Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-05-06, 22.26MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 23 » Azərbaycan Tibb Universiteti
Azərbaycan Tibb Universiteti
15.22
Azərbaycan Tibb Universiteti çoxpilləli tibb təhsili verən ali məktəb olmaqla, orta ixtisas, ali və diplomdansonrakı mərhələlər üzrə mütəxəssis hazırlığını fasiləsiz həyata keçirir. Universitet dövlət qeydiyyatından keçmiş ali təhsil müəssisəsidir. Dövlət qeydiyyatı haqqında şəhadətnamə N 50, identifikasiya kodu - 1198672.
     01.07.2005-ci ilə Azərbaycan Tibb Universitetində 6550 tələbə, 28 feldşer, 1200 internaturada, 62 klinik ordinaturada, 62 aspiranturada təhsil alır. Ali təhsil alanlardan 129 nəfəri 12 ölkədən olan əcnəbi tələbələrdir. Artıq 2 ildir ki, xarici tələbələrlə tədris prosesi Azərbaycan, rus dilləri ilə yanaşı, həm də ingilis dilində aparılır. İngilis dilində təhsil müalicə işi və stomatologiya ixtisasları üzrə aparılır.
     Universitetin I kursuna qəbul Azərbaycan Respublikası Prezidenti yanında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən dövlət hesabına və ödənişli əsasla aparılır. Xarici ölkə vətəndaşları 8 aylıq hazırlıq kursları keçməlidirlər.
     Hər il universitetə müxtəlif ixtisaslar üzrə (müalicə işi - 6 il, pediatriya -6 il, stomatologiya - 5 il, tibbi-biologiya - 5 il, tibbi-profilaktika - 5 il, hərbi tibbi fakültə - 6 il, əczaçılıq - 4 il - bakalavr, magistratura - 2 il, feldşer - 2 il) 1200 tələbə qəbul olunur.
     Hər il universiteti orta hesabla yuxarıda göstərilən ixtisaslar üzrə 1200 nəfərə yaxın məzun bitirir ki, onlardan 60 nəfəri xarici ölkə vətəndaşlarıdır.
     Universitetdə tədris prosesinin təşkilinə və elmi-metodik təminatına kompleks yanaşma işlənib hazırlanmışdır. Onun tərkib hissəsində: tədris prosesinin humanizasiyası, problemşəkilli təhsilin tətbiq edilməsi, tələbələrin tədris prosesində aktiv iştirakı, onların müvafiq proqramlar əsasında nəzəri və praktiki hazırlığının yaxşılaşdırılması, tədris prosesində müasir kompüter texnologiyalarının tətbiqi, tədris və tərbiyəvi işlərin vəhdəti, tələbələrin elmi-tədqiqat işinə aktiv cəlb olunması daxildir.
     Universitetdə tədris ayrı-ayrı ixtisaslar üzrə Elmi Şura tərəfindən təsdiq olunmuş müvafiq tədris proqramı və planı əsasında aparılır. Bu zaman Dövlət standartlarının tələbləri nəzərə alınmaqla, fənlər əsas, fakültativ və seçmə üsulu ilə təyin olunur. Hər bir ixtisasın tədris ixtisas xarakteristikası hazırlanmış, tədrisin məqsədi tələbənin bilik və bacarıq meyarları nəzərə alınmışdır.
     Bütün fənlər üzrə tədris prosesi metodik işlənmə ilə ciddi təmin olunur, tələbənin auditoriyadankənar sərbəst işləməsi üçün bütün mövzular üzrə metodik göstərişlər hazırlanmış, özünü yoxlama üçün suallar tərtib edilmişdir.
     İlboyu nəzəri tədris əməli vərdişlərin öyrənilməsi ilə müşayiət olunur, həmçinin qış və yay tətilləri önü respublikanın müxtəlif səhiyyə ocaqlarında aparılan istehsalat təcrübələri ilə bu vərdişlərin mükəmməlləşdirilməsinə xüsusi diqqət yetirilir. 
     Müalicə işi və pediatriya ixtisasları üzrə sonuncu kursda bir illik subordinatura üzrə tədris aparılır. Buraya seçim tələbələrin arzusu nəzərə alınmaqla, 5 illik tədris prosesindəki qazandığı nailiyyətlərə xüsusi diqqət verilir.
     Müalicə işi, pediatriya, tibbi-profilaktika, tibbi-biologiya, stomatologiya ixtisasları üzrə diplomdan sonra bir illik internaturada tədris aparılır. Bu tədris tələbənin dövlət komissiyası tərəfindən verilmiş ixtisasına müvafiq olaraq yüksək ixtisaslı klinikalarda və ya səhiyyə müəssisələrində aparılır və müvafiq komissiyanın iştirakı ilə imtahanla başa çatır. Qeyd etmək lazımdır ki, qısa müddətdən sonra (1-2 il ərzində) Azərbaycan Respublikasında tibb təhsilində diplomdansonrakı hazırlıq dünya təhsilində olduğu kimi 2-6 illik rezidentura ilə əvəz olunacaqdır.
     Rezidentura sistemi tətbiq olunana qədər kliniki fənlər üzrə 2 illik klinik ordinatura və bütün ixtisaslar üzrə 3 illik aspirantura fəaliyyət göstərir. Buraya qəbul müsabiqə əsasında aparılır.
     Yalnız əczaçılıq ixtisası üzrə diplomdan sonra 2 illik magistratura fəaliyyət göstərir və aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılır:
     1. HSM 190028 - Əczaçılıq kimyası
     2. HSM 190029 - Farmakoqnoziya
     3. HSM 190030 - Dərman formalarının texnologiyası
     4. HSM 190031 - Toksikoloji kimya
     5. HSM 190032 - Əczaçılıq işinin təşkili
     Magistraturaya qəbul Tələbə Qəbulu üzə Dövlət Komissiyası tərəfindən aparılır.
     Tədris işləri üzrə prorektorun yanında müəssisənin metodik işini koordinasiya edən tədris metodik şöbə fəaliyyət göstərir. Hər il əsas kafedraların metodik iş təcrübəsini ümumiləşdirən, yaradıcılıq təşəbbüsünü inkişaf etdirən, müəllimlərin elmi-pedaqoji fəaliyyətini yüksəldən tədris-metodik konfranslar və seminarlar aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin elm və təhsil baş idarəsi tərəfindən aparılan tədris-metodik konfranslarda universitet əməkdaşlarının iştirakı artıq ənənəyə çevrilmişdir.
     Son illər ərzində professor-müəllim heyəti tərəfindən kafedraların tədris-metodik sənədlərinin yeniləşdirilməsi, dərsliklərin yazılması və çap edilməsi xeyli fəallaşıb. Universitetdə xüsusi mətbəənin yaranması bu işdə yardımçı olaraq lazımi tədris və metodik ədəbiyyatının tələbatını tam şəkildə təmin edir.
Category: Azərbaycan | Views: 2315 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024