Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-04, 19.53MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 1 » AMERIKALI XRISTIAN ALIM ABS-ın PROBLEMLERİNDE ERMENİLERİ ITTIHAM ETMISDİR
AMERIKALI XRISTIAN ALIM ABS-ın PROBLEMLERİNDE ERMENİLERİ ITTIHAM ETMISDİR
15.26
ABŞ-da «Ermənistan: «Xristian» terrorçu dövlətinin sirrləri» kitabı çap edilmişdir
--------------------------------------------------------------------------------


«Görəsən niyə müsəlman dünyasının Amerikanı görməyə gözü yoxdur? Müsəlmanlarla ABŞ arasında olan antaqonizmin əsasında nə durmuşdur?».
null Özünə belə suallar verən ABŞ-ın Arkanzas ştatından olan hüquqşünas, sabiq hakim, inanclı xristian Samuel Viims, onun öz sözlərinə görə «müsəlman dünyasının Amerikadan zəhləsi getməsinin ən azı bir dənə əsaslandırılmış səbəbini» tapmışdır.

Belə ki, Samuel Viims yazır: «Ermənistan adlı cırtdan bir ölkə, bütün dünyaya səpələnmiş öz millətinin nümayəndələrindən istifadə edərək, xristian dünyasının İslama və müsəlmanlara qarşı olması üçün uzun illər boyunca müxtəlif üsullardan istifadə etmiş və cəhdlər göstərmişdir».

Londonun, Parisin, Romanın, Moskvanın, İstanbulun və Vaşinqtonun arxivlərində apardığı araşdırmaların nəticələri barədə amerkalı hüquqşünas Texasın «St. John Press» nəşriyyatında çap olunmuş «Ermənistan: «Xristian» dövlətinin sirrləri» adlı sensasiya doğuran kitabında söhbət açmışdır.

İstisnavi olaraq yalnız sənədlər və tarixi şəhadətnamələr əsasında hazırlanmış və həcmi 400 səhifəyə çatan bu elmi işdə əsər müəllifi o cümlədən qeyd edir:

«Həqiqətən də faciəvidir ki, bu gün Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən erməni mənşəli amerikalıların kiçik bir qrupu, Türkiyəyə qarşı – bizim çoxdankı və etibarlı müttəfiqimizə qarşı nifrət kampaniyasını alovlandırır. Və bu kiçicik banda bizim qanunverici orqanları Türkiyəni «1915-ci il soyqırımı» adlandırdıqları işdə ittiham etmək üçün mütləq dərəcədə mənasız olan bir qərar qəbul etməyə məcbur edir…

Mən erməni mənşəli amerikalıların cürbəcür yalan hekayətlər uydurmaları barədə faktlar tapmışam. Bu faktlar, ermənilərin özlərinin 150 illik «qədim» vətənlərini mükafatlandırmaq üçün qətllər və soyqırım barədə uydurmalar yayıb, bununla da həm türklərdən və həm də amerikalı xristianlardan böyük pul vəsaitləri qoparmaq niyyəti güddüyünü sübut edir.

Mən öz amerikalı soydaşlarıma üzümü tutub, onlardan bir suala cavab vermələrini xahiş edirəm: «Siz kimə inanırsınız? Osmanlı İmperiyasını sağ-salamat tərk edən erməniləri öz gözləri ilə görən amerikalı şahidlərə, yoxsa Osmanlı hökuməti tərəfindən 1,5 milyon nəfər erməninin öldürülməsini bir ağızdan iddia edən ermənilərə?»

Bu kitab erməni mənbələri də daxil olmaqla tarixi şəhadətlər üzərində əsaslanmışdır. Və bu kitabda amerikalı xristianlara kimin doğru danışdığını, kiminsə yalnız şəxsi eqoistik maraqları naminə yalan nağıllar yaymaqla məşğul olduğunu müəyyən etmək imkanları yaradılır».

Samuel Viimsin kitabından həm ABŞ-da və həm də ki, Rusiyada bir çoxları üçün naməlum olan şeylər barədə məlumatlar öyrənmək olar. Məsələn, bu kitabdan «ermənilərin həqiqətdə necə xristian olmaları barədə», «ermənilərin Türkiyəyə qarşı iddialarının saxtalığı və əsassızlığı barədə», «ermənilərin terrorizm siyasəti həyata keçirmək üçün öz kilsələrindən necə istifadə etmələri barədə», «ermənilərin Qarabağ müsəlmanlarına qarşı necə soyqırım siyasəti həyata keçirmələri barədə», «Hitler tərəfində vuruşmuş ermənilərin bügünkü Ermənistanda necə böyük hörmətə malik olmaları barədə», «erməni dövlətinin total şəkildə korrupsiyalaşması barədə», «ABŞ-da olan erməni lobbisinin Vaşinqton və Bakı arasında olan dostluq münasibətlərinə necə mane olmaq istədikləri barədə» və həmçinin, «pulla tutulmuş erməni agentlərinin ABŞ-da ictimai fikri necə formalaşdırdıqları barədə» olan faktlarla tanış olmaq mümkündür.

Amerikalı hüquqşünasın sənədli araşdırması olan bu əsərin üz qabığında isə bu sözlər həkk olunmuşdur: «Amerikada olan hər bir xristianın və hər bir vergi ödəyicisinin bu kitabı oxuması zəruridir».





Category: Yeni Xəbərlər | Views: 724 | Added by: Sago | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024