Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 05.07MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 4 » iddris ebini 3000 doyushcu qoruyur
iddris ebini 3000 doyushcu qoruyur
13.26
Prezident İdris Debini 3000 döyüşçü qoruyur
Çadın paytaxtında vəziyyət hələ də gərgin olaraq qalmaqdadır

 

Çadın paytaxtında vəziyyət gərgin olaraq qalmaqdadır. Artıq hökümət dövlət əhəmiyyətli binaların mühafizəsi üçün ağır texnikadan istifadə etməyə başlayıb. Prezident sarayının mühafizəsini ölkə başçısı İdris Debiyə sadiq 3000 döyüşçü qoruyur. Prezident sarayı ilə yanaşı milli radio binasının yaxınlığına çoxlu sayda ağır texnika və tank yeridilib. Ölkə rəsmiləri ağır texnikanın toplandığı ərazilərdə yaşayan sakinlərə müraciət edərək evlərini tərk etmələrini istəyib.

Üsyançıların sözcüsü Abderəhman Kulamalla bəyanat yayaraq xarici ölkə vətəndaşlarının ölkədən evakuasiya edilməsinə mane olmamaq üçün hava limanına bilərəkdən hücum etmədiklərini söyləyib.

Liviya ölkə başçısı Müəmmar Qaddafinin vasitəçiliyi ilə hökümət qüvvələrilə üsyançılar arasında razılaşma davamedici olmayıb. Bunu tərəflər arasında silahlı toqquşmaların şiddətlə davam etməsindən müşahidə etmək olar.

Fransa müdafiə nazirliyi Massaqe yaxınlığında döyüşlərdə Çad hökümət qüvvlərinin baş qərargah rəisi Daud Sumaynın öldürüldüyü barədə məlumat verib. Baş verən toqquşmalar nəticəsində ölənlərin sayı barədə dəqiqi məlumat olmasa da şahidlər küçələrdə çox sayda yanmış eləcə də güllə yarası almış cəsədlər olduğunu söyləyirlər. Çaddakı Xarici ölkə səfirlikləri və nümayəndəlikləri artıq bu ölkədəki fəaliyyətini dayandıraraq öz əməkdaşlarını paytaxt Ncamenadan evakuasiya ediblər.

Bu arada üsyançıların Adre məntəqəsinə də hücum etdiyi bildirir. Çadın xarici işlər naziri Əhməd Əllami Sudan rəhbərliyini Darfura Avropa Birliyi sülhməramlılarının daxil olmasını təxirə salmaq üçün Çadda qeyri-sabitlik yaratmaqda və üsyançıları dəstəkləməkdə günahlandırıb./ANS PRESS/

Category: Siyasət | Views: 747 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024