Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 3
Qonaq: 3
İstifadəçi: 0

Şənbə, 2024-05-11, 08.28MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Yanvar » 27 » Teesuf
Teesuf
15.59


TEYMUR RƏCƏBOV ERMƏNİ ŞAHMATÇIYA UDUZDU

Hollandiyanın VeykTEYMUR RƏCƏBOV ERMƏNİ ŞAHMATÇIYA UDUZDU Şəhriyar Məmmədyarov Levon Aronyanla görüşdə həmvətəninin qisasını almalıdır-an-Zee şəhərində keçirilən beynəlxalq “Corus” şahmat festivalı davam edir. Bu nüfuzlu yarışın XX kateqoriyalı Qrandmaster turnirində yeddinci tura yekun vurulub. Hesabat turu liderlər qrupunda qərarlaşan Teymur Rəcəbov üçün uğursuz alınıb. Qara fiqurlarla oynayan 21 yaşlı qrossmeysterimiz Levon Aronyana (Ermənistan) məğlub olub. Hesabında 4 xal olan T.Rəcəbov 4-cü pillədə qərarlaşıb və növbəti turda Vasili İvançukla (Ukrayna) qarşılaşacaq. Milli komandamızın digər üzvü Şəhriyar Məmmədyarov da yeddinci turda xal itkisi ilə üzləşib. 23 yaşlı təmsilçimiz Maykl Adamsla (İngiltərə) görüşdə heç-heçəyə razılaşıb. Yeddi oyundan 3,5 xal toplayan Ş.Məmmədyarov 8-ci tur çərçivəsində ağ fiqurlarla L.Aronyana qarşı oynayacaq. 14 şahmatçının iştirakı ilə dairəvi sistemlə təşkil olunan turnirə 5 xalla Maqnus Karlsen (Norveç) başçılıq edir.

“Fişerin sovet şahmat məktəbi üzərində qələbəsi həmin dövrün ən böyük hadisəsi idi”. Bu sözləri də açıqlamasında
T.Rəcəbov söyləyib. 21 yaşlı həmyerlimiz amerikalı şahmat əfsanəsi Robert Fişerin ölümünü böyük itki kimi dəyərləndirib: “Fişerin ölümü şahmat dünyası üçün, şəxsən mənim üçün böyük itkidir. Mən onun oyunlarından çox şey öyrənmişəm. İndi isə o yoxdur və hamı qəm dəryasına batıb”. Qeyd edək ki, şahmat tarixinə XI dünya çempionu kimi düşən 65 yaşlı R.Fişer İslandiyada vəfat edib.
Views: 638 | Added by: SultanSS | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024