Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-05-07, 08.36MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 22 » Ortaq türk televiziyası yaxınlarda fealiyyete başlayacaq
Ortaq türk televiziyası yaxınlarda fealiyyete başlayacaq
14.49
Nizami Cəfərov:"Böyük ehtimalla bu televiziya İstanbuldan yayımlanacaq"

 

    Yaxın vaxtlarda ortaq türk televiziyası fəaliyyətə başlayacaq. Bu haqda ANS -ə Türk Dövlət və Cəmiyyətlərinin dostluq, Qardaşlıq və Əməkdaşlıq Vəqfinin «dil və mədəniyyət» komissiyasının üzvü, millət vəkili Nizami Cəfərov məlumat verib. Onun sözlərinə görə, böyük ehtimalla bu televiziya İstanbuldan yayımlanacaq.

    Televiziyanın bütün türk dövlətlərinin nəzarətində olması, eləcə də bütün türk dövlətlərinin maraqlarına uyğun fəaliyyət göstərməsi planlaşdırılır.

    Qeyd edək ki, ortaq türk televiziyasının yaradılması Türk Dövlət və Cəmiyyətlərinin ötən ilin payızında Bakıda keçirilmiş qurultayında irəli sürülmüş əsas tövsiylərdən biri idi. Qurultayda türkdilli dövlətlərin birləşməsinə xidmət edən ortaq əlifba, ortaq tarix, ortaq ədəbiyyatın yaradılması kimi bir sıra digər tövsiyələr də irəli sürülmüşdü.

    Nizami Cəfərov ötən 3 ay ərzində bu tövsiylərin həyata keçirilməsi üçün müəyyən işlərin görüldüyünü bildirib. Onunu sözlərinə görə, bu gün ən önəmli məsələ latın əlifbasına keçid və əlifbanın unifikasiyası, bir - birinə uyğunlaşdırılması məsələsidir. «Özbəklər artıq kiril əlifbası ilə paralel artıq latın əlifbasından da istifadə edirlər. Qazaxlarda bu məsələ məsləhətləşmə səviyyəsindədir. Onlar bu məslədə həm Türkiyədə, həm də Azərbaycanda olan təcrübəni öyrənirlər».
Cəfərov Qazaxıstandan sonra Türkmənistan və Qırğızıstanın da latın qrafikalı əlifbaya keçəcəyini düşünür.

    Nizami Cəfərov ortaq türk tarixi və ədəbiyyatı ilə bağlı da bir sıra vacib işlərin görüldüyünü bildirib. Onun sözlərinə görə artıq ortaq dərsliklər nəşr olunub. Amma müəyyən səbəblərdən hələlik bu dərsliklər türk dövlətlərin orta məktəblərində tədris olunmur.

    Türk qurultaylarının tövsiyələrinin həyata keçirilməsi istiqamətində işlərin davam etdirildiyni deyən Nizami Cəfərov türk dünyasının ədəbiyyat ensiklopediyasının 8 cildliyinin də hazırlanaraq nəşr olunduğunu bildirib.

Category: Yeni Xəbərlər | Views: 677 | Added by: SultanSS | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024