Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-04, 18.26MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Yanvar » 28 » Haminin Prezidenti
Haminin Prezidenti
13.41
 
On beş yaşlı məktəbli prezidentdən hədiyyə alıb
GƏLƏCƏYİN JURNALİSTİ NURANƏ BƏYLƏROVA: "MÜRACİƏTİMİ OXUYAN PREZİDENT MƏNƏ KOMPÜTER HƏDİYYƏ ETDİ"

 "Hörmətli prezident! Vaxt tapıb mənim məktubuma cavab verib və kompüter hədiyyə etdiyiniz üçün Sizə səmimi qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. İlk belə böyük hədiyyəni Sizdən aldım. Buna görə də Sizə minnətdaram və söz verirəm ki, yaxşı oxuyub respublikanın layiqli vətəndaşı olacağam". Bu, Azərbaycan prezidentindən arzu etdiyi hədiyyəni alan on beş yaşlı Nuranə Bəylərovanın cavab məktubunun bir hissəsidir. "Trend" agentliyi Azərbaycan prezidentinin rəsmi saytında dərc edilən bu məktubun tarixçəsini ətraflı öyrənmək məqsədilə Nuranə Bəylərovanın özünə müraciət etmək qərarına gəlib.

   
- Neçənci sinifdə oxuyursan?

   
- Doqquzuncu.

   
- Nə üçün prezidentə məktub yazmaq qərarına gəldin? Bəlkə siz bu mövzuda dostlarınızla danışmısız?

   
- Biz, mənim doğum günümü evdə qeyd etməyə hazırlaşırdıq və mən prezidentə məktub yazmaq qərarına gəldim. Dekabrın 24-də, onun və özümün doğum günündə məktubu yazdım. Mən ürəkdən istəyirdim ki, kompüteri mənə məhz prezident hədiyyə etsin. Yanvarın 11-də Prezidentin İcra Aparatının əməkdaşı, İlham Əliyev adlı bir nəfər mənə zəng etdi. O, bu məktuba görə mənə minnətdarlığını bildirib dedi ki, prezident mənim müraciətimi oxuyub və mənə kompüter hədiyyə etmək qərarına gəlib.

   
- Nə üçün sən məhz prezidentə müraciət etmək qərarına gəldin?

   
- Düşündüm ki, o, mənə kompüter hədiyyə edə bilər, o, axı bizim prezidentimizdir. Qarabağ müharibəsinin II qrup əlili, keçmiş həndbolçu olan atama da maşın hədiyyə edib. Atam Abşeron rayonunun yığma komandasının kapitanı, beşqat ölkə çempionu olub. Mən də həndbolla məşğul olmağa başlamışam.

   
- Sən kompüterdən nə üçün istifadə edəcəksən?

   
- Kompüter mənə daha yaxşı oxumam üçün lazımdır. Mən artıq kompüterdə işləməyi öyrənmişəm. Bizim məktəbdə kompüterlə işləmək imkanı yoxdur.

   
- Sən necə oxuyursan?

   
- Normal.

   
- Hansı fənləri sevirsən?

   
- İngilis dili, rus dili, cəbr və Azərbaycan dilini.

   
- Sənin sinif yoldaşların prezidentin qərarına necə münasibət göstərdilər?

   
- Onlar sevindilər. Hələ də çoxları bizim prezidentimizin vaxt tapıb ona müraciət edən hər vətəndaşın və mənim - 15 yaşlı qızın məktublarını oxuyub və cavab verməsinə inanmır. Onlar deyirlər ki, bu ola bilməz. Hətta bəziləri bunun necə alınması ilə maraqlandı və prezidentə onları da dəstəkləməsi üçün müraciət etməyi düşünürlər.

   
- Hansı peşə sahibi olmaq istəyirsən?

   
- Jurnalist! İnsanlarla ünsiyyətdə olmaq mənim üçün maraqlıdır. Bütün dünyanı gəzib, fərqli insanları görmək.

   
- Sən prezidenti necə təsəvvür edirsən?

   
- O yaxşı insandır. O təkrarolunmazdır. Belə prezident bir də olmayacaq. Mən Xırdalanda yaşayıram və bizim şəhərin abadlığına necə çox diqqət yetirdiyinin şahidiyəm. Bizim ölkə inkişaf edir, o, hər vətəndaşın, gəncin qeydinə qalır. Mən məktubda onu çox sevdiyimizi və 2008-ci ildə bütün yaxınlarımızın ona səs verəcəyini yazmışam. Biz onunla fəxr edirik, o, bizim ölkə üçün hər şey edib. Bizə təkcə torpaqlarımızı qaytarmaq qalır. Mənim atam döyüşüb və mən də torpaqlarımızı qaytarmaq üçün müharibəyə getməyə hazıram. Təkcə mən yox, yaşıdlarım da belə düşünürlər ki, prezident bizləri çağıran kimi hər birimiz ölkəmizi müdafiə etməyə gedəcəyik.

   
- Sən prezidentlə görüşmək istəyirsən?

   
- Bəli! Mənim üçün bu, çox maraqlıdır. Hamı prezidentlə görüşə bilməz.

   
- Sənin arzun nədir?

   
- Mən universitetə daxil olmaq, yaxşı oxuyub ölkənin layiqli vətəndaşı olmaq və prezidentin ümidlərini doğrultmaq istəyirəm.

   
- Prezidentin sənə xüsusi diqqət yetirib kompüter hədiyyə etməsi sənin üzərinə məsuliyyət qoyur. İndi sən yaxşı oxumalı və digər uşaqlar üçün nümunə olmalısan...

   
- Bəli, mən ali məktəbə daxil olmaq və işləmək üçün, jurnalist olub həqiqəti yazmaq üçün yaxşı oxuyacam. Ölkəmin layiqli vətəndaşı olacağam.

   
Views: 744 | Added by: SultanSS | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024