Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-05-07, 21.45MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 22 » Ruhi Putinin dostu ile evlidir
Ruhi Putinin dostu ile evlidir
19.35
Müğənni 6 ildir ki, məşhur hüquqşünas İlham Rəhimovla rəsmi nigahda imiş
Şou-biznes aləminə çoxlarından sonra gələn, amma qısa vaxt ərzində tanınmağı bacaran müğənni Ruhi nədənsə son vaxtlar az-az görünür. TrendLife-ın araşdırması zamanı məlum olub ki, Ruhinin şou-biznesdə az-az görünməsinin əsas səbəbi onun ailə həyatı ilə bağlıdır. Xatırladaq ki, Ruhi bir müddət öncə 9 ildir evli olduğunu bildirsə də, həyat yoldaşının kimliyini açıqlamamışdı. Gənc müğənninin uzun muddətdir bir yerdə yaşadığı şəxs təkcə Azərbaycanda deyil, həm də Rusiyada geniş ictimaiyyətə yaxşı tanış olan məşhur hüquqşünas İlham Rəhimovdur. Bu məlumatın doğruluğunu Ruhinin prodüseri Mətanət də təsdiq edib. O, bildirib ki, Ruhi ilə İlham Rəhimov 9 ildir bir yerdə olsalar da, 6 ildir rəsmi nigahdadırlar. Prodüseri bildirib ki, martın 8-də Ruhinin ad günüdür və müğənni bunu həyat yoldaşının ona aldığı təzə evində qeyd edəcək. Prodüserin sözlərinə görə, Ruhi iki ay öncə Həcc ziyarətindən qayıdandan sonra şou-biznesdə, eləcə də telekanallarda az-az görünür. Prodüser bunun səbəbini onunla əlaqələndirib ki, Ruhinin başı ailə işlərinə qarışıb və o, ana olmaq istəyindədir. Qeyd edək ki, Ruhinin bütün klip çəklişlərini həyat yoldaşı maliyyələşdirir.
İlham Rəhimov isə əslən Tovuz rayonundandır. 1951-ci il təvəllüdlü İ.Rəhimov Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib, professordur. İ.Rəhimov 1978-ci ildən 1992-ci ilədək Azərbaycanda ədliyyə sistemində yüksək vəzifələrdə işləyib. 2000-ci ildən 2007-ci ilədək Rusiyanın «LUKoyl» Neft Şirkətində vitse-prezident olub. İlham Rəhimovu məşhurlaşdıran digər amil onun Rusiyanın indiki prezidenti Vladimir Putinin tələbə yoldaşı və ən yaxın dostu olmasıdır. Rusiya prezidenti Vladimir Putin 1999-cu ildə baş nazir olarkən NTV-yə verdiyi müsahibə zamanı qafqazlılara münasibətini belə təsvir edib: «Qafqazlılara münasibətim çox istədiyim, böyük hörmətlə sevdiyim bir insana olan münasibətimdən bilinər. Bu, Azərbaycandan olan tələbə yoldaşım professor İlham Rəhimovdur». Rəhimov Rusiyada da Putinin dostu kimi məşhurdur.
Category: Ordan-burdan | Views: 8025 | Added by: SultanSS | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024