Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar günü, 2024-04-28, 16.57MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 8 » Ermənistada biabırçılıq
Ermənistada biabırçılıq
14.51

 Prezidentliyə namizəd Levon Ter-Petrosyan seçiciləri ilə görüşərkən daş-qalaq olunub

Seçkiqabağı təşviqat kampaniyası aparan Ermənistan prezidentliyinə namizəd Levon Ter-Petrosyan Ararat vilayətinin Artaşat şəhərində seçiciləri ilə görüşüb. Görüş vaxtı insident baş verib. Bir qrup naməlum şəxs təkcə nümayiş iştirakçılarını deyil, həm də Ter-Petrosyan və onu dəstəkləyən siyasi qüvvələrin nümayəndələrinin olduğu tribunanı daş-qalaq edərək, beton və buz parçaları atıb. Petrosyanın avtomobili daş-qalaq olunub, mühafizə xidmətinin rəisinin müavini, keçmiş dövlət təhlükəsizlik polkoviniki Sarkis Ovanesyana hücum edilib. Başından xəsarət alan Ovanesyan xəstəxanaya yerləşdirilib.

    Artaşat sakinlərinin sözlərinə görə, xuliqanlara Ermənistanın ərazi idarəçiliyi naziri Ovik Abramyanın qardaşı, Ermənistan milli məclisinin deputatı olan Conik Abramyanın oğlu rəhbərlik edib. Nümayişin aparıcısı Nikol Paşinyan asayişi mühafizə etməli olan polislərə müraciət edərək onları qayda-qanunu bərpa etməyə çağırsa da, nə polis əməkdaşları, nə də Ararat vilayətinin qubernatoru Alik Sarkisyan asayişi qorumaq üçün heç bir tədbir görməyib. Bundan sonra Levon Ter-Petrosyan Artaşat şəhərindəki polis bölməsinə gedərək, günahkarların tapılmasını tələb edib.

    O bildirib ki, təhlükəsizlik xidmətinə yönələn istənilən addımı özünə qarşı hücum kimi dəyərləndirir. «Biz bəyan edirik ki, cinayətkar hakimiyyət tərəfindən istənilən təxribat fevralın 19-da prezident seçkiləri günündə labüd qələbə ilə başa çatacaq. Fevralın 20-dən sonra isə təxribatçılar məhkəmə qarşısında dayanacaqlar»,- Ter-Petrosyanın mərkəzi seçki qərargahının bəyanatında belə deyilir. Artıq baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb. İnsidentdə iştirak edənlərin şəxsiyyəti müəyyən edilib və onlar polis bölməsinə aparılıblar. Zərərçəkənləri isə tibbi ekspertizadan keçiriblər.

Views: 696 | Added by: AQSHIN | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024