Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 01.25MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 4 » İlham Əliyevin namizədliyini dəstəkləyənlərin sayı az idi
İlham Əliyevin namizədliyini dəstəkləyənlərin sayı az idi
19.46
Taliyət Əliyev: Partiyada böyük əksəriyyət prezident seçkilərində ADP-nin öz namizədi ilə iştirakının tərfdarıdır»

- Taliyət bəy ADP sədri yeni təkliflə çıxış edib. Prezident seçkilərində namizədliyini irəli sürən şəxslər öz kamandasını açıqlasın. Sizin komandaya kim rəhbərlik edəcək?

- Partiyanın hələ prezident seçkiləri ilə bağlı mövqeyi rəsmiləşməyib. Fevralın 16-da partiyanın Ali Məclisinin sessiyasında bununla bağlı siyasi qərar qəbul ediləcək. Amma bu rəsmi qərar olmayacaq. Çünki hələ rəsmi olaraq seçkilərə start verilməyib. Biz bu seçkilərə fərqli şəkildə getmək istəyirik. Təklif edirik ki, prezident seçkilərində namizədliyini irəli sürən şəxslər öz kamandasını da açıqlasın. Kölgə kabinetində kimləri görmək istəyirlər? Namizəd seçkilər ərəfəsində tək özünün deyil, kamandasının da təbliği ilə məşğul olsun. Nə qədər uğurlu alınacaq deyə bilmərəm, amma bizim belə bir ideyamız var və bu istiqamətdə də danışıqlar aparılır.

- Komandaya kim başçılıq edəcək sualına aydınlıq gətirmədiniz. Yəni partiyanın namizədi kim olacaq? Ötən il İlham Əliyevin namizədliyi məsələsi gündəmə gətirildi. Amma İdarə Heyətinin ötən həftə keçirilən toplantısında partiyanın öz namizədi ilə iştirak etməsi barədə qərar qəbul edildi...


- Ötən ilin mayında partiyanın sonuncu qurultayında müəyyən qərarlar qəbul edilib. O qərarlar da ondan ibarətdir ki, partiya ölkə ərazisində keçirilən seçkilərdə iştirakın tərəfdarıdır. Öncəki siyasi təcrübələrdən çıxış edərək boykot taktikasının perspektivi olmadığı qənaətindəyik. Ona görə də 2008-ci il prezident seçkiləri ilə bağlı ADP belə bir mövqe ortaya qoyub ki, partiya müxalifətin vahid namizədilə iştirak etsin. Bununla bağlı müəyyən səylər gösərdik. İkinci variant isə ondan ibarət idi ki, bu, alınmadıqda, partiya ideoloji baxımdan özünə yaxın olan partiyaların blokunu yaratsın. Həmin blokun namizədini müəyyən etsin. Bu da alınmayacağı təqdirdə, partiyanın öz namizədi ilə seçkilərə qatılsın. Başqa bir təklif isə ondan ibarət idi ki, əgər demokrat partiyasının cəmiyyətdə olan nüfuzuna ekvalent olaraq hakimiyyət tərəfindən hər hansı təklifləri qəbul olunsa, hakimiyyətin təkliflərini dəstəkləyə bilər. Belə bir təklif də irəli sürülmüşdü. Amma partiyada bu fikri dəstəkləyənlər o qədər də çox deyildi.

- Bəs müxalifətin vahid namizədi məsələsi nə yerdə qaldı?


- Bir il ərzində müxalifətin vahid namizəd ətrafında birləşməsi istiqamətində müəyyən danışıqlar aparıldı. Təəssüf ki, bu gün reallıq ondan ibarətdir ki, 2008-ci ilin prezident seçkilərində müxalifət vahid namizədlə çıxış edə bilməyəcək. Partiyada hakim mövqe isə ondan ibarətdir ki, seçkilərdə ADP öz namizədi ilə iştirak etsin. Bu partiyanın mənafeyinə cavab verən bir mövqedir. Partiya artıq bu varianta daha üstünlük verir və bu qərarı mövkəmləndirmək iqtidarındadır.

- Siz özünüz İlham Əliyevin namizədliyinin dstəklənməsinin tərəfdarısınızmı? Ali Məclis belə bir qərar qəbul edə bilərmi?


- Hesab etmirəm. Çünki partiyada bu ideyanı dəstəkləənlər çox az idi. Böyük üstünükdə olan mövqe ondan ibarətd idi ki, partiya bu seçkilərdə öz namizədi ilə iştirak etsin. Bu seçkilərdə konstruktiv müxalifətçiliyin presidentini ortaya qoysun. Fərqli bir taktika ilə bu seçkilərdə iştirak etmək niyyətindəyik.

- Namizədiniz kim olacaq?


- Yəqin ki, bizim namizədimiz partiyanın sədri Sərdar Cəlaloğlu olacaq. Amma yenə də deyirəm, bu, siyasi qərardır. Rəsmi qərar seçkilərə start veriləndən sonra elan ediləcək. Çünki qanunvericilik bunu tələb edir.

- Bir il öncə YAP-a təklif etdiyiniz konstruktiv əməkdaşlıq təklifinə cavab verilmədi. Nə də ADP bu istiqamətdə təkidli görünmədi. Belə çıxmırmı ki, bu təklif sadəcə olaraq partiyanın gündəmdə qalması üçün ortaya atlımışdı?


- Partiyamız bir il qabaq belə bir qərar qəbul etmişdi. Rəsmi dövlət orqanlarına müraciət edildi. ADP-nin bu təklifinə rəsmi cavab verilməsə də, iqtidardan, ən yüksək məmurlar tərəfindən müsbət reaksiya verildi. Amma hazırda ortada rəsmi bir nəticə olmasa da, iqtidar bizə qarşı bir addım atmasa da, biz öz mövqeyimizdən geri çəkilən deyilik. Öz siyasətimizdə bu mövqeyi prioritet olaraq qəbul etmişik. Bunun nəticəsini isə zaman göstərəcək. Bu gün Müsavat Partiyasının başqanı da dialoq təklifi ilə hakimiyyətə müraciət edib. Azərbaycanın bir çox problemlərinin həlli məhz bu siyasi dialoqdan və milli həmrəylikdən keçir. Biz on illlər boyunca davam etdirdiyimiz radikal müxalifətçilik mövqeyini bundan sonra davam etdirməklə heç nəyə nail ola bilməyəcəyik. Təcrübə göstərdi ki, biz nə qədər radikal oluruqsa, hakimiyyət bir o qədər repressiv mövqe nümiayiş etdirir. Nəticədə isə minlərlə müxalifətçi həbs edildi, ölkədən didərgin düşdü. Cəmiyyət isə bundan heç nə qazanmadı. Bu qütbləşmə artıqca, düşmənçilik meydana gəlir.

- Amma sizin təklifiniz də heç nəyi dəyişmədi. YAP-dan reaksiya verilmədi. Elə bil ki, bu vəziyyətin davam etməsində hakimiyyət və iqtidar partiyası özü maraqlıdır...


- Ola bilsin hakimiyyətdə hansısa qüvvələr müxalifəti xoxan donunda göstərməyə çalışsın. Bəzi dövlət məmurları hakimiyyəti müxalifətlə qorxuzub öz yerlərini möhkəmlətməyə cəhd edirlər. Sözsüz ki, iqtidarda bu cür məmurlar çoxdur və onlar müxalifətin daha da radikal olmasının tərfdarıdırlar. Onlar da bu vəziyyətdən öz xeyirlərinə istifadə etsinlər. Amma buna baxmayaraq biz bundan sonra kanstruktiv mövqenin tərəfdarıyıq. Bu, bir-iki günlüyə hesablanmış siyasət deyil. Bu, bizim siyasi kursumuzdur

Views: 638 | Added by: SultanSS | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024