Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-05-07, 00.54MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 23 » TÜRKİYƏ İRAQA 10 MİNLİK ORDU YERİTDİ.
TÜRKİYƏ İRAQA 10 MİNLİK ORDU YERİTDİ.
15.37
Qeyd edək ki, Türkiyənin İraqa qurudan müdaxiləsi gözlənilən idi. İki gün əvvəl xarici işlər naziri Əlki Babacan bildirmişdi ki, quru müdaxiləsi variantlardan biridir və hava şərtlərinin əlverişli olması nəzərə alınacaq. Hərbi ekspertlər isə əməliyyatları martın sonlarında-aprelin əvvəllərində, İraqın şimalındakı dağlıq bölgələrdə qarların əriməsi ilə eyni vaxtda başlayacağını təxmin edirdi. Lakin Türkiyə Silahlı Qüvvələri yazın gəlişini gözləməyib və bölgədə sərt şaxtalı hava şəraitinin hökm sürməsinə baxmayaraq PKK mövqelərinə hücuma keçib. Bildirilir ki, hücumla bağlı qərar Milli Təhlükəsizlik Şurasının həmin gün keçirilən iclasında verilib.
Yerli mətbuatın məlumatlarına görə, Təhükəsizlik Şurasının toplantısından sonra Türkiyə rəhbərliyi quru müdaxiləsi ilə bağlı ABŞ-ı və İraq rəhbərliyini məlumatlandırıb. Prezident Abdullah Gül İraq prezidenti Cəlal Tələbanini telefonla arayaraq ona bu haqda məlumat verib. Baş nazir Ərdoğan isə qərarla bağlı Vaşinqtonu məlumatlandırıb, öz növbəsində Baş Qərargah Amerikanın İraqdakı qoşunlarının komandanlığı ilə əlaqə saxlayaraq planlaşdırılan quru müdaxiləsi haqda məlumatlandırıb.
Bununla belə, rəsmi Vaşinqton məsələni geniş şərh etmək istəmir, Dövlət Departamentindən bildiriblər ki, Türkiyə qoşunlarının müdaxiləsi sürpriz olmayıb, lakin xoş hadisə də deyil: “İndi regionda yeni situasiya yaranıb, Birləşmiş Ştatlar Türkiyə ilə yaxın təmas içərisindədir və baş verənləri diqqətlə izləyir”. Dövlət katibinin Yaxın Şərq məsələləri üzrə müavini Devid Velç isə jurnalistlərə bildirib ki, Türkiyə PKK terroru üzündən çox əziyyət çəkib və bu əməliyyat başadüşüləndir.
Avropa Birliyindən yayılan bəyanatda isə deyilir ki, Türkiyə İraqın şimalından onun təhlükəsizliyini təhdid edən terrorçulara qarşı özünümüdafiə hüququndan istifadə etməkdə haqlıdır.

Əməliyyata general Bəkir Kalyonçu komandanlıq edir

Məlum olub ki, quru müdaxiləsinin başlanmasından əvvəl Türkiyənin hərbi hava qüvvələri İraqın şimalına növbəti reydlər həyata keçirib, paralel olaraq uzaqvuran artilleriya PKK mövqelərinə zərbələr endirib. Mətbuatın yazdığına görə, əməliyyatı 10 general idarə edir. Əmrləri isə 7-ci ordu komandanı, general Bekir Kalyonçu verir. O, PKK-ya qarşı başladılan quru müdaxiləsini Malatyadakı qərargahından idarə edir. Son məlumatlara görə, sərt şaxtalı havalara baxmayaraq türk əsgələri zirehli texnikanın müşayiəti ilə İraq sərhədləri içərisində 10 kilometrədək irəliləyib. Onlara 60-dan çox zərbə vertolyotu havadan dəstək verir. Dünən günorta saatlarında isə Diyarbəkirdəki hərbi hava qüvvələri bazasından bir neçə F-16 qırıcısının havaya qalxaraq İraqa doğru uçduğu müşahidə edilib. Hərbi mənbələrdən bəlli olub ki, bölgədəki Amerika qüvvələri hər hansı müdaxiləyə al atmayacaq, bununla belə türk və amerkalı komandanlar müntəzəm olaraq kəşfiyyat məlumatlarının mübadiləsini həyata keçirəcəklər.

Bərzaninin peşmərgələri ilə toqquşma təhlükəsi var

Xatırladaq ki, İraqın şimalındakı regional kürd administrasiyasının rəhbəri Məsud Bərzani türk qoşunlarının qurudan “Federal Kürdüstan”  torpaqlarına müdaxilə edəcəyi halda kürdlərin əllərinə silah alaraq onlara qarşı çıxacağı ilə hədələmişdi. Bu baxımdan Bərzaniyə bağlı peşmərgə qüvvələrinin davranışı maraqla gözlənilir. Son məlumatlara görə, peşmərgələr İraqın şimalındakı Dohuk şəhərində uzun müddətdir orada yerləşdirilən Türkiyə xüsusi təyinatlılarının qərargahını əhatəyə alıblar. Lakin onlara silahdan istifadə etməmək təlimatı verilib. Həmçinin peşmərgə birlikləri hazırlıq vəziyyətinə gətirilib və sərhəddə yaxın bölgələrə yerləşdirilib. Bərzaninin isə baş verənlərə reaksiyası bəlli deyil. Türkiyə mətbuatında peşmərgələrlə türk əsgərləri arasında qarşıdurma olduğu haqda xəbərlər yayılıb, lakin bu məlumatı rəsmi qaynaqlar, o cümlədən Bərzaniyə yaxın mənbələr təkzib ediblər. Bununla belə, PKK mövqelərinin yerləşdiyi Hakurk, Merve və Rekan yaşayış məntəqələrinin yaxınlığında terrorçularla ilk döyüşlər başlayıb, bölgədən şiddətli atəş səslərinin gəldiyi bildirilir. Türkiyə tərəfdən isə sərhədə əlavə olaraq on minlərlə əsgər yerləşdirilib, PKK-çıların ölkəyə keçə biləcəyi nöqtələr nəzarətə götürülüb.
Günün sonuna doğru yayılan məlumatlarda deyilirdi ki, Bərzaniyə tabe olan qüvvələrə Türkiyə qoşunları ilə qarşıdurmaya getməmək əmr verilib, lakin Bərzani özü əməliyyat bölgəsinə yola düşüb və ona tabe olan qüvvələrlə türk əsgərləri arasında hər an toqquşma ola bilər. Digər məlumatlara görə, Türkiyə qüvvələri tankların müşayiəti ilə İraq sərhədləri daxilində 14 kilometrədək irəliləyib. Günü ikinci yarısında İraqa girən tanklardan bir hissəsi geri dönüb, lakin sərhəddəki Habur keçid məntəqəsindən aramsız olaraq hərbi maşınların İraqa keçməsi davam edir. Onların arasında artelleriya qurğuları və təchizat, səhra mətbəxi avadanlıqları gözə dəyirdi.
İstefada olan general Yavuz Ertürk əməliyyatı şərh edərkən deyib ki, indiki hava şərtləri daxilində türk əsgələrinin PKK düşərgələrinin yerləşdiyi Qəndil dağlarınadək irəliləməsi qeyri-mümkündür. Onun fikrincə, əsgərlər İraq sərhədləri içərisində təqribən 10 kilometr enində zolağı nəzarət altına alacaqlar və bir müddət orada qalacaqlar. Həmin zolaq PKK-nın nəzarətindədir və oradan Türkiyəyə sızmalar üçün istifadə olunur. General qeyd edib ki, sözügedən bölgə bundan əvvəl hava zərbələri ilə vurulub və artilleriya atəşlərinə tutulub. İndi isə quru qoşunları bölgəni nəzarət altına alaraq PKK-nın orada yenidən möhkəmlənməsinin qarşısını almağa çalışacaq.
Bəzi mənbələrə görə, Türkiyənin başlatdığı bu əməliyyat İraqla yekunlaşmayacaq. Bundan əvvəl Türkiyə hökuməti PKK ilə təkcə İraqda deyil, başqa ölkələrdə də mübarizə aparılacağını bəyan edib. İstisna deyil ki, TürkiyəSilahlı Qüvvələri tərəfindən başladılan bu əməliyyat hansısa formada Azərbaycan ərazisinə də keçəcək. Çünki Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində PKK düşərgələrinin qurulduğu haqda müxtəlif mənbələrdən məlumatlar gəlir. Türkiyə kəşfiyyatı bu düşrəgələrin yerlərini müəyyənləşdirib və PKK-çıların bölgədə yerdəyişməsini izləyir. Tamamilə mümkündür ki, qısa zaman ərzində Türkiyə Qarabağdakı PKK düşərgələrinə hava zərbələri endirə, Azərbaycanın digər ərazilərində yuva qurmuş terrorçulara qarşı xüsusi əməliyyatlar həyata keçirə bilər.



 
Views: 684 | Added by: Pervion | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024