Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-05-02, 10.41MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Yanvar » 31 » ALLAH REHMET ELEiN
ALLAH REHMET ELEiN
18.23
Məmməd Əmin Rəsulzadənin doğum günündən düz 124 il ötür
 
Şərq dünyasında ilk demokratik respublikanın banisi 1884-cü il yanvarın 31-də Novxanı kəndində anadan olub
 
Şərq dünyasında ilk demokratik respublikanın banisi, görkəmli şəxsiyyət Məmməd Əmin Rəsulzadənin doğum günündən düz 124 il ötür.

    1884-cü il yanvarın 31-də Novxanı kəndində anadan olan ictimai xadim ilk təhsilini rus müsəlman məktəbində, daha sonra isə Bakı texniki məktəbində alıb. 9 yaşında Rəsulzadə «Şərqi rus» qəzetində «Muxəmməs» adlı ilk ədəbi əsərini dərc etdirib. Artıq siyasi aləmdə ilk addımlarını atan Məmməd Əmin Rəsulzadə sosial demokratlarla yaxınlaşaraq «Hümmət» təşkilatının yaranmasında fəal iştirak edib. Bolşeviklər partiyasının liderlərindən Məşədi Əzizbəyov, Nəriman Nərimanovla, Stalinlə yaxından tanış olub. 1911-ci ildə Rəsulzadə «Müsavat» partiyasına üzv qəbul edilir. Partiyada cəmi dörd illik fəaliyyətindən sonra mərkəzi komitənin sədri seçilib.

    1918-ci ildə Rəsulzadə Fətəli Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanı - Azərbaycan Demokratik Respublikasını yaradıb. Qısa ömr yaşayan Azərbaycan Demokratik Respublikasının fəaliyyətinə 1920-ci il aprelin 28-i Qızıl ordu son qoyub.

    Məmməd Əmin Rəsulzadə isə həbs edilib. Rəsulzadənin həbsindən xəbər tutan Stalin köhnə dostunu azad etdirib və özü ilə Moskvaya aparıb. Lakin Rəsulzadə Stalinin inadına baxmayaraq, Sovet hakimiyyəti ilə əməkdəaşlıqdan imtina edərək SSRİ-ni birdəfəlik tərk edib.

Views: 657 | Added by: SultanSS | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024