Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-04, 23.11MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 1 » CIB GIR
CIB GIR
16.09
CİB GİRrmək üçün deyil, pul və yaxud da digər qiymətli və qiymətsiz ŞEYləri qoymaq üçündür


Klassik türk musiqisinin mahir ifaçısı Əhməd Özhanın ölkəmiz haqqında təəssüratlarını, xüsusilə də hava limanında yüksək qonaqpərvərliklə qarşılandığını oxuyanda, heç xəcalət çəkmədim. Çünki mən bilirdim ki, Əhməd Özhan H. Əliyev adına Beynəlxalq Hava Limanına qədəmlərini qoyan
null kimi gömrükçülərimiz onun CİBinə GİRməyiblər.
Başqalarını deyə bilmərəm, amma bizim gömrükçülərimiz çox gözəl bilirlər ki, CİB GİRmək üçün deyil. Xüsusilə də başqalarının cibi. Məgər bizim gömrükçülərimiz bilmirlər ki, cib PUL və digər qiymətli və qiymətsiz ŞEYləri qoymaq üçündür?! Bilmirəm, bəlkə də cibdəkiləri yoxlamaq gömrükçülərin işidir, amma onu bilirəm ki, cibdəkiləri sahibindən bütövlükdə və ya bir qismini almaq gömrükçülərin işi deyil. Xüsusilə də, hansısa ölkədə tanınmış şəxsiyyətlərin cibindəkiləri dədə malı kimi bölüşdürmək ümumiyyətlə olmaz. Bunu bizimkilər, yəni gömrükçülərimiz də çox gözəl bilirlər (Nə badə bunu BÖLÜŞDÜRMƏK kimi başa düşəsiniz. Fikrin müəllifi olaraq buna qətiyyətlə etiraz edirəm). Bir də axı onlar (gömrükçülər) çox gözəl bilirlər ki, hamının Vətəni kimi, bizim Vətənimiz də ölkəmizin sərhədlərindən başlayır. Ölkəmizə daxil olan hər bir kəsin Vətənimiz haqqında ilk təəssüratları da məhz sərhdlərimizdən içəri daxil olarkən formalaşır. Və bu təəssüratları formalaşdıran təbii ki, ilk növbədə bizim sərhədçilərimiz və gömrükçülərimizdir. Ona görə də onlar özlərini elə aparırlar ki, bir GƏLən bir də gəlMƏk istəsin. Axı biz çox qonaqpərvər millətik. Ölkəmizə gələn qonaqlara o qədər qayğı göstəririk ki, özü varını-yoxunu, həm də ömürünü bizə bağışlayıb gedir. Və xəcalətindən bir də geri dönmür. Daha onu hərifləmək, ona KƏF gəlmək və ya CİBinə GİRmək nəyə lazım. Ona görə də bizdə turizm inkişaf eləmir. Yoxsa elə bilirsiniz ki, bizdə turizmin inkişaf etməməsi qiymətlərin bahalığı və yaxud da bir əcnəbi görən kimi ona KƏF gəlməyimizlə bağlıdır!? Qətiyyən. Məgər biz elə adamlara bənzəyirik?! Adımın başının üstündə Allah var. Adamın dili ağzında quruyar, barmaqları çürüyər belə şeyləri danışıb yazan yerdə. Və yaxud da adamın dilini kəsib, barmaqlarını qırarlar. Və ondan turistlərimiz və şəhərimizin qonaqları üçün elə şorba hazırlayarlar ki, yeməklə doymaq olmaz. Onda bilərsiniz ki, ucuz nədir, lap elə müftə ətdən də dadlı şorba hazırlamaq olarmış. Nə isə, deyəsən çox uzatdıq... Sizi də intizarda qoymayıb keçək əsas mətləbə. Klassik türk musiqisinin mahir ifaçısı, məhşur türk aktyoru və müğənnisi Əhməd Özhan Bakıya gələndə H.Əliyev adına Beynəlxalq Hava Limanında onun və ətrafındakı Türkiyə vətəndaşlarının şəklini çəkiblər. Müqabilində isə hər birindən 10 manat alıblar. Qonaqlarımızın hər biri 5 manat da şəklin çəkilməsini məsləhət görən gömrük işçilərinə veriblər. Açığı azdan-çoxdan bir neçə xarici ölkələrdə olmuşuq. Elə Türkiyənin özündə də. Və bü ölkələrin heç birinin nə aeroportunda, nə də gömrüyndə şəklimizi çəkməyilər. Nə də buna görə, bizdən 10 manat şəkil haqqı, 5 manat da məsləhət haqqı almayıblar. Bizimkitlər niyə belə eləyiblər, başa düşə bilmədim. Bəlkə də, deyirəm, bilmədiymiz yeni bir qaydalar tətbiq olunub!? Yəqin ki, türklər demişkən, bir yanlışlıq olub.


Category: Ordan-burdan | Views: 670 | Added by: Sago | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024