Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Cümə axşamı, 2024-05-02, 13.26MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Yanvar » 31 » MINALANMIS ERAZILERİN MUEYYENLESDİRİLMESINDE USAQLARDAN ISTIFADE EDENLER....
MINALANMIS ERAZILERİN MUEYYENLESDİRİLMESINDE USAQLARDAN ISTIFADE EDENLER....
17.05

Əfqanıstanı işğal edən ABŞ ordusunun əməlləri sonradan vicdan əzabı çəkən əsgərlərin etirafları sayəsində bircə - bircə ortaya çıxır

S A G O


Hərbi xidmətini Əfqanıstanda başa vuran alman çavuşu Volgethan: "Minalanmış əraziləri müəyyən etmək üçün alma atıb uşaqları onların arxasınca yollayırdıq. Mina partlamasa uşaqlar almanı götürür, mina partladığı təqdirdə uşaqlar tikə-tikə olurdular. Biz də öz yolumuza davam edirdik" - deyib.

Əfqanıstanı işğal edən ABŞ ordusunun əməlləri sonradan vicdan əzabı çəkən əsgərlərin etirafları sayəsində bircə - bircə ortaya çıxır.

"Vakit" qəzetinin verdiyi xəbərə görə, 2001-ci ildən etibarən Əfqanıstanda Beynəlxalq Təhlükəsizlik Yardım Qüvvələri (İSAF) adı altında fəaliyyət göstərən işğalçı qüvvələr nəzdindəki alman xüsusi əməliyyat qrupunun keçmiş üzvü çavuş Axim Volgethan 2002-ci ildə 6 ay xidmət etdiyi Əfqanıstanda baş verənləri "Son Mənzil -Kabil" adlı kitabında qələmə alıb.

Yenicə satışa çıxarılan kitabında işğalçıların əfqan xalqına etdiyi zülmü təsvir edən A. Volgethan Əfqanıstandakı avropalı əsgərlərin əvvəllər də törətdikləri insanlığa yaraşmayan əməlləri barədə məlumat verib. Bu isə öz növbəsində Almaniyada geniş əks-səda doğurub.

Uşaqlar minalanmış ərazilərə salınır. Kitabında İSAF əsgərlərinin dinc vətəndaşlara qarşı rəftarının nə qədər insanlıqdan uzaq olduğunu nümunələrlə göstərən Volgethan əsgərlərin minalandığı ehtimal olunan ərazilərdə uşaqları qurban verərək mina axtarışını davam etdirdiklərini bildirib.

Volgethanın bildirdiyinə görə, İSAF əsgərləri minalandığı güman edilən əraziyə meyvə və müxtəlif qidalar ataraq əfqan uşaqları yeyəcəkləri götürməyə yollayırdılar. Mövzunu davam etdirən Volgethan daha sonra bunları bildirir: Uşaq almanın arxasınca qaçarkən hər hansı bir partlayış baş verməsə idi ərazinin təmiz və minalanmamış olduğuna qərar verilirdi. Mina partladığı təqdirdə isə uşaq ölümə məhkum idi.

"Özümdən iyrənirəm". Orduda hərbi xidmətini başa vurduqdan sonra törətdikləri əməllərə görə özündən iyrəndiyini bildirən Volgethan bir dəfə ona sarı gələn kiçik bir əfqan qızını «canlı bomba» hesab edərək avtomat silahdan atəş açaraq öldürdüyünü deyərək: "Özümü heç bu qədər boş və bitmiş hiss etməmişdim" - deyə bildirib.

Əfqanıstanda baş verən hadisələrin dünya ictimaiyyətindən gizlədildiyini qeyd edən Volgethan alman qüvvələrinin Əfqanıstandakı fəaliyyətlərində icazə verilməməsinə baxmayaraq Almaniya Hərbi Əks-Kəşfiyyat Xidmətindəki qeyri-qanuni casusluq hallarına rast gəlindiyini deyib.

Alkoqolizmdən əziyyət çəkən alman əsgərlərinin ədəbsiz hərəkətlərindən də bəhs olunan kitabda qeyd olunanlar səbəbilə bu yaxınlarda Almaniya ordusu haqqında daha sərt tənqidlərin başlayacağı gözlənilir.

Alman nazir kitabda deyilənləri "yalan" adlandırıb: Təxminən 5 il Quantanamoda nahaq yerə işgəncə görən və daha sonra sərbəst buraxılan Murat Kurnaz da 2002-ci ildə Quantanamoya aparılmadan əvvəl Əfqanıstanda gizli bir amerika həbsxanasında dindirildiyi zaman alman xüsusi qüvvələri tərəfindən işgəncəyə məruz qaldığını bildirib.

Almaniyanın o dövrkü müdafiə naziri Rudolf Şarping M.Kurnazın sözlərinin həqiqəti əks etdirmədiyini iddia edərək bunun nə alman əsgərlərinin xidmət dairəsi nə də dindirilmə qaydaları ilə əlaqəsinin olduğunu bildirmişdi.

Məlumat üçün bildirək ki, Əfqanıstandakı alman əsgərləri 2006-cı ildə də insanın kəllə sümüyü ilə çəkdirdikləri fotoşəkillərlə gündəmə gəlmişdilər.

Xatırladaq ki, Əfqanıstanda hələ də NATO-ya üzv ölkələrin 53 min əsgəri xidmət göstərir. Bunların 3 mini isə almanlardan ibarətdir.




Category: Yeni Xəbərlər | Views: 671 | Added by: admin | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024