Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-05-13, 02.09MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 14 » PEYCERLER HARA YOXA ÇiXDi, NiYƏ YOXA ÇiXDi, NƏ VAXT YOXA ÇiiXDi?
PEYCERLER HARA YOXA ÇiXDi, NiYƏ YOXA ÇiXDi, NƏ VAXT YOXA ÇiiXDi?
10.00
Peycerlər hara yoxa çıxdı? Bir neçə il əvvələdək çox populyar olan bu xidmət növü və ondan istifadə edən varmı?PEYCERLƏR HARA YOXA ÇIXDI, NİYƏ YOXA ÇIXDI, NƏ VAXT YOXA ÇIXDI?
Elə yaddan çıxıb ki, hətta onun nə cür olduğunu da xatırlatmağa ehtiyac var: balaca ekrandan ibarət, qadınların çantada gəzdirdiyi, kişilərin kəmərə bağladığı, bəzilərinin boynundan asdığı peycer aparatı ismarıc qəbul etmək üçün idi. İsmarıcı isə ona peycer xidməti göstərən operatora telefonla zəng vurub mətni diqtə etməklə göndərirdin, təbii ki, ünvanı – abonentin peycer nömrəsini bildirməklə.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyəti üzrə şöbəsinin rəisi Rüfət Gülməmmədov «Media forum» saytına bildirib ki, bu xidmət hazırda Azərbaycanda yoxdur: «Ondan istifadə ötən əsrdə qalıb. Məndə olan məlumata görə, peycer xidməti ilə mobil operatorlar məşğul olub».
«Bakcell»in mətbuat xidmətinin rəhbəri İlham Əfəndiyev deyir ki, həqiqətən də «Bakcell» fəaliyyətə başladığı ilk illərdə, ötən əsrin sonlarında peycer xidməti göstərib. Həmin vaxt artıq motorollalar da ölkədə populyarlaşmışdı. Hazırda şirkətdə belə bir xidmətin olmadığını deyən E.Əfəndiyev buna heç ehtiyac da görmür. Onun fikrincə, texnologiyalar daim inkişaf edir və indi peycerə ehtiyac qalmayıb.
Məsələni araşdırarkən «Media forum»un əməkdaşı məlumat bürosuna da müracət edib. Bürodan bildiriblər ki, vaxtilə peycer xidməti olub. Çətinliklə də olsa, büronun əməkdaşı həmin şirkətin adını və telefonunu tapıb. Amma zəng etdikdə bəlli olub ki, artıq həmin nömrə bir evindir.
Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz deyir ki, Azərbaycanda peycer xidmətinin kulminasiya nöqtəsi 1995-97-ci llər hesab olunur: «Həmin illərdə belə bir xidməti yalnız «Bakcell» şirkəti və hazırda adlarını yaddan çıxardığım bir neçə kiçik firma həyata keçirirdi. Sonradan mobil operatorların fəaliyyəti genişləndiyinə, daha çevik, operativ texniki vasitələr meydana çıxdığına görə peycerə ehtiyac qalmadı və o sıxışdırılaraq meydandan çıxarıldı».
O.Gündüz qeyd edir ki, texniki vasitələrin sürətlə inkişaf etdiyini, dəyişdiyini nəzərə alaraq indi peycer xidmətinin olmamasını normal qarşılamaq lazımdır: «Təsəvvür edin, əlimdə mobil telefon ola-ola hansısa xidmətə zəng edib «filan nömrəyə filan xəbəri yetir» sifarişini versəm, nə dərəcədə düzgün olar? Elə bir SMS göndərərəm də».
Həm O.Gündüz, həm də «Bakcell» şirkətinin nümayəndəsi peycer xidmətinin Azərbaycanda 2000-ci ildən sonra fəaliyyət göstərmədiyini bildirir.
Amma Dövlət Statistika Komitəsinin şöbə müdiri Yusif Yusifov «Media forum»un əməkdaşı ilə söhbətində deyib ki, 2000- 2002-ci illərdə komitədə peycer xidmətiylə bağlı statistika aparılıb. Düzdür, göstərici çox cüzi olub. Ancaq hər halda olub. Məsələn, 2002-ci ildə ölkədə təqribən 200 peycer abunəçisi qeydə alınıb.
«Media forum» saytının araşdırmaları peycerdən bu əsrin əvvələrində istifadə olunduğunu başqa cür də təsdiqləyib. Məsələn, indi artıq fəaliyyətini dayandırmış «Bizim əsr» qəzetinin 2002-ci ilin noyabrında çıxan 262-ci sayında «Dinləyin və dincəlin! Bu gün «Lider» radiosu üç yaşını qeyd edir» adlı yazıda radionun baş redaktoru Arzu Cəfərova ilə müsahibə verilib. A.Cəfərova bildirib ki, ən reytinqli verilişlərindən biri «Günəbaxan»dır: «Səhərimizi «Günəbaxan»la açırıq. Gecə isə yeniyetmələr və gənclər üçün nəzərdə tutulan «Növbətçi» işə başlayır. Burada telefon, peycer vasitəsilə salamlar göndərilir».
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2006/2007-ci tədris ili üçün qəbul imtahanları keçirərkən abituriyentlərə verilmiş «Yaddaş kitabçası»nda imtahanda davranış qaydaları göstərilib. «Yaddaş kitabçası»nda deyilir ki, nəzarətçi-müəllimin işindən narazı olan abituriyent bu barədə imtahan rəhbərinə müvafiq sənəddə yazılı şəkildə məlumat verə bilər: «İmtahana mobil telefon, peycer, kalkulyator və bu kimi köməkçi vasitələr gətirmək qadağandır». Peycer ifadəsi «Yaddaş kitabçası»ndan yalnız bu il çıxarılıb.
Araşdırma zamanı o da məlum olub ki, hazırda qonşu Rusiya və Türkiyədə peycer texnologiyasından istifadə edirlər. Hətta Rusiyada məlumat bürosu xidmətindən istifadə etmək üçün «081» peycer xidmətinə müraciət etmək lazımdır. Hazırda digər mobil texnologiyalar kimi peycerlər də təkmilləşdirilib, onların daha çevik, operativ növləri ortaya çıxıb.
Views: 710 | Added by: SultanSS | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024