Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-05-07, 04.15MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 18 » TEYYARE QEZASI İLE BAĞLI 3 ESAS VERSİYA SESLENİR
TEYYARE QEZASI İLE BAĞLI 3 ESAS VERSİYA SESLENİR
16.31
MiQ-29 döyüş təyyarəsinin qəzaya uğramasının əsl səbəbləri komissiyanın həyata keçirdiyi araşdırmalardan sonra bəlli olacaq
Azərbaycanın Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin dənizə düşdüyü yer müəyyən olunsa da, kəskin hava şəraiti dalğıcların işləməsinə imkan verməyib. Pilotların cəsədləri və təyyarənin "qara qutu"su hələ tapılmayıb. Müdafiə Nazirliyi mətbuat xidmətindən bildirilib ki, bir nəticə olmasa da, ancaq axtarışlar davam etdirilir. Hadisə yerində Müdafiə və Fövqəladə Hallar nazirliklərinin xilasedici dəstələri çalışır. Xatırladaq ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 döyüş təyyarəsi yanvarın 29-da günorta saatlarında qəzaya uğrayıb. Qəza nəticəsində pilotlar - polkovnik-leytenant Fəxrəddin Əsgərov və kapitan Əfqan Aslanov həlak olublar.
Hadisə baş verdikdən sonra onun səbəbləri ilə bağlı üç əsas versiya ortaya çıxıb.
Birinci versiyaya görə, təyyarənin özündə texniki nasazlıq olub və uçuş zamanı qəfildən idarəetmə sistemi işləməyib və təyyarə havada partlayıb. Bu anda katapultun açılmaması pilotların həlak olmasına səbəb olub. Bu çərçivədə irəli sürülən versiyalardan biri, ümumiyyətlə, pilotların katapultdan istifadə etməyə macal tapmamasıdır.
İkinci versiyada insan amili əsas götürülür. Belə ki, pilotlar təyyarəni düzgün idarə edə bilməyiblər, nəticədə qəza vəziyyəti yaranıb. Amma bunun əksini söyləyənlər də var. Qeyd edilir ki, hər iki pilot - F.Əsgərov və Ə.Aslanov təcrübəli pilotlardır və onların idarəetmə zamanı səriştəsizliyə yol verməsi inandırıcı deyil.
Üçüncü versiya bir qədər fantastik görünsə də, hələlik rəsmən təkzib edilmir. Bu da qırıcı təyyarənin qəzaya uğramasına naməlum uçan obyektin səbəb olması ilə bağlı məlumatlardır. Məsələ ilə bağlı məlumatı diqqətinizə çatdırmışdıq. Belə ki, kənd sakinləri həmin vaxt Xəzər dənizinin üzərində NUO-ya bənzər parlaq cisim gördüklərini bildirmişdilər.
Sonuncu versiyanı gücləndirəcək fikirlər də səsləndirilib. Ufoloq, naməlum uçan obyektlər (NUO) üzrə araşdırmaçı Fuad Hüseynov Milaz.info-ya bildirib ki, qəzaya uğrayan MiQ-29 döyüş təyyarəsinin naməlum uçan obyektlər tərəfindən vurulma versiyası mümkündür. "NUO-lar Xəzərin şimal hissəsindən gəlir. Onların öz hərəkət qrafikləri var və NUO-lara yaxın düşmək olmaz", - deyə F.Hüseynov bildirib.
Ekspertin sözlərinə görə, keçmiş SSRİ-nin Moskva Aviasiya İnstitutunda hələ 1980-ci illərdən hərbi təyyarəçilərə NUO-lar barədə dərslər keçirilib. "Mən bir neçə Azərbaycan təyyarəçisi ilə söhbət etmişəm. Onlarda NUO-lar barədə məlumat çox azdır. SSRİ dövründə komandanlıq hərbi təyyarəçilərə NUO-lara yaxın durmamaq barədə göstərişlər vermişdi", - deyə o qeyd edib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidməti araşdırmaların nəticəsi bəlli olmayınca hər hansı versiyanın irəli sürülməsinin tərəfdarı deyil. Eyni fikri bəzi ekspertlər də bölüşürlər. Hərbi ekspert ehtiyatda olan polkovnik-leytenant Yaşar Cəfərli hər hansı versiyanı irəli sürməkdən öncə MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı rəsmi açıqlamaları gözləməyin zəruri olduğunu bildirir. "Bunsuz hər hansı mülahizələrlə çıxış etməyə lüzum görmürəm", - deyə o bildirdi.
"Bu çox ciddi məsələdir. Xeyli sayda mülahizələr səsləndirilir. Amma hesab edirəm ki, yaradılmış komissiyanın araşdırmalarını gözləmək lazımdır" deyən Y.Cəfərli MiQ-29-u "yaxşı təyyarə" kimi səciyyələndirdi. Onun fikrincə, əgər katapultun açılmaması ilə bağlı məlumat doğrudursa, onda təyyarədə texniki nasazlığın olduğu qənaəti yaranır.
MiQ-29-ların alındığı Ukraynadan mütəxəssislərin cəlb olunması zərurətinə gəldikdə, Y.Cəfərli hesab edir ki, bu mümkündür. "Ukraynalı mütəxəssislər komissiyanın işində də iştirak edə bilərlər. Amma bu barədə qərarı, yəqin ki, komissiya verəcək", - deyə Y.Cəfərli bildirdi.
Category: Yeni Xəbərlər | Views: 792 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024