəldilmir?

Təyyarənin havada rahat uça bilməsi, uzaq məsafələrə az yanacaqla gedə bilməsi mümkün olduqca yüngül materialdan düzəldilmiş olması ilə əlaqədardır. Bu materiallar daha çox aluminium və plastikdir.

Kabinədəki səsləri və uçuş məlumatlarını yazan hər iki qutu da paslanmayan poladdan düzəldilir. En və uzunluqları təqribən 25 santimetr, dərinliyi 12-13 santimetrdir. Qutuların kənar qalınlıqları 6-7 mm-dir. Qutular bundan başqa istiyə və yanğına qarşı dözümlü olmaqla birlikdə plastiklə əhatə olunmuş və maye köpüklə də təchiz edilmişdir.

Qutular o qədər möhkəmdir ki, dənizə düşmüş bir təyyarənin qutuları 7 il sonra çıxarılıb və yenə də dinlənilmişdir. Başlanğıcda qutular qanadların birləşmə nöqtəsinə yaxın bir yerə yerləşdirilirdi. Bu bölgə təyyarənin ən ağır qismi olduğuna görə düşmə anında ağır hissələr qutuların üstünə düşərək zərər verə bilirdi. Sonralar isə bu qutular təyyarənin quyruq qisminə qoyulmağa başlandı. Əlbəttə bu təyyarənin quyruq qismindəki oturacaqların daha etibarlı olduğu demək deyil, ancaq bu yer qutuların təyyarənin xarabalığından uzağa düşməsini təmin etməkdədir.

Təyyarə qəzalarının səbəbləri müxtəlifdir. Havada bir formada fırlanaraq yerə düşən təyyarələrdə yolçuların sağ qalma ehtimalı yoxdur. Bu səbəblə də təyyarənin düzəldildiyi material bu baxımdan vacib deyil. Təyyarə yerə bir bütün halda dəysə də düşən bir liftdə olduğu kimi yolçular toqquşmanın şiddətindən həyatlarını itirərlər.

Təyyarənin içinə maye köpük doldurmaq elektronik alətləri qoruya bilər, ancaq insanların yalnız ölüm səbəblərini dəyişdirər. Təyyarənin materialını qaraqutu materialından düzəltmək, parçalanmaq və yanğından zərər görmək təhlükələrinin qarşısını alar, ancaq təəssüf ki, bu materialdan düzəldilmiş təyyarə də uça bilməz. Qaraqutuların rəngləri qara deyil, narıncıdır. Bu rəngin seçilməsinin səbəbi xarabalıq içindən daha rahat tapılması üçündür.

 

Mənbə: Maxi Jurnalı

Category: Ordan-burdan | Views: 630 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024