Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-04, 21.20MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Fevral » 1 » Masun realiti sounun istirakcilari
Masun realiti sounun istirakcilari
13.20
Maşın” realiti şounun ən təmkinli iştirakçısından danışdı.

İştirakçılarının iç üzü maksimum 18 günə açılan “Maşın” realiti şounun hazırda davam edən sürətinin ən təmkinli və oyundan kənarlaşdırılan üzvü, məşhur teleaparıcı İlkin Həsəni şouda baş verənlərlə bağlı əməkdaşımızın suallarını cavablandırıb. İlkinin sözlərinə görə, onu oyundan kənarlaşdırmağa cürəti çatan yeganə iştirakçı Nigar Talıbova ola bilərdi və bu baş verdi. Özünü məğlub hesab etməyən teleaparıcının fikrinə əsaslanaraq onu demək olar ki, əsasən müğənnilərdən ibarət olan rəqibləri onu oyundan uzaqlaşdıra bilmədikləri üçün Nigar Talıbova variantına üstünlük veriblər. “Əslində, Nigar başqa iştirakçını kənarlaşdırmalı idi. Son anda onun mənim adımı çəkməsi sən demə əvvəlcədən planlaşdırılıbmış”. Həmçinin, şouda olduğu müddətdə bəzi insanları daha yaxşı tanıdığını deyən İlkin Həsəni realiti şounun ən ikizülü iştirakçısı kimdir sualına, “Rəhim Rəhimli” cavabını verdi. Onun sözlərinə görə, Rəhim çəkiliş vaxtı bir, efirdən sonra isə başqa obrazda olurmuş. “Maşın”ın kimə qismət olacağına gəlincə isə İlkin bu suala, “hələlik müşahidə edirəm, yaxın günlərdə öz fikrimi bildirəcəm”, dedi.
Category: Məşhurlar | Views: 763 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024