Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-05-03, 17.33MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 16 » SƏRKİSYAN AZƏRBAYCANLA SÜLHÜN YAXIN OLDUĞUNU DEYİR
SƏRKİSYAN AZƏRBAYCANLA SÜLHÜN YAXIN OLDUĞUNU DEYİR
23.16
SƏRKİSYAN AZƏRBAYCANLA SÜLHÜN YAXIN OLDUĞUNU DEYİR
Bu, seçkiqabağı təbliğatdır, yoxsa reallıq?



Ermənistandan gələn həftə keçiriləcək prezident seçkilərində hakimiyyətin namizədi olan baş nazir Serj Sərkisyan deyib ki, onun ölkəsi Azərbaycanla sülh sazişinə yaxındır və qonşu Türkiyə ilə diplomatik münasibətləri bərpa etmək əzmindədir. Sərkisyan bunları “Frans-press” agentliyinə müsahibədə bildirib. Onun sözlərinə görə, Azərbaycanla Dağlıq Qarabağa dair danışıq prosesində ciddi tərəqqi əldə edilib.
Sərkisyan deyib ki, Qarabağ münaqişəsinə dair danışıqlarda “cəmi bir neçə həll edilməmiş məsələnin” qaldığını deyən beynəlxalq vasitəçilərlə razılaşır. O, Türkiyə ilə münasibətlərin hazırkı durumuna görə Ankaranı günahlandırıb: “Biz Türkiyə ilə diplomatik münasibətləri heç bir şərt qoymadan bərpa etməyə hazırıq. Şərt qoyan türklərdir”. Sərkisyan prezident seçkilərini elə ilk mərhələdə udacağına da əminlik ifadə edib




















Ermənistandan gələn həftə keçiriləcək prezident seçkilərində hakimiyyətin namizədi olan baş nazir Serj Sərkisyan deyib ki, onun ölkəsi Azərbaycanla sülh sazişinə yaxındır və qonşu Türkiyə ilə diplomatik münasibətləri bərpa etmək əzmindədir. Sərkisyan bunları “Frans-press” agentliyinə müsahibədə bildirib. Onun sözlərinə görə, Azərbaycanla Dağlıq Qarabağa dair danışıq prosesində ciddi tərəqqi əldə edilib.
Sərkisyan deyib ki, Qarabağ münaqişəsinə dair danışıqlarda “cəmi bir neçə həll edilməmiş məsələnin” qaldığını deyən beynəlxalq vasitəçilərlə razılaşır. O, Türkiyə ilə münasibətlərin hazırkı durumuna görə Ankaranı günahlandırıb: “Biz Türkiyə ilə diplomatik münasibətləri heç bir şərt qoymadan bərpa etməyə hazırıq. Şərt qoyan türklərdir”. Sərkisyan prezident seçkilərini elə ilk mərhələdə udacağına da əminlik ifadə edib.
Qeyd edək ki, Minsk Qrupu həmsədrləri regiona son səfərləri zamanı tərəflərin mövqelərinin yaxın olduğunu bir neçə dəfə bəyan ediblər. Bununla belə onlar etiraf edir ki, həll edilməmiş qalan ciddi problemlər var və onları razılaşdırmadan sülh danışıqlarında real nəticə əldə etmək mümkün olmayacaq. İrəvanla Bakının danışıqları masasından kənardakı mövqeləri isə bir-birinə diametral ziddir. Ermənistan rəhbərliyi danışıqların Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə prinsipi, Azərbaycan rəsmiləri isə ölkənin ərazi bütövlüyü prinsipi əsasında aparıldığını deyirlər.
Həmçinin məlumdur ki, ötən ilin noyabrında münaqişənin həllinin baza prinsiplərinə dair Madriddə xarici işlər nazirlərinə təqdim edilmiş sənədi prezidentlər qəbul etməyib. Vasitəçilər bu sənədə yenidən baxaraq onu yenidən işləmək tapşırığı alıblar. Belə bir vaxtda Sərkisyanın “Azərbaycanla sülh yaxındır” bəyanatı daha çox Qərbə ünvanlanmış seçkiqabağı mesaj xarakteri daşıyır. Yəni Sərkisyan demək istəyir ki, Ermənistanda hakimiyyət onun əlində qalsa, həll edilməmiş bir-iki məsələ də yoluna qoyular və sülh razılaşması əldə oluna bilər.




Category: Yeni Xəbərlər | Views: 591 | Added by: Power91 | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024