Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Bazar Ertəsi, 2024-04-29, 11.57MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 4 » Samir Memmedovun
Samir Memmedovun
13.08
"Hərbi əsir Samir Məmmədovun Azərbaycana qayıtmaq istəməməsi tamamilə aydındır"
Bu barədə Qarabağ regionunda əsir və itkin düşmüş şəxslərin azad edilməsi üçrə beynəlxalq işçi qrupun həmsədri Bernxard Klazen bildirib

 

“Bizim qrupun əsirlərin azad edilməsinə çalışdığı bir neçə hərbçi, erməni əsirliyindən sonra hərbi prokurorluğa verilirlər və bir müddət sonra “vətənə xəyanət”ə görə sərt cəza alırlar. Sonuncu belə hal 2007-ci il mayın 15-də vətənə xəyanətdə təqsirli bilənən Vüsal Qaracayevin 11 il azadlıqdan məhrum edilməsi olub. V. Qaracayev 2006-cı ilin dekabr ayında hərbi əsir kimi 3 həftə ermənilərin əlində olub. Mənə onun bu qısa müddət ərzində belə cəzaya layiq hansı cinayəti törətəməsini təsvir etmək çətindir. Belə çıxır ki, biz hərbi əsirlərin azad edilməsinə yardım etmişik, amma onların çoxu sonradan öz ölkələrində üzun müddətli cəza ilə mühakimə olunublar”. Bu barədə Qarabağ regionunda əsir və itkin düşmüş şəxslərin azad edilməsi üçrə beynəlxalq işçi qrupun həmsədri Bernxard Klazen Day.az- bildirib.

B. Klazen qeyd edib ki, keçmiş hərbi əsirlərin vətənə qayıtdıqdan sonra həbs olunmayacağı barədə təminat almayana qədər hərbi əsir problemi ilə maraqlanmayacaqlar. Bu səbəbdən də qurum 2007-ci ildə bu problemlə maraqlanmayıb. “Biz bu barədə Azərbaycan prezidenti İlham Əliyevə məktubla müraciət etmişik, amma hələ ki, cavab almamışıq. Amma Azərbaycan rəsmi olaraq hərbçilərin əsirlikdən azad edilməsindən sonra mühakimə olunmayacağına təminat versə, biz öz işimizi davam etdirəcəyik” , deyə həmsədr söyləyib. Bernxard Klazen əsirlikdən qayıdan 12 hərbi əsirin sonrakı taleyi barədə məlumat verib:

1. 1980-ci il təvəllüdlü Nadir Mahmudov 1993-95-ci illərdə hərbi əsir olub, vətənə qayıtdıqdan sonra 7 il azadlıqdan məhrum edilib.

2. 1985-ci il təvəllüdlü Aydın Hüseynov 2004-cü il 30 iyunda əsir düşüb, 2004-cü il iyulun 19-da əsirlikdən azad edilib. Vətənə qayıtdıqdan sonra CM-nin 274-cü maddəsi ilə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib.

3. 1985-ci il təvəllüdlü Xəyal Abdullayev 2005-cü il yanvar ayında əsir düşüb, mart ayında əsirlikdən azad edilib. Vətənə qayıtdıqdan sonra CM-nin 274, 334.3, 338.1, 341.3-cü maddələri ilə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib.

4. 1983-ci il təvəllüdlü Hikmət Tağıyev 2005-cü il yanvar ayında əsir düşüb, mart ayında əsirlikdən azad edilib. Vətənə qayıtdıqdan sonra CM-nin 274, 334.3, 338.1, 341.3-cü maddələri ilə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib.

5.1986-ci il təvəllüdlü Orxan Səfərov 2005-cü il mayın 5-də əsir düşüb, mayın 13-də əsirlikdən azad edilib. Vətənə qayıtdıqdan sonra CM-nin 274, 334.3 maddələri ilə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib.

6. Rauf Eyvazov 1991-ci ildə Bakıdakı hərbi hissələrdən birində qulluq edib. 10 günlük məzuniyyət götürərək Xankəndinə gedib. Beş gündən sonra Bakıya qayıdıb. Məhkəmə onu vətənə xəyanətdə təqsirli bilib. CM-nin 174-cü maddəsi ilə ittiham olunaraq ömürlük azadlıqdan məhrum edilib.

7. Heydər Əlimardanov Mardakert rayonunda əsir düşüb. 1993-95. CM-nin 260 və digər maddələri ilə ittiham olunaraq 10 il azadlıqdan məhrum edilib.

8. Natiq Haqverdiyev Kəlbəcər rayonunda əsir düşüb 1993-95 Vətənə qayıtdıqdan sonra CM-nin 260 (hərbi səsirlərin əsirlikdə cinayət hərəkətləri) və digər maddələri ilə ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.

9. Gəray Nağıyev Goranboy rayonunda əsir düşüb 1993-95. Vətənə qayıtdıqdan sonra sonra CM-nin 260 (hərbi səsirlərin əsirlikdə cinayət hərəkətləri) və digər maddələri ilə ittiham olunaraq 10 il azadlıqdan məhrum edilib.

10. Xaqani Rzayev Füzuli rayonunda əsir düşüb 1993-95 Vətənə qayıtdıqdan sonra sonra CM-nin 260 (hərbi səsirlərin əsirlikdə cinayət hərəkətləri) və digər maddələri ilə ittiham olunaraq 9 il azadlıqdan məhrum edilib.

11. Vüsal Qaracayev 2006-cı ildə üç həftə hərbi əsir kimi ermənilərin əlində olub. 2007-ci il mayın 15-də vətənə xəyanətə görə 11 il azadlqıdan məhrum edilib.

12. 1980-ci il təvəllüdlü Ruslan Bəkirov 2005-ci ilin yanvarayında əsir düşüb, mart ayında azad edilib. Vətənə qayıtdıqdan sonra CM-nin 274, 334.3, 338.1, 341.3-cü maddələri ilə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib.

Bundan başqa B. Klazen bildirib ki, bütün bu baş verənlərin fonunda hərbi əsir Samir Məmmədovun Azərbaycana qayıtmaq istəməməsi tamamilə aydındır:“S. Məmmədov Azərbaycanda mühakimə olunmaqdan qorxur, ola bilsin ki, o yeganə çıxış yolu üçüncü ölkəyə getməkdə görüb”.

Category: Siyasət | Views: 682 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024