Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 08.50MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 6 » Görkəmli bəstəkar Qara Qarayevin 90-cı ildönümüdür
Görkəmli bəstəkar Qara Qarayevin 90-cı ildönümüdür
12.49
O, təkcə Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün ölməz sənət əsərləri yaradıb

Bu gün görkəmli bəstəkar Qara Qarayevin 90-cı ildönümüdür. 1918-ci ildə Bakıda anadan olan gələcək bəstəkarın musiqiyə həvəsini görən valideynləri onu Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə göndərirlər. Sonralar musiqi təhsilini davam etdirmək üçün Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyasına daxil olur. Oranı bitirdikdən sonra isə Qara Qarayev Moskva Dövlət Konservatoriyasında musiqinin incəliklərinə yiyələnir.

Musiqi mədəniyyətimizə «Yeddi gözəl», «İldırımlı yollarla» baletlərini, «Leyli və Məcnun» simfonik poemasını, «Don Ki Xot», «Alban rapsodiyası» simfonik qravürlərini və neçə-neçə romanslar, sonatalar bəxş edən Qara Qarayev yaradıcılığının ən səciyyəvi xüsusiyyətlərindən biri də əsərlərində xalq musiqisinə, muğamlara önəmli yer ayırmasıdır. Onun «Çahargah» muğamı üstündə yazılmış valsı indi də dinləyicilərini düşüncələrlə dolu sehirli bir aləmə qərq edir.

Üzeyir Hacıbəyov, Dmitri Şestakoviç kimi dahi bəstəkarların tələbəsi olduğunu ömrünün sonuna qədər ehtiramla xatırlayan Qara Qarayev bu il 90 illik yubileyi münasibətilə nəinki Azərbaycanda, hətta dünyanın bir çox ölkələrində yad ediləcək. Bu da Azərbaycan musiqi sənətinin əsrlər ötməsinə baxmayaraq hələ də yaşadığını göstərir. Çünki milli musiqi mədəniyyətimizin tarixi kökündə Qara Qarayev kimi sənətkarların irsi dayanır.

Views: 812 | Added by: SultanSS | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024