Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-04-27, 22.00MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 8 » Axtarışda olan Azərbaycan vətəndaşı Dağıstanda öldürülüb
Axtarışda olan Azərbaycan vətəndaşı Dağıstanda öldürülüb
14.57
 

Araz Balabəyov Dağıstanın cənub regionunda keçirilən antiterror əməliyyatı zamanı xüsusi təyinatlılar rsizləşdirilib

 
Azərbaycan və Rusiya Federasiyasının Dağıstan Respublikasında axtarışda olan Qusar rayon sakini Araz Balabəyov Dağıstanda öldürülüb. Bu barədə APA-nın Dağıstan bürosuna respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İrina Mamedova məlumat verib. Məlumatda bildirilib ki, A.Balabəyov Dağıstanın cənub regionunda keçirilən antiterror əməliyyatı zamanı xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib. Dərbənd rayonunun Avadan kəndində aparılan antiterror əməliyyatlarında qanunsuz silahlı dəstənin üzvü olan Ramazan Vahabov da öldürülüb. Dəstənin əlaqələndiricisi Ramil Begeyev isə həbs olunub. Dağıstan Federal Təhlükəsizlik Xidməti İdarəsinin rəisi Vyaçeslav Şanşinin və Daxili İşlər Nazirliyi rəhbərliyinin başçılığı ilə yanvarın 8-dən etibarən Dağıstanın Tabasaran, Dərbənd, Süleyman Stalski və digər cənub rayonlarında keçirilən əməliyyatlarda ümumilikdə doqquz terrorçunun öldürüldüyü bildirilib.

    2007-ci ildən etibarən Azərbaycanın hüquq-mühafizə orqanları A. Balabəyov barəsində axtarış elan edib. O, ötən il fevralın 14-də Xudat şəhərində yerli polis əməkdaşlarına silahlı müqavimət göstərərək, qaçmağa və Dağıstana keçməyə nail olub.

    Qusar rayonunun Əvəcuq kənd sakini, 1971-ci il təvəllüdlü Araz Balabəyov 1994-cü ildə Küveytin "İslam irsinin dirçəlişi" cəmiyyəti tərəfindən radikal vəhhabilərin sıralarına cəlb olunub. Onunla birlikdə Əvəcuq kənd sakinləri Valeh Muradov, Mizam İsayev və Babək Balabəyov da bu dəstəyə qoşulublar. 2003-cü il noyabrın 27-də Valeh Muradovla Mizam İsayev Qusar şəhərindəki zərgərlik mağazasına hücum edərək satıcı, 21 yaşlı Asəf Şərifovu tapança ilə qətlə yetirərək, obyektdən külli miqdarda qızıl-zinət əşyaları götürüb Araz Balabəyovun Əvəcuqdakı evində gizləniblər. Həmin il dekabrın 7-də DİN-in keçirdiyi əməliyyat zamanı M. İsayev və V. Muradov hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərdikləri üçün öldürülüblər. Bu dəstə ilə işbirliyində olan Arazın digər qardaşı Vüqar Balabəyov həbs edilərək, 13 il müddətinə azadlıqdan məhrum edilib.

    APA-nın yerli bürosunun əldə etdiyi digər məlumatlara görə, A.Balabəyov hələ 2001-ci ilin payızında külli miqdarda partlayıcı maddəni Dağıstanın Doqquzpara rayonu ərazisindən Azərbaycanın Qusar rayonuna keçirmək istərkən qonşu respublikanın milis əməkdaşları tərəfindən saxlanılıb, lakin qaçmağa nail olub. Bir az sonra isə həbs edilərək, Dağıstanın Məhərrəmkənd rayon məhkəməsinin hökmü ilə 1,5 il müddətinə azadlıqdan məhrum edilib. O, azad olunduqdan sonra Dağıstanda müxtəlif qruplaşmalara qoşulub. A. Balabəyov 2006-cı il noyabrın 17-də Qusar rayonunun Həzrə kəndi ərazisində polis əməkdaşlarına silahlı müqavimət göstərərək, yenidən Dağıstana qaça bilib.

Views: 678 | Added by: AQSHIN | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024