Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 09.29MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 4 » Evrovisiyanin tarixi
Evrovisiyanin tarixi
13.21


Azərbaycanın qoşulması

Azərbaycan teleməkanında Eurovision Song Contest ilk dəfə 2006-cı ildə yayımlanıb. İctimai Televiziya və Radio Yayımları Şirkətinin efir fəaliyyətinin bir ili tamam olmamış onlar bu müsabiqənin yayımçısı hüququnu alır. Qeyd edək ki, bu ilk baxışda qeyri-real layihə Avropa Yayımları İttifaqı ilə qurulan sıx əlaqələr nəticəsində reallaşmışdı. Həm də heç bir ili tamam olmayan teleşirkətin buna nail olması sözügedən qurumun fəaliyyəti ərzində ilk istisna hal idi. Çox keçmədən İctimai Televiziya həmin qurumun üzvünə çevrildi. Qeyd edək ki, bundan əvvəl ittifaqa üzv seçilən televiziyaların ən azı bir ili tamam olmalı idi. 2006-cı ildə müsabiqənin qalibi Finlandiyanın təmsilçisi “Lordi” rok-qrupu oldu. Bu dəfə televiziyanın yaradıcı heyəti qalib qrupdan müsahibə almaq üçün Finlandiyaya yollandı. Məqsəd həm də bu sahədə artıq təcrübəsi olan ifaçıdan çıxışın reseptini öyrənmək idi. Səfərin nəticəsi: Azərbaycan tamaşaçısına 2006-cı il Eurovision Song Contest-nin qalibi haqqında maraqlı film və onun eksklüziv müsahibəsi təqdim olundu.
2007-ci il. Finlandiyanın Helsinki şəhəri müsabiqəyə ev sahibliyi edir. Bu dəfə İctimai Televiziyanın yaradıcı heyəti bilavasitə hadisə yerinə yollanır. Müsabiqə həmin gün İctimai Televiziyanın canlı efirində yayımlanır. Həm də Helsinkidə olan əməkdaşlar Bakı ilə canlı bağlantıda olub ən qaynar xəbərləri çatdırırlar. Həmin gündən etibarən Azərbaycanın da bu mötəbər mahnı yarışmasında iştirakı ön plana keçir. 2007-ci il iyul  ayında istanbulda Avropa Yayım İttifaqının baş assambleyasının 59-cu sessiyasından sonra bu sahədə işlər daha intensiv aparılmağa başlayıb. 


51 ildən sonra, Eurovision Song Contest-in tarixi dəlillər, rəqəmlər və məzəli məqamlarla boldur. Düzdur, fanatlar Lüksenburqun1980 –ci ildə (56) neçə xal aldığını, 1972 – ci ildə (Maltada 48 xal yığmaqla) kimin sonunucu yer tutduğunu və 1996 – cı ildə Niderlandın (Avstriya tərəfindən) neçə dəfə 12 xal aldığını bilirlər. Məhz buna görə, sizin Eurovision Song Contest üzrə ensiklopediyaya çevrilmənizi gözləməyə dəyməz. Eurovision.az sizi bu musabiqənin bütün tarixi üzrə səyahətə aparacaq.

Hər şey necə başlamışdır.

Avropa Radio Yayım Birliyi (EBU), Böyük Britaniya, Devonda kecirilən konfransda Avropa və Aralıq Dənizi ölkələrindən olan 23 radio yayım təşkilatları tərəfindən 1950 – ci il fevralın 12 də yaradılmışdır. 1954 – cü il iyunun 6 – da Eurovision qovşağının köməyi ilə Montre birinci verlişin məkanı oldu. Bu “Narcissus Festival”  güllər festivalı idi. Eurovisionun ilk tamaşaçıları onu Almaniyanın, Belçikanın, Fransanın, Böyük Britaniyanın, İtaliyanın, Niderlandın və İsveçrənin barlarında, evlərində, mağaza vitrinlərində yerləşdirilən 4 million televizorda seyr edə bildilər.

Ümidverici Layihə

1955 – ci ildə Avropa Radio Yayım Birliyi iştirakçı ölkələrin nümayəndələrinin eyni teleşouda yarışacağı və eyni zamanda bütün nüfuzlu ölkələrdə yayımlanan beynəlxalq mahnı müsabiqəsi keçirməyi qərara aldı. Müsabiqənin özülü 1955 – i ildə Monakoda Avropa Radio Yayım Birliyində işləyən fransız mənşəli Marsel Bezenson tərəfindən qoyuldu. Müsabiqə ilk dəfə 1951 – ci ildə keçirilən San-Remo italiyan festivalında yaradılırdı və canlı yayım üçün texniki eksperiment kimi qiyətləndirildi. Həmin günlərdə bu layihə, bir çox ölkələri beynəlxalq qovşaqda birləşdirən çox ümidverici bir layihə idi. O zaman hələ peyk televiziyası mövcud olmadığından, Eurovision yalnız yerüstü stansiyalrı özündə cəmləşdirirdi. Bax beləcə Eurovision dünyaya gəldi. 1956 – cı ildən etibarən Eurovision Song Contest fasiləsiz yayılanır və ən məşhur uzunömürlü verlişlərdən biri hesab olunur. Bu müsabiqə yalnız Avropada deyil, həmçinin iştirakçı olmayan Avstraliyada, Kanadada, Misirdə, Honkonqda, Hindistanda, İordaniyada, Koreyada, Yeni Zellandiyada və ABŞ-da yayimlanır.

Category: Məşhurlar | Views: 694 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024