Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 08.06MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 6 » Kür çayının məcrasından qidalanan yeni qol çəkiləcək
Kür çayının məcrasından qidalanan yeni qol çəkiləcək
12.54

Salyan rayon Fövqəladə Hallar Komissiyasının sədrinin sözlərinə görə, Salyanda torpağın süzüçülük qabiliyyəti aşağıdır

Qrunt sularının yaratdığı problemlər Azərbaycanın ayrı-ayrı bölgələrində özünü göstərir. Kür çayının sahilində yerləşən Salyan rayonunda suyun torpağın səthinə çıxmasında çayla yanaşı həm də qrunt suları rol oynayır.
Salyan rayon mərkəzinin 1270 hektar sahəsi mövcuddur ki, bunun da 400 hektarında drenaj şəbəkəsi qurulub.
Rayon icra hakimiyyəti başçısının 1-ci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Etibar Hüseynovun sözlərinə görə, Salyan şəhəri ümumiyyətlə qrunt suları yüksək olan zonaya məxsusdur. Burada torpağın süzüçülük qabiliyyəti aşağı səviyyədədir. «Ona görə də, Kürün səviyyəsi yuxarı olduqda, yağan yağışlar çoxaldıqda, su süzülmədiyinə görə, yerin səthinə çıxır və müəyyən problemlər yaradır».
Qeyd edək ki, 2003-cü il daşqınlarından sonra rayon mərkəzindəki 400 hektarlıq drenaj şəbəkəsi 3 mərhələdə yenidən qurulub. Komissiyanını sədrinin sözlərinə görə, layihənin 4-cü mərhələsində rayonun drenajla əhatə olunmayan hissəsinin tikilməsinə ehtiyac var və bu barədə müvafiq orqanlara müraciət olunub.
Etibar Hüseynov həmçinin qeyd edib ki, Kür çayının məcrasından qidalanan yeni qolun çəkilməsinə başlanacaq və bu iş qısa müddətdə başa çatdırılacaq

Views: 575 | Added by: SultanSS | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024