Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-05-07, 01.09MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 23 » Unformal qrupunun tarixində
Unformal qrupunun tarixində
15.42
Hər şey Sovetlər Birliyindən qalmış model agentliyinin yerləşdiyi dağılmış çardaqdan başlamışdır.
 Orada Rüstəm (gitaraçı) və Yevgeniy (barabançı) bir neçə artist və musiqiçilərlə birgə otaq kirayə götürürdülər. Bir neçə aydan sonra kollektivə ölkədə yeganə qadın bas gitara ifaçısı qoşulur. Unformal qrupu 2001-ci ilin oktyabrında B.İ.C. prodüser mərkəzi tərəfindən təşkil edilən Azerbaijan Rock Award Competition mükafatının təqdimetmə mərasimində ilin ən yaxşı qrupu elan edilərək “qızıl aypara” mükafatina layiq görülmüş və öz debütunu etmişdir. 2003-cü ilin mayında Unformal qrupu Gürcüstana festivala dəvət olunur, orada Gürcüstanın məşhur musiqi telekanalı olan “Maestro” və bir sıra başqa kanalarda müsahibələr verir. 2003-cü ildə Unformal qrupu teleşouda iştirak etmişdi və onun ardınca Azərbaycan üzrə qastrollar başlamışdı. 2003-cü ildə Şou proqramın axırıncı konserti Azərbaycanın əsas səhnəsi – Heydər Əliyev adına Sarayda baş tutmuşdu. 2004 – 2005-ci illərdə Unformal qrupu 11 festival keçirmiş, “Unformal” nümayiş albomunu yazdırmış, özünün 5 ilini solo - konsertlə qeyd etmiş, gələcək albom üçün yeni mahnılar yazdırmışdır. Eyni zamanda Fəridə (bas) öz konservatoriya dostları ilə birgə yeni layihəsinə - “W/Omen” rok – qrupuna həyat vermişdir. Tezliklə Unformal qrupu “W/Omen”qrupunun ifaçısı Delya ilə böyük uğura səbəb olan duet yazdırır. 2006-cı ildə Delya Luper (gitaraçı) ilə Unformal qrupuna daxil olurlar. 2006-cı ilin oktyabrında yeniləşmiş Unformal qrupu (Delya – vokal, Luper və Rüstəm – gitaraçılar, Farida – bas və Yevgeniy - barabançı) solo konsert verir. Hard rokdan alternativ musiqiyə keçid pərəstişkarlar tərəfindən sevinclə qarşılanır. “Ilk Suiqəst” adlı solo-konsert yeni əsrin başlanğıcında Unformal qrupunun tarixində ən yaxşı konsertlərdən biri olur. Konsertə xüsusilə dəvət olunan məşhur Ukrayna prodyuseri Vitaliy Klimov Unformal qrupu ilə müqavilə imzalayır. Iki aydan sonra (dekabrda) qrup Serb musiqiçisi, “Okean Elzi” qrupunun pianoçusu Miloş Yeliçin rəhbərlik etdiyi Kiyev filarmonik orkestri ilə “Sonsuz Yol” yeni sinqlını yazdırır. Həmin mahnı Unformal qrupunun “Sirat Körpüsü” filmi (direktor Samir Kərim oğlu) üçün yazdığı saundtrekin bir parçası hesab olunur. Hal-hazırda Unformal qrupu səs rejissoru Vitaliy Telezinin iştirakı ilə Kiyevdə Ukrayna səs yazma studiyasında özlərinin ilk albomlarını yazdırırlar. 2007-ci ilin martında Unformal qrupu “Sonsuz Yol” (direktor Samir Kərim oğlu) mahnısı üçün klip çəkdirir. 2007-ci ilin aprelində bu klip 3 həftə ərzində İTV – nin rok kliplər top onluğunda birinci yeri tutmuşdur. 2007-ci ilin avqustunda isə həmin klip M1 kanalının (Ukrayna musiqi telekanalı) top onluğundan uzun müddət düşmür.
Category: Məşhurlar | Views: 676 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024