Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Çərşənbə axşamı, 2024-05-14, 00.08MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 7 » «AVROVİZİYA» UZRE MİLLİ FİNALDA MUGAM BOGAZININ «SEYTAN»a TAPSIRILMASINA MUTEXESSİSLERİN MUNASİBETİ
«AVROVİZİYA» UZRE MİLLİ FİNALDA MUGAM BOGAZININ «SEYTAN»a TAPSIRILMASINA MUTEXESSİSLERİN MUNASİBETİ
20.12
Ümumiyyətlə şeytana bu səlahiyyəti kim verib?


«Avroviziya-2008» mahnı müsabiqəsində Azərbaycandan iştirak edəcək müğənnini
null müəyyənləşdirmək üçün fevralın 2-də Heydər Əliyev adına İdman Konsert Kompleksində

keçirilən yerli final yarışmasında qalib gəlmiş Elnur Hüseynov və Samir Cavadzadə öz mahnılarını təqdim edərkən səhnəyə mələk və şeytan obrazında çıxmışdılar. «Mələk» E.Hüseynov, «şeytan» isə S.Cavadzadə idi. «Gündən-günə» («Day after day») mahnısında qəribə məqamlardan biri o idi ki, sondakı bir neçə saniyəlik muğam boğazını məhz «şeytan» ifa etdi.

«Media forum» saytı bu məsələyə milli final yarışmasında Münsiflər Heyətinin üzvü olmuş bəstəkar Eldar Mansurovun, AzTV-nin musiqi və əyləncəli proqramlar redaksiyasının baş redaktoru, «Televiziya Muğam Müsabiqəsi-2007»nin təşkilatçılarından olan Nadir Axundovun və bəstəkar Cavanşir Quliyevin münasibətini öyrənib.

Eldar Mansurov hələ məşq zamanı həmin səhnəyə etiraz etdiyini deyib: «Təkcə mən yox, elə Vaqif Gərayzadə də bildirdi ki, bu düzgün deyil. Muğam ilahidir, bizə göylərdən gəlib, bu, şeytani bir musiqi deyil. İstədilər sübut etsinlər ki, onların şeytanı muğam oxuyandan sonra insaniləşir, dəyişir. Yəni guya burada söhbət muğamın güc-qüvvəsindən gedir və onlar bununla göstərirlər ki, muğam hətta şeytanı da dəyişdirmək iqtidarındadır. Bu, nağıldır. Mənim fikrim belədir. Final yarışmasının sonunda da öz etirazımı mahnının müəllifi Gövhər Həsənzadəyə bildirdim. Məncə, mahnı eşq, məhəbbət, vətənpərvərlik və s. mövzularda səhnələşdirilsəydi və muğam boğazı da bu konteksdə edilsəydi, onda daha düzgün olardı.

«Gündən-günə» mahnısının sözlərinin ingiliscə olduğunu xatırladan və sonda şeytanın insaniləşməsi prosesinin o qədər də güclü işlənmədiyini vurğulayan E.Mansurov hesab edir ki, konsepsiyanı dəyişmək lazım idi: «Ümumiyyətlə, həmin mahnıda muğam boğazı etmək çox effektli alındı. Samir muğam oxuyandı. Onu biz estrada müğənnisi kimi də tanıyırıq. Samir dünənki çıxışı ilə bir daha sübut etdi ki, rok üslubunda da çox gözəl ifaçıdır».

Nadir Axundov şeytan obrazının muğam boğazı etməsinə münasibət bildirmək istəmir: «Bu onların öz seçimidir. Elə o uşağı da özləri seçiblər, müsabiqəyə də göndərilir… Mənlik olsaydı, tamam başqa cür olardı. Mən hesab edirəm ki, həmin nömrə, həmin ifaçılar Azərbaycanı orada təmsil etməyə layiq deyil. Azərbaycanın gözəl sənətkarları, bəstəkarları var və onlar səviyyəli əsər ortaya qoya bilərdilər. Mən bu məsələ ilə bağlı nə deyəcəyimi bilmirəm».

Cavanşir Quliyev hazırkı mərhələdə nəinki mahnını, ümumiyyətlə ifaçıları müzakirəyə çıxarmağın tərəfdarı deyil. O, müzakirələri may ayından sonraya saxlamağı daha məqsədəuyğun sayır: «İndi müzakirə açmaq çox tezdir. Onsuz da vəziyyət elə də yaxşı deyil, biz də bir tərəfdən gəncləri ruhdan salıb hər şeyi korlayarıq».

C.Quliyevin sözlərinə görə, milli finalda hər üç çıxışçı bərabər səviyyədə idi: «Orada Elnurla o birilərinin arasında elə bir ciddi fərq yox idi. Sadəcə, Elnur və Samirin hazırladığı səhnə bir az fərqlənirdi».

Bununla belə, C.Quliyev «Gündən-günə»də «şeytan»ın muğam boğazı etməsinin ona da çox qəribə gəldiyini qeyd edib: «Həqiqətən də təəccübləndim. Məgər muğam belə pis şeydir ki, onu şeytana verdiniz? Sözsüz, bu müğənnilərin işi deyil, həmin səhnəyə quruluşu kim veribsə, onunla bağlı problemdir. Muğama, xalq yaradıcılığına bu qədər dəstəyin olduğu bir zamanda səhnədə belə boğazları şeytanın etməsi... Yenə deyirəm, gəlin bunun günahını müğənnilərdə görməyək. Onları həvəsdən salmağın faydası yoxdur».




Category: Yeni Xəbərlər | Views: 634 | Added by: Sago | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024