Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-05-03, 17.40MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 16 » RUSİYADA QATARLARDA QADINLARLA KİSİLER AYRI AYRI OTURACAQLAR
RUSİYADA QATARLARDA QADINLARLA KİSİLER AYRI AYRI OTURACAQLAR
02.06

Rusiya Dəmir Yolu qatarlarda xüsusi qadın və kişi kupelərinin istifadəyə verilməsini sınaqdan keçirmək istəyir.

Cinsi mənsubiyyətə görə sərnişinlərin bölünməsi kiçik bir sınaq kimi artıq bəzi istiqamətlərdə həyata keçirilib, ancaq hazırkı addım öz geniş miqyasıyla seçiləcək.

İndi həmişə kişilərin xoruldamasından və bəzən onların corablarından pis iy gəlməsindən gileylənən xanımlar ancaq qadın kompaniyasında səyahət edə biləcəklər.

Düzdür bu ancaq bahalı yataq vaqonlarına aid ediləcək.

Yeni qaydaların yanvarın ikinci yarısından qüvvəyə minəcəyi gözlənilir və qatara bilet alanlara burada heç bir məhdudiyyətlərin olmayacağı bildirilir.

Sadəcə yataq vaqonlarına bilet alanlardan soruşacaqlar ki, onlar hansı kupedə getmək istəyirlər – kişi, qadın yoxsa qarışıq kupedə.

Əsas rəylər belədir ki, yeni qaydalar ilk növbədə qadınlar üçün nəzərdə tutulub, ona görə ki, kişilər necə deyərlər qarışıq heyyətdə səyahət etməkdən bir elə əziyyət çəkmir, qadınlar isə çox zaman tanımadığı kişilərlə dar kupe çərçivəsində qapanmaqdan rahatsız olurlar.

Məsələn burada adi problemlər kişilərin içkili olması, qadınlara sataşması və yatanda xoruldamalarıdır.

İndi də yeni qaydalarla qadınların qatarlarda özlərini rahat və təhlükəsiz hiss etməsinə kömək edəcəyi guman edilir.

Ekspertlərin rəyinə görə yeni qaydalar Rusiyanın müsəlmanların sıx yaşadığı bölgələrində xüsusilə populyar ola bilər.

Şəriət qanunlarıyla yaşayan bir sıra islam ölkələrində hətta şəhərdaxili avtobuslarda salon çinsi prinsiplə bölünür, indi isə Rusiyada hər halda qatarlarda oxşar qaydalar ola bilər.

Düzdür qatarlarda belə çinsi bölünmə hətta bir sıra Avropa ölkələrində də mövcuddur. Bütün bunlarla bərabər dəmir yol idarəsi rəsmən heç bir bölgünün olmamasını bildirsə də rəylərə görə iqtisadi baxımdan kişilər daha əlverişli sərnişinlərdir və onların maraqları həmişə təmin ediləcək. Belə ki, sərnişinlər arasında mütləq çoxluğu hələ də kişilər təşkil edirlər.

Category: Ordan-burdan | Views: 750 | Added by: NEON | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024