Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-05-07, 03.21MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 18 » Aygun Kazimova
Aygun Kazimova
23.36
ATV Aygün Kazımovanı növbəti dəfə "vurdu"?
 
Elin müğənnisi ilin müğənnisi ola bilmədi. 
Yerli telekanallar bir-biri ilə bəhsə giribmiş kimi müxtəlif səpkili realiti-şouları, musiqi yarışmalarını tamaşaçılara belə demək mümkünsə, sırıyırlar. Xalqın “cibinə girən”, “SMS tələsi” xarakterini daşıyan bu kimi verilişlərlə bağlı dəfələrlə yazmışıq. Artıq ikinci həftədir ATV kanalında yayımlanan “Nömrə 1" realiti-şousunu da həmin siyahıya daxil etsək, heç də yanılmarıq. Öncə verilişlə bağlı qısa arayış verək.


“Nömrə 1" realiti-şousunda müğənnilər İzzət Bağırov, Teymur Əmrah, Natəvan Həbibi, Zamiq Hüseynov, Elnarə Xəlilova, İradə İbrahimova, Xatirə İslam, Rəqsanə İsmayılova, Aygün Kazımova, Nadir Qafarzadə, Elnur Məmmədov, Lalə Məmmədova, Xəyyam Nisanov, Elza Seyidcahan, Eyyub Yaqubov ”ilin müğənnisi" nominasiyası uğrunda mübarizəyə qoşulublar. Fevralın 8-dən start götürən yarışma düz 4 ay davam edəcək. Ötən gün “Nömrə 1" layihəsinin aparıcısı Emin Musəvinin təbirincə desək, 20 ildir sənətdə aktuallığını qoruyub saxlayan əməkdar artist Aygün Kazımova gözlənilmədən Natəvan Həbibiyə uduzdu. Onu da deyək ki, baş verən olayla bağlı müxtəlif fikirlər səslənməkdədir. Gəzən söz-söhbətə görə, yarışmada əsas məqsəd Aygün Kazımovanı tamaşaçıların qarşısında gözdən salmaq imiş. Yəni layihəni həyata keçirən ”Realiti prodakşn"ın rəhbəri Fuad Əliyev Aygün Kazımovadan bu yolla qisas alıb. F.Əliyevin sayəsində iki il ATV kanalına ayaq basa bilməyən A.Kazımova telekanal rəhbərliyi ilə barışandan sonra Fuadı oradan uzaqlaşdırıb. Xeyli vaxtdan sonra yenidən ATV-yə qayıdan F.Əliyev Natəvanı “nömrə 1" etməklə Aygünü tamaşaçılar qarşısında pərt vəziyyətə salıb. Dolaşan digər versiyaya görə isə, Natəvan Həbibi məhz xarici görkəmi sayəsində Aygünə qalib gəlib. Yəni şounu izləyən tamaşaçılar seçim edən zaman Aygünü yox, Natəvanı bəyənərək ona bolluca SMS göndəriblər. Verilişdən sonra baş verənlərə gəlincə isə mötəbər mənbədən əldə etdiyimiz məlumata görə, həmkarları Elnarə Xəlilova və İradə İbrahimova Aygün Kazımovanın məğlubiyyətindən yaman seviniblər. İ.İbrahimovanın gülə-gülə Natəvanı qucaqlaması isə A.Kazımovanı özündən çıxarıb. ”Hamının əxlaqsızsınız"- deyərək həmkarlarını küçə söyüşləri ilə təhqir edən Aygün verilişin aparıcısı Emin Musəvini də “adam kişi olar” deyərək yamanlayıb. Özünü qələbənin “pik”nöqtəsində hiss edən Natəvan Həbibi isə Aygün Kazımovaya “yeraz”deyib. Aygün isə cavabında “səndən fərqli olaraq hələ indiyədək heç kim məni erməni adlandırmayıb” deyib.
Deyilənlərə görə, verilişdən sonra A.Kazımovanın fanatları ATV-nin həyətindəcə Natəvan Həbibini və onun xalasıqızı İranəni döyüblər. Məsələyə hər iki müğənninin və verilişin aparıcısı Emin Musəvinin də münasibətini öyrənmək qərarına gəlsək də, gün ərzində onlarla telefon bağlantısı qura bilmədik. Hazırda depressiyada olan Aygün Kazımovanın ilin müğənnisi olmaq arzusu ürəyində qaldı.

Category: Məşhurlar | Views: 749 | Added by: SultanSS | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024