Site menu
News topics
Yeni Xəbərlər [338]
Azərbaycan [58]
Siyasət [72]
Maraqli və Lazımlı [43]
Şəkillər [137]
Musiqi [58]
Videolar [4]
Məşhurlar [147]
Sevgi [35]
Yumor [8]
Texnalogiya/Internet/Mobil dünya [60]
Avto dünya [20]
Qadın dünyasi [29]
Tibb-Təbabət/Münəccim [38]
Spor-idman [72]
Ordan-burdan [254]
Login form
News calendar
Search
Site friends
Tag Board
Our poll
Forum Yenidən İstifadəyə verilsinmi ?
1. Bəli
2. Xeyr
Tam səslər: 23


Cəmi online: 1
Qonaq: 1
İstifadəçi: 0

Şənbə, 2024-05-11, 18.23MainRegistrationLogin
Qeribler.com
Welcome Qonaq | RSS
Main » 2008 » Yanvar » 27 » MURAD DADASOV
MURAD DADASOV
15.32
Murad Dadaşov: ""Maşın" çox bahalı layihədir"
Artıq bir neçə gündür ki, “Maşın” şounun səkkizinci sürəti - “Dəhşət” start götürüb. Oyunu ilk tərk edənlər öncə “Xalq ulduzu” musiqi yarışmasının iştirakçısı Mirkamil Kamilov, sonra əməkdar artist Almaz Ələsgərli və nəhayət, müğənni Sabir Əhmədov olub. Realiti-şounun aparıcısı Murad Dadaşovla söhbətimiz zamanı bəlli oldu ki, “Maşın”ın işə düşməsinə səbəb məhz tamaşaçılar olub:

- Mən tamaşaçıların şikayət və narazılıqlarından sonra belə qərara gəldim ki, layihəni yenidən ərsəyə gətirim. Uzun fasilədən sonra yalnız izləyicilərin istəyini nəzərə alıb şounu təşkil etdim. Hər zamankı kimi məqsədim Azərbaycanda gözəl və baxımlı verilişlər hazırlamaq, xarici kanallarla rəqabət aparmaqdır. Yerli şirkətlər də baxıb özləri belə layihələri həyata keçirsinlər.

- Murad bəy, deyəsən, budəfəki “Maşın”a daha çox pul xərcləmisiniz?

- Doğrudur. Hər “Maşın”ın dekorasiyalarına, ümumi tərtibatına kifayət qədər pul xərcləyirəm. Ümumiyyətlə bu, çox bahalı layihədir. Büdcəsinə görə, hər yeni layihə əvvəlkindən daha baha başa gəlir. Ona görə də yenə sponsorlarla işləməli oluram. Qarşıma məqsəd qoymuşam ki, bu realiti şounun həqiqətən dəyərli, baxımlı olmasını sübut edim. Söhbət ondan gedir ki, bu, digər şoulardan çox fərqlənir. Elə buna görə də, budəfəki “Maşın”ın adını “Dəhşət” qoymuşam. Həqiqətən də dəhşətli layihədir. İştirakçılara tamaşa edəndə, artıq hər şey məlum olur. Onları bir yerə yığana kimi çox əziyyət çəkdim. Bir araya gələcəklərinə heç inamım yox idi. Ancaq onlar məni təəccübləndirməyi bacardılar. “Maşın” ədalətli şoudur və burada heç kim bir-birini aldatmayacaq.

- Bir tamaşaçı olaraq, mənə elə gəlir ki, artıq şounun iştirakçıları qruplaşmağa başlayıb. Düşünürəm ki, Sabir Əhmədov da bu qruplaşmanın ilk qurbanı oldu. Murad Dadaşov bu barədə nə düşünür?

- Yarışma başlayar-başlamaz qruplaşmanın olduğunu desəm, yalan danışmış olaram. Ancaq ikinci gündən mənə məlum oldu ki, qruplaşma var. Qruplaşmanın kimlər arasında olduğu hiss olunacaq dərəcədədir. Hər axşam 22:00-dan bu, üzə çıxmağa başlayır.

- Bəs, qaydalara bu dəfə də əməl olunmayacaq?..

- Qayda hamı üçün eynidir. Kimliyindən və vəzifəsindən asılı olmayaraq, qayda qaydadır və hamı üçün eynidir - hər bir iştirakçı ona əməl etməlidir. Elə ona görə deyirəm ki, bu şou digərlərindən çox fərqlənir. Obyektivlik “Maşın”ın ən vacib şərtidir.

- Sizcə, maşını kim aparacaq?

- Bilirsiniz, hərdən ürəyimdən keçir ki, kimin avtomobili yoxdursa, qoy maşın ona qismət olsun. Amma digər tərəfdən isə onu qazanan əsl oyunçu olmalıdır. “Maşın”da hər zaman ən ağıllı, ən bacarıqlı iştirakçı qalib gəlir. Elə olur ki, bəzən digər keyfiyyətləri özündə cəmləşdirən insanlar da önə çıxırlar. Bu həyatdır və düşünürəm ki, maşına çoxları layiqdir. Elə mən özüm də maşını qazanmaq istərdim. Maşını qoy oyunçu aparsın. Bax, burada da oyunçu udacaq. Maşın üzərindən əlini sonuncu götürən onun sahib olacaq. Həmin adam artıq maşının ətrafındadır.

Views: 764 | Added by: SultanSS | Rating: 0.0/0
Total comments: 0
Only registered users can add comments.
[ Registration | Login ]

Copyright MyCorp © 2024