unformal...elnur huseynov....aynur isgenderli - 4 February 2008 - soz6.com
Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə, 2017-02-24, 05.32MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 4 » unformal...elnur huseynov....aynur isgenderli
unformal...elnur huseynov....aynur isgenderli
13.32
Unformal

Hər şey Sovetlər Birliyindən qalmış model agentliyinin yerləşdiyi dağılmış çardaqdan başlamışdır. Orada Rüstəm (qitaraçı) və Yevgeniy (barabançı) bir neçə artist və musiqiçilərlə birgə otaq kirayə götürürdülər. Bir neçə aydan sonra kollektivə ölkədə yeganə qadın bas gitara ifaçısı qoşulur.  Unformal qrupu 2001-ci ilin oktyabrında B.İ.C. prodüser mərkəzi tərəfindən təşkil edilən Azerbaijan Rock Award Competition mükafatının təqdimetmə mərasimində ilin ən yaxşı qrupu elan edilərək “qızıl aypara” mükafatina layiq görülmüş və öz debütunu etmişdir. 2003-cü ilin mayında Unformal qrupu Gürcüstana festivala dəvət olunur, orada Gürcüstanın məşhur musiqi telekanalı olan “Maestro” və bir sıra başqa kanalarda müsahibələr verir. 2003-cü ildə Unformal qrupu teleşouda iştirak etmişdi və onun ardınca Azərbaycan üzrə qastrollar başlamışdı. 2003-cü ildə Şou proqramın axırıncı konserti  Azərbaycanın əsas səhnəsi – Heydər Əliyev adına Sarayda baş tutmuşdu. 2004 – 2005-ci illərdə Unformal qrupu 11 festival keçirmiş, “Unformal” nümayiş albomunu yazdırmış, özünün 5 ilini solo - konsertlə qeyd etmiş, gələcək albom üçün yeni mahnılar yazdırmışdır. Eyni zamanda Fəridə (bas) öz konservatoriya dostları ilə birgə yeni layihəsinə  - “W/Omen” rok – qrupuna həyat vermişdir.  

Tezliklə Unformal qrupu “W/Omen”qrupunun ifaçısı Delya ilə böyük uğura səbəb olan duet yazdırır. 2006-cı ildə Delya Luper (gitaraçı) ilə Unformal qrupuna daxil olurlar. 2006-cı ilin oktyabrında yeniləşmiş Unformal qrupu (Delya – vokal, Luper və Rüstəm – gitaraçılar, Farida – bas və Yevgeniy - barançı) solo konsert verir. Hard rokdan alternativ musiqiyə keçid pərəstişkarlar tərəfindən sevinclə qarşılanır. “Ilk Suiqəst” adlı solo-konsert yeni əsrin başlanğıcında  Unformal qrupunun tarixində ən yaxşı konsertlərdən biri olur. Konsertə xüsusilə dəvət olunan məşhur Ukrayna prodyuseri Vitaliy Klimov  Unformal qrupu ilə müqavilə imzalayır. Iki aydan sonra (dekabrda) qrup Serb musiqiçisi, “Okean Elzi” qrupunun pianoçusu Miloş Yeliçin rəhbərlik etdiyi Kiyev filarmonik orkestri ilə “Sonsuz Yol” yeni sinqlını yazdırır. Həmin mahnı Unformal qrupunun “Sirat Körpüsü” filmi (direktor Samir Kərim oğlu) üçün yazdığı saundtrekin bir parçası hesab olunur. Hal-hazırda Unformal qrupu səs rejissoru Vitaliy Telezinin iştirakı ilə Kiyevdə Ukrayna səs yazma studiyasında özlərinin ilk albomlarını yazdırırlar. 2007-ci ilin martında Unformal qrupu “Sonsuz Yol” (direktor Samir Kərim oğlu) mahnısı üçün klip çəkdirir. 2007-ci ilin aprelində bu klip 3 həftə ərzində İTV – nin rok- kliplər top onluğunda birinci yeri tutmuşdur. 2007-ci ilin avqustunda isə həmin klip M1 kanalının (ukrayna musiqi telekanalında) top onluğundan uzun müddət düşmür.

Aynur İsgəndərli

1987-ci il 20 avqustda Bakıda musiqiçi ailəsində dünyaya gəlmişdir. 1994-cü ildən 2005-ci ilə qədər 5 saylı ümumtəhsil məktəbində oxumuş. paralel olaraq 16 saylı beşillik musiqi məktəbində fortepiano sinfində təhsil almışdır. 7 yaşında “Hər birimiz bir çiçək” televiziya verilişinin solisti olmuşdur. Hələ məktəb yaşlarında ikən “Şərq ulduzları” uşaq vokal ansamblının tərkibində böyük səhnələrdə konsertlərdə çıxış etmişdir. 2004-cü ildə “Azəri star” tele-layihəsində iştirak edib 3-cü yeri tutmuşdur. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada – vokal oxuma fakultəsinə daxil olmuşdur. Həmin il “8-ci Beynəlxalq Asiya Festevalında” iştirak edərək “ Gələcəyin ən perspektivli müğənnisi” nominasiyasını qazanmışdır. Hal - hazırda 3-cü kurs tələbəsidir, Vaqif Gərayzadənin rəhbərlik etdiyi “Aypara” ansamblının solistidir. Həmçinin muğamla, cazla məşğul olur və şer yazır.       

 

.       

Elnur Hüseynov

1987-ci il martın 3-də Türkmənistanın Aşqabad şəhərində hərbçi ailəsində doğulmuşdur. Anası musiqi nəzəriyyəçisidir. 1992-ci ildə konservatoriya yanında istedadlı uşaqlar üçün ROXMİM-ə daxil olub, fortepiano sinfi üzrə təhsil almışdır. 1999-cu ildə Bakıya gələrək, 2000-ci ildə Tibb Texnikumunda diş texniki fakultəsinə daxil olmuşdur. 2001-ci ildə Asəf Zeynallı ad. Musiqi məktəbinə daxil olur. Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyir. 2003-cü ildə “Sing your Song” tele-layihəsində “Qran-pri” mükafatına layiq görülmüşdür. 2004-cü ildə məktəbi bitirdikdən sonra stilist-bərbər peşəsini öyrənmişdir. M. Maqomayev ad. Azərbaycan Dövlət Filarmoniyasında xor kapellasında, həmçinin kilsə xorunda işləmişdir. Sevda Məmmədovadan və Fidan Hacıyevadan dərs almışdır. Hal-hazırda Rəşad Haşımovdan dərs alır. 

 

Category: Məşhurlar | Views: 473 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2017