Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2024-05-03, 16.51MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 16 » DUBAYDA "REQS EDECEK " BİNA TİKİLECEK
DUBAYDA "REQS EDECEK " BİNA TİKİLECEK
20.18

Müasir Dubay memarlara nəyə qadir olduqlarını nümayiş etdirmək imkanı verir. Hazırda orada böyük tikinti işləri gedir. Bu layihə çərçivəsində memarlar ən böyük və orijinal göydələnin tikintisi uğrunda yarışda iştirak edirlər.
Arxitektor Deyvid Fişer hotel, mənzillər və ofislərdən ibarət çoxmərtəbəli binanı tikmək istəyir. Amma bu binanın xüsusiliyi ondadır ki, onun bütün 68 mərtəbəsi müstəqil olaraq külək enerjisinin köməyi ilə 360 dərəcə fırlanacaq.
Bundan əlavə layihəyə əsasən bina küləkdən özünə lazım olandan 10 dəfə çox elektrik enerjisi əldə edəcək.
Öz layihəsinin konsepsiyasını izah edən Deyvid Fişer gələcək göydələni göbək rəqsi ifa edən rəqqasə ilə müqayisə edir.

O, öz memarlıq işini "Da Vinçi qalası" adlandırıb.

Memar deyir ki, bina hissələrinin daimi hərəkəti ona unikal xarakter verir. Hərəkətdə olacaq mərtəbələr göydələnin görüntüsünü durmadan dəyişəcək. Onun fikrincə, bu, yeni memarlıq axınının yaranmasına gətirəcək.
Göydələn qeyri-adiliyi ilə seçilir. Bəs bu bina incəsənət əsəri ola biləcəkmi?

Cənab Fişer yeni layihəsi barədə bunları deyir:

"Binalar üç min əvvəl tikilmiş piramidlərdən az fərqlənirlər. Ona görə də binaları tərpənməz əşya kimi görməyə öyrəşmişik. Bu isə düzgün deyil. Axı, ətrafımızda olan hər şey hərəkətdədir. Tısbağanın öz evi var. Hətta bu "ev" də tısbağa ilə birgə hərəkətdə olur.
Onun planına əsasən mərtəbələr insan səsinə reaksiya verərək hərəkət edəcək. Yəni "sağa" ya da "sola" deməklə mərtəbə verilən göstərişi yerinə yetirəcək. Lap nağıllarda olduğu kimi!
Fişerin sözlərinə görə, mərtəbələr müxtəlif sürətlə hərəkət edə bilərlər.
" Hər mərtəbə tamamilə və müstəqil şəkildə hərəkət edir. Buraya kommunikasiya xətləri də daxildir. Tərpənməyən yalnız binanın mərkəz hissəsi olacaq.

Hər mərtəbədə bir neçə mənzil olacaq. Görəsən hər mənzilin sahibi mərtəbələrin hərəkətini necə təsəvvür edəcək?

Arxitektor deyir ki, müqavilədə ayrıca maddə olacaq. Bu maddə sahiblərə mənzillərindən gözəl görünüşə zəmanət verəcək. Amma onlar bir şeyi qəbul etməli olacaqlar ki, bu görüntü və mərtəbənin mövqeyi də dəyişkən olacaq. Hərəkətin sürətinə zəmanət veriləcək. Amma son qərarı ya arxitektor, ya da başqa rəsmi verəcək.
Görəsən, rəsmxətt lövhəsində yaradılan layihəni reallığa çevirmək mümkün olacaqmı? Deyvid Fişer buna əmindir. O deyir ki, bundan da qəliz konstruksiyalar mövcuddur.

Binanın tikintisinə iki il lazımdır. Fundamentin qoyuluşu isə bu ilin sonu baş verməlidir.

Category: Ordan-burdan | Views: 758 | Added by: NEON | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024